Pulun Güvənli Yerdə Saxlanılması

Salam. Pulu harda və necə güvənli yerdə saxlaya bilərəm ? İtməsin, oğurlanmasın və s. Başına heç bir iş gəlməsin. Az puldan danışmıram. Yəni pul çoxdu. Misal olaraq mən uzun bir səfərə çıxmamışdan əvvəl və yaxud da əsgərliyə getməmişdən əvvəl pulumu harda güvənli yerdə saxlaya bilərəm ? Pulu apara bilmədiyim üçün bu sualı verirəm sizlərə. Bir müddət pulu harda güvənilir yerdə saxlaya bilərəmki sonra pulumu götürə bilim ? Xayiş edirəm kömək edəsiz. Sağolun


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (20 cavab var)

(00:45, 14/03/2016 ) #62097

1. Güvənli bir bankda (xarici sərmayəsi olan böyük bir bank ola bilər) cari hesabda depozit kimi saxlaya bilərsiz. İstədiyiniz vaxt çəkmək mümkündür pulu sonra. Saxlamaq da pulsuzdur. 30 min manatadək pulu bu yolla saxlamaq tam təhlükəsizdir, banka nəsə olsa belə dövlət qaytarır 30 minədək məbləği.
2. Yox əgər bankda hesab açıb pulu onlara verməyə güvənmirsizsə və ya pul daha çoxdursa o halda bankların seyf xidmətindən istifadə edə bilərsiniz. Bu halda bank batsa da nə olur olsa da o pula heç bir ziyan dəymir, çünki o pulu bank hesabına yox, sadəcə seyfə qoymuş olursunuz, unikal açar da sizdə olur. Bu pullu xidmətdir amma. Seyflərin ölçüsündən asılı olaraq deyəsən aylıq 30 manatdan filan başlaylr ödəniş. Qısa müddət üçün əla seçimdir bu.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (02:27, 14/03/2016 ) #62100

    Hə. Başa düşdüm. Banka qoymaq məsləhətdir hə ? Deyirlər ki, banka pul qoyanda üstünə pul gəlir. Bu düzdür ?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (09:31, 14/03/2016 ) #62102

      Məsləhətdir deyəndə ki, özünüzdən asılıdır da, özünüz qərar verirsiniz. Sadəcə onu deyim ki, evdə saxlamaqdan daha güvənlidir. Yəni işlətmədiyi, biznesə yatırmadığı çox pulu olanlar adətən banka qoyurlar, evdə əksəriyyət saxlamır.
      İki cür qoymaq olar bank hesabına pulu.
      Birinci yol: Banka əmanət qoyanda üstünə faiz gəlir, amma razılaşırsız ki pulu filan vaxtın sonunda götürəcəksiniz, məsələn 2 il sonra, 1 il sonra(nə qədər gec götürsəz o qədər çox əlavə pul verirlər). O halda üstünə pul da qoyub verirlər. Təxminən hər 1000 manata 100 -150 manat əlavə. Hər 1000 dollara isə 20-30$ əlavə ödəniş( dollar faizləri aşağıdır hazırda). Danışılan müddətdən tez götürməməlisiniz bu halda. Tez götürsəniz heç bir əlavə ödəniş vermirlər, sadəcə pulunuzu qaytarırlar.
      İkinci yol: Banka depozit qoymaq. Bu halda isə istədiyiniz vaxt çıxarırsınız pulu, amma üstünə də heç nə gəlmir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:07, 14/03/2016 ) #62107

Misal olaraq, məndə Min 42 Manat var. Min manat deyək. Mən bu qədər pulu banka qoysam üstünə nə qədər pul gələ bilər. Birdəki bankdan bu pulu qoyanda birdə nə vaxt götürməliyəmki üstünə faiz gəlsin ? 1000 Manat banka qoysam neçə müddətdən sonra bu pulun üstünə nə qədər pul gələcək və mən götürəcəm ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (08:44, 15/03/2016 ) #62125

    Bu haqda artıq cavab yazmışam.
    O bankdan asılıdır. 10-15% arası olur manatla qoyduqda. Yəni əgər 1000 manat qoyub bir il götürmürsüzsə əmanəti, ilin sonunda 1120 manat olur o pul 12% illik olarsa(bu bankdan asılıdır, zəng edib maraqlana bilərsiz hansı bank neçə faizlə götürür. Bankların saytında da baxa bilərsiz.).
    İki il götürməsəz iki ilin sonunda olacaaq 1254 azn, 5 il götürməsəz, 5 ilə 1000 olacaq 1762 manat və.s.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (15:23, 15/03/2016 ) #62132

