Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Dolları manata çevirmək

Salam. Mən dolları necə manata çevirə bilərəm ? Və yaxud da əksinə ? Yəni misal olaraq indi 100 dollar neçə manatdır ? Bunu mən necə öyrənə bilərəm ? Kalkuyator kimi


Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (22 cavab var)

(18:54, 24/01/2016 ) #61057

Istənilən banka yaxınlaşaraq dolları manata çevirə bilərsiniz. Kurs 1.60-dır, banklar da onu sizdən alacaq 1.55-1.60 arası. Yəni 100$-a 155-160 manat arası verirlər.
Kalkulyator kimi belə edin:
1.60*MƏBLƏĞ=SİZƏ ÇATAN MANAT

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:34, 24/01/2016 ) #61067

    Mən bankdan dolları manata çevirmək istəmirsəm. Sadəcə misal olaraq 100 dolları manata çevirmək istəyirəm. Kalkuyator kimi. Yəni 100 dollar neçə manat edir. Təkçə bunu bilmək istəyirəm. 117, 197 dollar və s. Neçə manat edirsə bunu özüm tapmaa istəyirəm. Bura tez tez yazmaq. Yox. Bagisdiyin axira yazdiginiz basa dusmedim
    1.60*MƏBLƏĞ=SİZƏ ÇATAN MANAT
    Bunu

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:16, 24/01/2016 ) #61061

http://mezenne.az/ bu saytı yoxlayın

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:30, 24/01/2016 ) #61066

    Bu saytdan necə çevirə bilərəm ki ?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (19:38, 24/01/2016 ) #61068

      sayta girənmə mərkəzdə dəyişmək istədiyiniz pulun qabağına olan pulunuzu yazın avtomtik digərlərində ona uyğun dəyişmə göstəriləcək.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:47, 24/01/2016 ) #61072

Bu banklarin saytlarina girib yoxlamaq olar. Harda size serf edir ordan konvertasiya edin.
http://www.kapitalbank.az/ru/currency-rates/
http://www.kapitalbank.az/az/currency-rates/

Alis – xarici valyutani alirlar
Satis – xarici valyutani satirlar

Kapitalbankda dollarin alisi indi 1.5958 azn-dir, satisi ise 1.6665 azn dir.

Sizde olan dollari (misalcun 40$) vurursunuz alisa (bank sizden dollari alir)
40 usd * 1.5958 = 63.83 azn edir

Manati dollara cevirende bu satisdir (bank size dollari satir)
40 azn * 1.6665 = 66.66 azn edir.

Banklarin saytlarindaki avtomatik kalkulyatordan istifade etmeyin, onlar merkezi bankin mezennesi ile hesablayir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:58, 24/01/2016 ) #61073

    Çox sağolun

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:00, 24/01/2016 ) #61074

İndi kim bilir dollar nə vaxt aşağı düşəcək ? Yoxsa hələm yenə artacaq ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:40, 24/01/2016 ) #61080

    Heleki uzen mezennededi. Yaxin 2-3 il erzinde dusmez yeqin ki 🙁
    Gerek neft qalxsin, olke ozune gelsin, sonra yegin nese ola biler.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:24, 24/01/2016 ) #61076

cbar.az sayta girirsən orda məzənnə nə verilibsə ondan 4% baha bütün banklar satır.
Dollar o vaxt düşə bilərki nefin bir barreli yenidən əvvəlki qiymətə qalxsın, ən azı 60-70dollara qalxsa ola bilər dollar 1.05 ə düşsün.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:39, 24/01/2016 ) #61079

    Neft qalxmasa dollar yenə qalxacaq ?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:43, 24/01/2016 ) #61083

      Düzü politolok deiləm düzgün məlumat verə bilmərəm amma düşünsəkki bizim ölkəyə gələn dollar neftdən gəlir, neft düşsə dollar da qalxmalıdı.
      Neft qalxmasa stabil qalsa 30dollar ətrafında əslində dollar da stabil qalmalıdı olduğu kursda. amma ən düzgünun zaman göstərər.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:23, 25/01/2016 ) #61092

Burda dolların qalxmağının nə xeyri var axı ? Hər şey bahalaşıb və getdikcədə bahalaşır. Dolları çox olanlar kef eliyir. Dolları olmuyub manatı olanlar əziyyət çəkir. Xaricdən gələnlər kef eliyir indi bakıda. Dolların niyə qalxır ? Getdikcədə dolların qalxmasına nəyə xeyri var ? Səbəb nədi ? Birdəki təxminən nə vaxt düşə bilər ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:07, 25/01/2016 ) #61097

