Fedora yoxsa Ubuntu əməliyyat sistemi?

Fedora yoxsa Ubuntu əməliyyat sistemi daha yaxsidir? Hansi əməliyyat sistemi daha sürətlə işləyir?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(16:33, 15/12/2015 ) #60186

Hər ikisi Linux distributividir və çox sürətlidir. Hansının daha çox sürətli olması qrafik örtük proqramından asılıdır. Default örtüklərlə götürəndə yəqin ki, Fedora daha sürətlidir. çünki Ubuntunun öz örtüyü olan Unity çox qəşəngdir, animasiya və effektlərə malikdir deyə daha çox resurs yeyir. Təbii ki, onu rahatlıqla GNOME Classic, KDE və.s. sadə örtüklərlə əvəz edib maksimal sürətə nail olmaq olur.
Desktop yox, serverdə işlədəndə isə qrafik örtük ümumiyyətlə lazım olmur deyə performansları demək olar eyni olur.
Digər cəhətlərə gəldikdə isə: Ubuntu daha yayğın, daha praktikdir. Fedora da pisdir demək olmaz amma. Sadəcə Ubuntu community-si qat-qat böyükdür deyə istənilən problemi Google-da yazan kimi forumlardan rahat həllər çıxır.
Hər ikisinin sahibi çox ciddi şirkətlərdir. Ubuntu Canonical’a, Fedora da RedHat’a məxsusdur. Əksər Linux distroların arxasında ciddi şirkət yox, sadə könüllü cəmiyyətlər dayanır, bu baxımdan RedHad və Ubuntu fərqlərnir, daha ciddi, maddi qaynağı yüksək olan şirkətlərə məxsusdur

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:19, 15/12/2015 ) #60187

Mən Ubuntunu yoxladim və sözün əsl mənasında həzz aldım. Bunun üçün döğurdan da sizə təşəkkür edə bilərəm. Ubuntu doğurdan da sürətlə işləyir. Uzun müddət formatlamadan qaldı. Lakin mən başqa bir Linux distrosu olan Fedora ilə də tanış olmaq üçün onu yüklədim. İlk sezgilərimə görə Fedoranın driverləri Ubuntudakından azdır.Lakin Fedora da cox sürətlə işləyir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:22, 15/12/2015 ) #60188

Bu cür sistemlərə Open Source yəni Açıq kodlu əməliyyat sistemləri deyilir. Bunların üzərində öz əməliyyat sistemini yarada bilərsən deyilir . Mən öyrənmək istərdim ki necə? Necə öz əməliyyat sistemini yaratmaq olar açıq kodlu sistemlərin üzərində

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:05, 15/12/2015 ) #60189

archive.ubuntu.com və ya git ilə kernel.ubuntu.com/git
Amma bunlar artıq advanced işlərdir, source code compile etmək, lazımi kernel dəyişmək/qoşmaq və.s. kimi bilgilər tələb edir. How to… ilə başlayan Google axtarışları etsəniz, source code-u yükləyərək onda lazımi dəyişiklikləri edib sonra necə installable fayl halına gətirmək olar o haqda çoxlu mənbələr var.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:05, 15/12/2015 ) #60191

Siz hec etmisinizmi

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:07, 16/12/2015 ) #60204

    Yox, mənim nəyimə lazımdır ki onu etmək, mən əməliyyat sistemi istehsal etmirəm ki, mən onu istifadə edirəm.
    Open Source olması isə mənə ona görə yarayır ki:
    1. İstifadə etdiyim sistemə tam hakiməm, bilirəm nə nə işi görür, məndən gizli heç bir proses baş verə bilməz. Tam təhlükəsiz, təmiz sistemdir.
    2. Kod açıq olduğuna görə istənilən dərinlikdə dəyişikliklər edin öz istəyimə uyğun dəyişə bilirəm sistemi, təbii ki, lazım olanda.
    3. İstənilən lazım olmayan şeyi system komponenti olsa belə çıxdaş edə bilirəm, çünki superuser səlahiyyətim var və kod açıqdır.
    Bu saydığım 3 şeyin heç biri Windows və ya digər pullu qapalı sistemlərdə yoxdur.
    Yəni açıq kod istifadəçi üçün o demək deyil ki, götürüb hərə özünə bir əməliyyat sistemi düzəltsin, xeyr, bu kimə lazımdırsa o edir. Açıq kod istifadəçi üçün o deməkdir ki, o sisteminə tam sahibdir, sistem tam şəffafdır, təhlükəsizdir, istənilən səviyyədə dəyişdiriləbiləndir və.s.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:41, 16/12/2015 ) #60206

Mən uzun müddətdir Linux nüvəsi ilə məşğulam. Nə sualınız olsa verə bilərsiniz, nüvənin kompilyasiyası ilə bağlı v.s.

Linux nüvəsi ilə bağlı Azərbaycan dilində aşağıdakı məqalələrə baxa bilərsiniz:

Nüvənin kompilyasiyası

Kəsilmə Funksiyaları

Bir də onu deyim ki, əgər məqsədiniz kerneli örgənməkdisə onda seçim FEDORA olmalıdı. Ubuntu bu iş üçün deyil, o daha çox istifadəçilər üçün nəzərdə tutulub.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (11 saat əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (4 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (5 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (7 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (8 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (8 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (8 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (10 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (10 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (20 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (22 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (22 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (22 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23236 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024