      Hansı banklara qoya bilərəm ? Faiz gəlsədə bir problem çıxmasın. Bank batdı və s. Problemlər olmasın

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:42, 14/03/2016 ) #62108

Salam,mence banka qoymaq meslehet deyil,bunu mutleq oxuyun:
http://cenubxeberleri.com/2015/06/29/pulum-seni-nece-qoruyum.html

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:45, 14/03/2016 ) #62109

Qizil alin,dashinmaz emlak alin.
Banka faiz almaq meqsedi ile pul qoymaq dinde de haram sayilir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:53, 14/03/2016 ) #62117

    Qızılı bəs harada saxlayacaq? Axı mövzuda əsas saxlamağın təhlükəsizliyindən gedir. Evdə nə qızıl nə pul saxlamaq düzgün deyil, hətta təhlükəlidir.
    Daşınmaz əmlak isə gəlir gətirmirsə aktiv yox, passivdir. Çünki amortaziya xərcləri yaranır. Üstəlik indiki postneft reallığında qiymətlər enişə doğru getməyə meyllidir nəinki qalxış.
    Pulu ən yaxşı saxlamaq yolu onu aktivə çevirməkdir, yəni gəlir gətirən sahəyə yatırmaq(səhm, icarəyə verilən obyekt, biznes və.s.). O da olmasa banka filan qoymaq.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (00:36, 15/03/2016 ) #62122

      E.Haci

      Misal olaraq, məndə Min 42 Manat var. Min manat deyək. Mən bu qədər pulu banka qoysam üstünə nə qədər pul gələ bilər. Birdəki bankdan bu pulu qoyanda birdə nə vaxt götürməliyəmki üstünə faiz gəlsin ? 1000 Manat banka qoysam neçə müddətdən sonra bu pulun üstünə nə qədər pul gələcək və mən götürəcəm ?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:06, 14/03/2016 ) #62111

Mənim cavabım niyə yoxlamadan kecmir e

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:56, 14/03/2016 ) #62118

    Reytinqiniz -2-dir çünki. 2 müsbət ekspert balı alsanız avtomatik dərc bərpa olacaq

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:22, 15/03/2016 ) #62136

Məncə də ən gözəl variantı banka qoymaqdır. Yuxarıda da qeyd olunub 30.000manata kimi depazitlərə heç bir təhlükə yoxdur. Yəni rahat banka qoyun. Pulu evdə “yastıq altda” saxlamaq ən səhv addımdır deyərdim.
Qızıl filan boş şeydir alırsız 10dəq sora geri qayıdırsız yarı qiymət təklif edirlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:23, 15/03/2016 ) #62142

məncə öz təhsilinə yatır o pulu. beynində güvənli olacaq. həm də qat-qat artıq pul gətirəcək. məsələn gedib kurslara yazılmaq olar. dil, pəşə, təcrübə kurslarına yatırsan geri götürə biləssən. banka qoysan manatdırsa devalvasiya ilə öləcəy, dollara çevirmək də çətindir. banka depozit kimi qoyulan manat xeyir verməyəcək. əlavə olan %-lər sadəcə devalvasiya itkisini qarşılayacaq ən yaxşı halda.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:50, 17/03/2016 ) #62169

    Düzdü. Məndə belə fikirləşirəm amma mən nə edə bilərəmki ? Kompüteri azdan-çoxan necə lazımdı bilirəm. Sadəcə Rus və İngilis dilini öyrənmkə istiyrəm. İngilis dili mümkün deyilsə heç olmasa rus dilini necə öyrənə bilərrm axı ? Helə bir müəllim tanımıram axı. Özdə savadlı məllim olmalıdı. Yəni çətin öyrənəm mən. Savadlı yaxşı öyrədən məllim lazımdı mənə. Başa sala bilsin məni. Hardan tapım ki ?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:34, 16/03/2016 ) #62146

Belə başa salım sizlərə. Mən əsgərliyə gedəcəm. 1 il 6 ay. Bu puluda güvenli yerdə saxlamaq istiyrəm. Egər mümkünsə banka qoyub pul gəlsin üstün əsgərlikdən gələnən sonra götürüm. Yox əgər mümkün deyilsə pulu banka qoyum üstünə pul gəlməsədə ola. Güvənli yerdə qalması üçün. Egerlik sonra götürüm. Xayiş edirəm kömək edin

