Maşın dilini çalışdırmaq

Sırf marağımdan soruşuram, maşın dili ilə hansı avadanlıqlara əmrlər göndərmək mümkün olar? və birdə kompyuterdə maşın dilini necə çalışdırmaq olar.Nümunə kodlar tapmışam internetdən ancaq necə çalışdıracağımı bilmirəm


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(08:45, 01/02/2016 ) #61284

Maşın dilinə aid tapdığınız kodlardan nümunə bir hissə bura yerləşdirə bilərsiniz?
Mənə elə gəlir ki siz assembler kodu ilə maşın dilini səhv salmısınız. Maşın dilinin əlifbasında cəmi iki simvol var 0 və 1. Yəni maşın dilində istənilən mətn (icraolunabilən fayl, məlumat faylı v.s.) 0 və 1 -lər ardıcıllığından ibarət olur.

“0101001101100001011011000110000101101101” – Maşın dilində “Salam” deməkdir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:23, 01/02/2016 ) #61303

Tapdığım kod ekrana hello world yazdırır və ancağ 0-1 lərdən ibarətdi.Sadəcə necə çalışdıracağımı bilmirəm

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:08, 02/02/2016 ) #61306

Ikili kod prosessor tərəfindən icra olunur. Ümumiyyətlə icraolunabilən nə varsa hamısı prosessor tərəfindən yerinə yetirilir. Qalır bu kodu prosessora düzgün bir şəkildə çatdırmaq ki, bu iş də əməliyyatlar sisteminin üzərinə düşür. Yəni ikili formada təqdim olunan mətn yaddaşda hansı ünvana yüklənməlidi, instruksiyalar hissəsi mətndə(ikili) hansı sürüşmədə yerləşir(offset), məlumatlar hissəsi hansı sürüşmədə yerləşir, kod hansı arxitekturalı prosessor üçün nəzərdə tutulub v.s. Bütün bu məlumatlar icraolunabilən kod ilə birlikdə kompilyator tərəfindən generasiya olunur müvafiq əməliyyatlar sistemi üçün və adlanır proqramın ikili faylı. Yuxarıda sadaladığım məlumatlar adətən bu ikili faylın əvvəlinə yerləşdirilir- başlıq hissəsinə (header). Bütün proqramları çalışdırmaq üçün ya terminaldan (kansol) proqramın adını daxil edirik( ikili kod yerləşən qovludan), ya da daha sadə üzərində iki dəfə klik edirik. Əməliyyatlar sistemi hər-hansı faylın icraolunması əmrini alar-almaz ilk yoxladığı onun başlıq hissəsi olur (header). Əgər sistem faylın tipini tanıyırsa onda onu oxuyur, kod və data hissələrini tələb olunan ünvanlara yükləyir və prosessorun instruksiya və məlumat reqistrlərini müvafiq ünvanlara kökləyir, əks halda sistem faylı icra etməkdən imtina edir(fayl format not recognized). Misal üçün siz Linux üçün kompilyasiya olunmuş faylı Windowsda icra edə bilmərsiniz.

Siz aşağıdakı kimi yoxlaya bilərsiz. Ən yaxşı halda sizdə olan ikili fayl kompilyator tərəfindən generasiya olunub. Bu halda onu dügün bir şəkildə bir fayla köçürüb sonunu .exe ilə vermək lazımdır. Daha sonra adi proqram kimi yükləyin. Alınmasa ancaq iki faylın özünü araşdırmaq tələb olunur ki görək onun içində olan nə məlumatdır, hansı sistem üçündür v.s. ikili mətni (0 və 1-lər ardıcıllığını) adi mətn faylına kopi-pəst edib .exe kimi yadda saxlasanız heçnə alınmayacaq. Bunu ancaq başqa proqramın köməyilə etmək lazımdır. Yəni ayrı bir proqram qurmalısınız verilmiş 0 və 1 -lər ardıcıllığını ikili şəkildə fayla yazsın.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (1 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (3 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (3 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (5 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (8 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (10 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (10 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (10 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (12 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (13 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (18 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (18 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (18 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (18 gün əvvəl)

Mehemmed002 cavab verdi - Xaricdən alınan məhsul gömrük bəyannamə (26 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23228 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024