Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Apk-da şəkilçiləri ahəng qanununa uyğun etmək.

Android üçün olan proqramı Azərbaycan dilinə tərcümə edəndə şəkilçilərin düzgün yazılışını necə etmək olar. Məsələn, -a, -ə, -ya, -yə; -nın, -nin kimi şəkilçilər lazım olduğu kimi yazılsın. Bu mümkündür?


Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(18:43, 06/01/2016 ) #60606

Söhbət hansı sözlərdən gedir? Əgər terminlərdən, ingiliscə yazılan xüsusi isimlərdən gedirsə, ən yaxşı praktika

Türkiyə türkcəsində olan variantdır. KÖK’şəkilçi. Məsələn Apple’ın, Apple’a, Apple’da.

Bizim dil qurumunun təklifi budur ki, sözün Azərbaycanca tələffüzü yazılmalıdır və şəkilçi də adi qaydada bitişik olmalıdır. Məsələn: Əplın, Əpla, Əplda. – bu isə sırf dil baxımından düzgün olsa da, etiraf edək ki, praktik baxımdan absurddur və münasib deyil.

Alternativ kimi belə də olar: Apple-ın. və ya “Apple”-ın.

Və ya nə şiş yansın nə kabab variantı: Apple şirkətinin. Whatsapp proqramının və.s. Yəni sözün kökünün yanında onun kateqoriyasını yazıb şəkilçini ona qoşuruq gedir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:53, 06/01/2016 ) #60608

Ahəng qanununa gəldikdə isə səslənişə uyğun olmalıdır fikrimcə. Skype’nin yox, Skype’ın (skaypın oxunur deyə)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:16, 07/01/2016 ) #60619

    Mən də bunu soruşuram elə. Yazı yazanda Skype-ın, Apple-ın, iPhone-un yazmaq olur təbii ki. Bunu android proqramlaşmada etmək olurmu? Məsələn, Whatsapda mesaj yazanda Əmrah-dən ismarıc yazılır. Burdakı -dən şəkilçisi -dan olsun.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (08:59, 07/01/2016 ) #60625

      Onu ancaq köməkçi sözlərlə və ya hərfi tərcümə strukturundan qaçmaqla kökündən həll etmək olar.
      from Əmrah – Əmrah adlı istifadəçiDƏN – belə olanda həmişə DƏN olur, ad nə olur olsun.
      Və ya qısa yolla – from Əmrah => “Göndərən: Əmrah” əvəzetməsi ilə şəkilçidən qaçmaq da effektivdir. Mən bir dəfə bir xarici proqramı lokalizasiya edərkən bu iki metoddan istifadə etmişdim, nəticə də yaxşı alınmışdı.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:47, 07/01/2016 ) #60634

    xeyr,düşünürəm,yazılışa görə olmalıdır çox şey..Skype’nin

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (15:19, 07/01/2016 ) #60637

      ups..fikrimi deyəsən,yaxşı ifadə eləmədim 🙂
      əslində:mənə elə gəlir,yazılışa görə olmalıdır..Deyilişə görə olmalı olduğundan əminsiz?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 560 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 411 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 17342 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2016