    Dolları çox olan da kef eləmir, onlar sadəcə bir az irəli düşüblər pulu vaxtında dollara çevirməklə. Amma hazırda onlar da zərərdə olmuş sayılır, çünki hər şey bahalaşıb, onların da gəliri manat ilədir. Deməli dolları olmağı onlara sadəcə qısamüddətli xeyir vermiş olur, qalan hər şeydə isə onların da gördüyü zərər dollları olmayanlar ilə eynidir.
    Yalnız o şəxslər irəli düşüb ki gəliri daim xaricdən gəlir, dollarladır. Ya xaricdə işləyir pulu bura göndərir, ya xaricdə biznesi var və.s. Hə o şəxslərin xərcləri artmaq əvəzinə azalıb, yəni xeyri onlar görür.

    Dolların qalxma səbəbinə gəldikdə isə. Əslində qalxan dollar deiyil, dollar qalxmayıb. Sadəcə manatın dəyəri düşüb. Biz ona dollar qalxıb deyirik. Təbii ki bu səhv fikirdir. Sadəcə dilimiz elə öyrəşib.
    Səbəb isə mürəkkəb iqtisadi, geosiyasi faktorlardır.
    Qalxmanın səbəbini ən sadə dildə belə izah etmək olar: Tutaq ki, məhlənizdə hər gün 100 çörək alınır yeyilir. Bir çörəkçidən alır hamı. Başqa heç kim çörək satmır. O da gündə 100 çörək gətirir. Bİr gün bəzi səbəblərdən o daha az çörək gətirməyə başlayır. Tutaq ki , 50 çörək gətirir. Nə baş verir onda? Axı camaata 100 çörək lazımdır. Deməli yarı insan ac qalmalıdır. Hamı ac qalmamaqdan ötrü hücum çəkir çörəkçinin üstünə ki, çörəyi mənə sat mənə sat. Çörəkçi də görür ki əvvəllər 100 çörəyi hamı gəlib sakit alıb bitirdisə, indi 50 çörək var deyə qırğındır, heç kim axıra qalmaq istəmir. O halda onda təbii istək yaranır. Madam ki çörəkdən ötrü qırğın var, mən də iki qat baha satım. Və bunu elan edir. Camaatdan kimin ki cibində 2 qat qiymətin pulu yoxdur, qayıdır ac qarına evinə, kimin ki cibində pul çoxdur, deyir ax qalmayacam ki, olsun da baha, və onlar çörəyi ikiqat baha alıb gedir evinə. Və nə baş vermiş olur? Ay sağol. Çörək iki dəfə qalxır. Niyə qalxır? Çünki azdır. Buradan nə nəticə çıxır? Nəyə ki ehtiyac var və o azdır, deməli o bahadır.
    Qızıl də elədir. Əgər hər yerdə torpaq altda qızıl çıxsaydı qızıl baha olardımı? Kim verərdi ona o pulu? Heç kim. Qızıl nadir tapılan metaldır deyə, belə bahadır. Eləcə də brilliant.
    Eləcə də dollar. Neftin qiyməti ucuzlaşıb deyə Azərbaycana daxil olan dolların(bayaqkı misalda çörəyi yada salın) miqdarı 3-4 dəfə azalıb. Dollara olan ehtiyac isə dəyişməyib, çünki əhali yerindədir, azalmayıb. Dolların miqdarı azalıbsa və ona olan ehtiyac eynidirsə, o halda nə olmalıdır? Bəli, dollar üstündə bir növ dava olmalıdır, çünki çatdırmaq olmur hamıya(hamı yəni ki, kimə ki həmişə dollar lazımdır, onlara. Xaricə gedənlərə, xaricdən mal gətirənlərə və.s. ). O halda da tələb çoxalır, deməli təbii olaraq qiymət artır.
    Soruşa bilərsiz ki, bəs elə etmək olmazmı ki məcburi qaydada artmağa icazə verilməsin, dollar da əvvəlki qiymətdə qalsın? Yox olmaz.
    O halda ucuz qiymət olduğuna görə daha sürətlə alınar dollar(axı nə qədər bahadırsa, bir o qədər az satılır mal), ölkədə banklarda bir dənə də dollar qalmaz. Və o halda artıq xaricdən mal gətirmək istəyənlər mal gətirə bilməz, çünki dollar lazımdır onun üçün. Onu isə ucuz olduğundan hamı aldı bitirdi yığdı balışın altına. Və nəticədə bütün marketlər boşalar, ərzaq tükənər, ölkədə aclıq olar. Deməli dolların qalxması məcburidir, qaçılmazdır. Əks halda vəziyyət lap fəlakət olar.

