İstifadəçinin elektron poçtunun işlək olmasını necə müəyyənləşdirmək olar?

Salam. PHP proqramlaşdırma dilində abunə sistemi hazırlamışam. İşləmə sistemi aşağıdakı kimidir: yalnız qeydiyyatlı istifadəçilərə yeni dərs haqda məlumat hissə-hissə (cron vasitəsilə) göndəriləcək. İstənilən an istifadəçi öz profilindən abunəni dayandıra bilər. Bildirim ki, qeydiyyat zamanı istifadəçinin elektron poçtunun həqiqiliyini yoxlamaq üçün onun e-poçtuna link göndərilir. Əsas çətinlik ondan ibarətdir ki, gələcəkdə istifadəçi öz elektron poçtunu silsə, bu halda belə email “ölü” kimi nəzərə alınır və bu, kütləvi məlumat göndərilmə zamanı problemdir. Sual ondan ibarətdir ki, istifadəçi emailinin işlək olmasını necə müəyyən etmək olar?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(17:41, 01/04/2016 ) #62487

Ölü dediyiniz mailə göndəriş zamanı sizin mail serverə cavab gəlir(mail delivery error), oradan rahat bilib dərhal çıxara bilərsiz o emaili siyahıdan. Bunu avtomatlaşdırmaq da olar (mən etmişdim bir dəfə) Cron səviyyədə root userin çalışdırdığı php-nin bütün serverə accessi olur, belədə rahatlıqla mail inbox folderinə nəzarət etmək olur, yəni oraya mail delivery gəlibsə içindəki maili php avtomatik müəyyən etsin hardasa bazaya zada insert etsin ki bu mail ölüb.
Başqa yol da var, hazır skriptlər var command line səviyyədə, ki başqa serverə ping kimi göndərib cavab alır, amma bunun adi mail göndərməkdən prinsipcə fərqi yoxdur, istənilən halda həmin mail serveri “narahat” etmiş olursuz. Burada önəmli olan odur ki, yanlış mailə yalnız bir dəfə nəsə göndərəsiz, ikinci dəfə cəhd olmasın. Bir dəfə yanlış mailə göndərməkdə heç bir problem yoxdur, mail server də bundan inciməz. Amma təkrar təkrar göndərmək, bəli problem yarada bilər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:08, 01/04/2016 ) #62490

    Sağ olun. Verilənlər bazasında uğurlu göndərişdən sonra is_send (flag) 1 qiymətini alır. İlkin qiymət 0-dır. Sizcə bu üsulla “ölü” e-mailləri müəyyənləşdirmək olar?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (00:26, 02/04/2016 ) #62493

      Anlamadım. Göndərmək hələ çatmaq demək deyil axı. Yəni bunu birbaşa mysql və php ilə bilmək olmaz. Yəni uğurlu göndəriş mailin düz olub olmaması haqqında heç nə demir.
      Ona görə də yuxarıda yazdığım metodlar lazımdır.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(06:42, 02/04/2016 ) #62499

Sağ olun. Tam başa düşdüm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (1 gün əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (5 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (6 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (9 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (9 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (9 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (11 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (11 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (21 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (22 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (22 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (23 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23236 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024