Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Şəxsi düşüncə – bəzi suallara cavab tapmaq

Bilirsiz necədi heç kim həqiqətən həyatda əslində sənin nə etmək istədiyinlə maraqlanmır, öyrənmək istəmələrinin səbəbi, səni harada, necə istifadə edə biləcəklərindən əmin olmaqdı.

yaxşı niyyətli səmimi olduqca insanlar axmaq yerinə qoyur. başqasını özümdən çox düşündükçə həssas davrandıqca isə daha çox üzülürsən. bu səfər içinə atirsan həm özünü peşman edib həm də ətrafınıza zərər verirsən.

Niyə axı yaxşı niyyəti suistimal edir? Niyə həyat bu qədər ədalətsizdi?


Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(18:25, 13/11/2015 ) #59535

Salam. Heç birimiz buradan sizin yerinizə düşünüb danışa bilmərik, çünki hər kəsin situasiyası, durumu fərqli ola bilər və kənardan bizə asan görünə bilər.
Amma yenə də, çalışıb “take it easy” etmək lazımdır. Yəni çox dərinə getməmək daha yaxşıdır, ədalətsizdir dünya ya deyildir, bunu siz dəyişə bilməzsiniz, bu necədir elə də qalacaq. Madam ki dəyişə bilməzsiniz, o halda niyə üzülürsünüz ki buna? Sizmi etmisiniz dünyanı belə? Yox. Siz düzəldə bilərsinizmi dünyanı? Yox. O halda sadəcə boş verib yaxşı şeylərə fokuslanmaq lazımdır.
5 il öncəki ağır bir probleminizi yada salsanız, indi sizə çox gülməli və mənasız bir şey kimi görünər, ki gör nəyi dərd edirmişəm. Eləcə də 5 il sonra indi sizi üzən şeylər zamanın sayəsində təsirsiz və önəmsiz şeyə çevriləcək. Ona görə də indidən bunun fərqinə varıb yaxşı şeylərə tərəf çevrilmək lazımdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 560 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 411 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 17349 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2016