    Dollar o halda əvvəlki kimi rahat bir vəziyyətdə qalmış olar ki ölkəyə daha çox dollar gəlsin, kimə nə qədər lazımdırsa rahat tapılsın banklarda zadda. O halda bahalaşma da dayanar, şirkətlərin bağlanması da. Bu isə hələ ki bizim üçün ancaq neftin bahalaşması ilə mümkündür. Başqa yolumuz yoxdur. Çünki xaricə başqa qiymətli şeylər sata bilmirik. Bacarmırıq. Əlimizdən ancaq neft satmaq gəlir.
    Məsələn Türkiyənin nefti yoxdur, əvəzində bəs onlar milyardlarla dolları necə qazanır ölkəyə? Turizm ilə(hər gələn turist özü ilə dollar gətirir), ərzaq satışı ilə(şirniyyat,yağ,çay, qənd və.s.), geyim istehsalı satışı ilə, mer-meyvə satışı ilə(bunda da qəşəng gəlir var, əgər çox əkilsə), xaricdə iş adamlarının hesabına(dönərxanalar, tikinti şirkətləri, geyim mağazaları və.s. hamısı pulu Türkiyəyə göndərirlər xaricdən), və.s. yüzlərlə sənaye malları satışı ilə.
    Bir sözlə birdəfəlik xilas olmaq, bircə neftdən asılı olmaq istəməyən ölkədə gərək yuxarıda dediklərim şeylərdən də gəlir gələ. Təkcə neftdən yox.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:39, 25/01/2016 ) #61100

      Təşəkkürlər. Çox sağolun. İndi başa düşdüm. Çox gözəl anlatdız.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (14:08, 25/01/2016 ) #61106

      Təxmini deyə bilərsiniz ki, nə vaxt əvvəlki kimi olacaq ?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (02:40, 26/01/2016 ) #61130

      Bravo.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:17, 25/01/2016 ) #61108

    Əvvəlki məzənnəyə qayıtmaq?
    Qısa cavab: Heç vaxt.
    İndi sadəcə ümid etmək qalır ki, durum sabitləşsin, neft qalxsın, maaşlar da artsın ki, əvvəlkinə yaxınlaşsın durum. Bu da pis nəsə baş verməsə bu ilin sonuna olacaq.
    Amma yenə deyirəm, əvvəlki vəziyyətə qayıtma maaş artımı hesabına ola bilər, manatın qalxması hesabına yox. Vəziyyət düzəlsə manat yəqin ki həmişə indiki məzənnədə qalacaq.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:56, 25/01/2016 ) #61110

məncə çətinki vəziyyət yaxşılaşmağa doğru getsin. çünki səüdiyyə və irana bazara neft çıxarmaq qadağaları ləğv olundu artıq onlar da neft satacaqlarsa bazarda neft artıq olacaq bu halda isə neftin düşməsi normal və düz haldır. iran və ssəüdiyyə bazara neft çıxarmazdan əvvəl hər gün bazarda səhv etmirəmsə 2milyon barrelə yaxın neft artıq qalırdı deyə neftin qiyməti düşürdü. Neftin bu 2-3gündə qiymətinin qalxması isə maraqlı haldır)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:42, 25/01/2016 ) #61111

    Səudiyyə onsuz da çıxarırdı və dünyada ən çox neft çıxaran ölkə idi 🙂 Yəni heç bir qadağa yox idi onlara.
    Qadağa yalnız İrana idi. O da bəzi ölkələrə(Çinə satırdı məsələn, Çin qadağa zad tanımadan alırdı İrandan). Yəni İran indi cəmi 500min barel daha çox satmış olacaq. Bu isə dünya üzrə gündəlik 91 milyon barelin yanında çox kiçik göstəricidir. Yəni bu təsir edir, amma çox cüzi. Neftin qalxması və düşməsi isə daha çox siyasi söhbətdir, nəinki iqtisadi. Dünyada ölkə olaraq neftin qiymətinə təsir edən tək ölkə Səudiyyədir. O istəsə qalxır, istəməsə qalxmır. Onun da istəyi bağlıdır ABŞ qardaşının istəyinə. Yəni ki sırf siyasi məsələlərdir və bu ilin sonuna doğru düzəlməyə ümid var.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (21:03, 25/01/2016 ) #61120

      Bəli siyasi məsələdir ABŞ Rusiyanı çökdürməkçün nə bacardı edir. Burda isə necə deyərlər biz də “çujoy paxmel” getdik 🙂

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:12, 25/01/2016 ) #61115

Hər birinizin cavabına görə təşəkkür edirəm. Çox sağolun

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 560 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 411 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 17342 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2016