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:53, 16/03/2016 ) #62147

    Banka qoya bilərsiz 18 aylıq əmanət kimi. Gələndə də faizi ilə birgə götürmək olar. Faiz istəməsəz(dini baxımdan düzgün deyil deyə), o halda sadəcə cari hesab açın pulu qoyun, qayıdanda götürün. Dollara çevirib qoya da bilərsiz, manatla da. Hansına daha çox güvənirsizsə o valyutada da qoyun. Ya yarısını dollarla yarısını manatla da qoya bilərsiz. Burada çətin heç nə yoxdur, gedin güvənli böyük bir banka (Beynəlxalq, Azertürk, YapıKredi, Kapital Bank və.s.) , məsələni izah edin, sizə hər şeyi ən sadə formada başa salsınlar. Yəni artıq soruşmaq yox, əmələ keçmək vaxtıdır, banka gedin ən qısa zamanda məsələni həll edin.
    Pulu alacaqlar sizdən sənəd də verəcəklər hesab açmaq haqqında və pul qəbulu haqqında, qayıdanda da tək vəsiqənizi təqdim edib götürəcəksiz 18 ay sonra

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (14:18, 16/03/2016 ) #62149

      Çox sağol. Allah razı olsun sizdən. Çox gözəl ətraflı bildirdiniz. Mən faizlə götürmək istəyirəm. Yəni pulu qoyum öz pulumnan əlavə də pulda götürüm. Çünki uzun müddətlik qoyacam. Pulu qoyduğumnan 2 il sonra götürəcəm. Bir sualımda olacaq. Xayiş edirəm bunlarıda cavablandırsaz çox sevinərdim.
      1) Hansı bankı məsləhət görürsüz ? Şəxsi yoxsa Dövlət bankını ? Dövlət bankını məsləhət görürsüzsə əgər bakıda bir dövlət bankı var yoxsa çoxdu ?
      2) ən çox faiz verən bank hansıdır ?
      3) Banka manatnan pul qoyanda elə manatnan qaytarırlar yoxsa dollarla ?
      4) Pulumu dollara çevirib qoysam udaram yoxsa uduzaram ? Öz fikrimcə bu yaxşı deyil. Çünki dollar bahalaşıb hə ?
      5) Banka manatdan əlavə qəpikdə qoya bilərəm ? Məsələn, 1,3,5,10,20,50 qəpikləri
      6) Banka pul qoyduqda mənim qardaşım, qohumum və s. Kimsə tanışdarımnan şəxsiyyət vəsiqəmi aparıb pulu götürə bilər ?
      7) Banka pul qoyanda mənə nə verəcəklər ? Sənət yoxsa nə ? Bunu birməyimdə məqsəd odurki azyaşlı olduğm üçün birdən aldadarlar. Sənət verməzlər. Ona görə bilmə istəyirəm nə verəcəklər ordan ?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:41, 17/03/2016 ) #62163

    1. Yuxarıda yazmışam məsləhətli bildiyim bankları. Dövlət bankı azdır, Beynəlxalq və Azərtürk bilirəm, başqa yadıma düşmür.
    2. Onu banklardan soruşmaq lazım, hamısının saytı var.
    3. Bəli nə ilə qoymusuz o valyuta ilə qaytarırlar.
    4. Yarı yarı edə bilərsiz yarısı dollar yarısı manat.
    5. Çətin ki. Yenə də soruşarsız bankdan.
    6. Xeyr, yalnız siz özünüz götürə bilərsiz. Vəsiqə bəs etmir. Yox əgər siz istəsəz ki kimsə götürsün, o halda öncədən o adamın adına bir növ etibarnamə verirsiniz banka, ki filankəsə verin gəlsə. Amma adi halda yox, ancaq siz özünüz.
    7. Sənəd verəcəklər, müqavilə möhürlü(5-6 səhifəlik). Bir də pulu aldıqları haqqında möhürlü qəbz(1 kiçik səhifə). Narahat olmayın, aldatmırlar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (20:46, 17/03/2016 ) #62168

      Miri92 bildirdi ki,

      “banka qoysan manatdırsa devalvasiya ilə öləcəy, dollara çevirmək də çətindir. banka depozit kimi qoyulan manat xeyir verməyəcək. əlavə olan %-lər sadəcə devalvasiya itkisini qarşılayacaq ən yaxşı halda.”

      Bu doğruda belədir ?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (3 saat əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (5 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (15 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (17 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (17 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (17 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024