Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

İnternetə Fayllar Yükləmək

Salam. Mən Mega, Google Drive və s. bular kimi driver-lərdən istifadə etmək istəyirəm. Mənə verilən yaddaşı istifadə edib fayllarımı internetdə də qoruyub saxlamaq istiyirəm. Çünki indi mən nə mikro karta nə flash karta nə də ki digər belə bir yaddaş qurğularına etibar etmirəm. Çox problemlər yaşamışam bu qurğulardan istifadə etdiyimə görə. Nəysə sözü uzatmıyım. Keçim əsas suala. Mənim iki kartım var. 2 GB və 32 GB. İki kartımın ikisidə doludu. 2 GB-lıq kartımı istədim Google Driver-ə upload edim. Yəni Google Driver-ə yükləyim. Yüklənməyinə yüklənirdi amma həddinən artıq çox gec. Yüklənmə zamanı nə vaxt qurtaracağınıda göstərirdi. Vaxta baxdım yazılmışdı ki, 7-8 saatdan sonra yüklənmə işi bitəcək. Ona görə də yükləməni dayandırdım. Driver-ə də nə yüklənmişə onların hamısını sildim. Yüklənib başa çatmağını gözləyə biməzdim. Çünki nə kompüterimin gücü catmazdı o vaxta qədər yanlı qalsın. Qızıb atardı ya da nəsə başqa bir şey olardı. Həmçinin kartımda belə olar bilərdi. 2 GB-lıq kartım belə yüklənirsə onda mən 32 GB-lıq necə yükləyəcəm. 32 GB-lıq kartımda 1.79, 2 GB fayllarda var. Xayiş edirəm mənə kömək edin. Mən fayllarımı internet-ə necə tez yükləyə bilərəm. Mega, Google Drive və s. bular kimi dirver-lərə. Cavab gözləyirəm. Xayiş edirəm yardım edin mənə. Bu mənə çox vacib lazımdı. Sağolun


Kateqoriya: Sual . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(23:51, 27/05/2016 ) #63283

Sizin internetin UP sürəti zəifdirsə o yazıq servislər nə etsin. Məsələn məndə işdə sürət çox yüksəkdir, cloud.mail.ru-ya 1GB-lıq faylı 1-2 dəqiqəyə yükləyirəm. Amma evdə bunu etsəm 1 saatdan çox çəkər və bu təbiidir.

Cloud servislərdən istifadə etmək ora hər gün gb informasiya daşımaq deyil ki bunu dərd edirsiz. Bir dəfə səbr edin bitsin, sonra qalsın da orda, nə vaxt hansı lazımdırsa götürürsüz. Məsələn mənim dropbox pullu hesabda 60-70 GB məlumatım var, mən onları ora bir günə yığmamışam ki, aylarla illərlə toplanıb ora. İstəyəndə də konkret 1-2si lazım olur, ki ölçüsü də olur 1-2-10 meqabayt. Yəni hər gün ordan bura burdan ora GB fayl daşımırıq axı.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:19, 28/05/2016 ) #63286

    Cavabınız üçün təşəkkür edirəm. Doğrudu birdən birdə o qədər faylı yükləmək düz deyil. Az-az yükləyib orda toplayasan gərək. Bu həmdə rahat olar. Çətin olmaz. Amma mən bunu təzəlikçən öyrənmişəm. Google Drive və s. belə şeylərin olmasını indi bilmişəm. Və indidə istiyirəm bütüb fayllarım orda da olsunki rahat olum. Kartım başına bir hadisə gəlsə. Fayllarım silinsə. Narahat olmuyum. Bilimki fayllarım driver-də var. Mən indi 32 GB-lıq fayllarımı driver-ə yükləyə bilməyəcəm ? Xayiş edirəm bunun bir yolu varsa mənədə deyin. Bütün fayllarımı atmaq istiyirəm driver-ə. Xayiş kömək edin. Necə edə bilərəm ? Yoxsa mümkün deyil bu ?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (09:58, 28/05/2016 ) #63287

      32 GB pulsuz yaddaş verən Drive hazırda tanımıram. Ən çox 25 GB mail.ru cloud verir mən bilənlərdən. Bəzi şeyləri compress etsəz bəlkə də yerləşər.
      Qaldı ora atmağa, ona gərək qalmır. Qurursuz drive proqramı kompüterdə, sonra 32 GB-ı atırsız uyğun papkaya kompüterinizdə. Vəsssalam gerisini o prqramlar həll edir. İnternet olduğu müddətlərdə yavaş yavaş daşıyırlar onları clouda, sizsə işinizdə gücünüzdə olursuz fikir vermirsiz. Bir neçə saat sonra da baxırsız ki proses bitib ok işarəsi yaranıb.
      Əgər kompüterinizdə qalmasını istəmirsizsə o faylların, sonda o prqramı silib sonra faylları silin. Öncə faylları silsəz proqram clouddan da siləcək o faylları. Ona görə də öncə proqramı silmək lazım olacaq , sonra da faylları. O halda bütün fayllarınız cloudda qalacaq. Mobildən, komüterdən, başqasının kompüterindən bir sözlə hər yerdən rahat əlçatan olacaq sizə.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:35, 28/05/2016 ) #63288

Mən fayllarımı kompüterə atmaq istəmirəm. Çünki kompüterə atıb silsəm belə yenədə yaddaşda qalır. Yəni hansısa bir proqramla geri qaytara bilərlər. Özüdə ki, öz kompüterim deyil. Öz kompüterim hələki yoxdur. Ona görədə bir başa kartdan yükləmək istəyirəm. Birdəki 50 GB verən driver-lər tanıyıram. Yəni o problem deyil. Əsas fayllarımı yükləməkdi internetə. Budu problem. Xayiş edirəm bilirsizsə kömək edin mənə. Wi-Fi-yə görə belədi bu yoxsa necə ? Başqa Wi-Fi-dən istifadə etsəm tez yüklənər ? Heç cür mümkün deyil bu ? Xayiş edirəm bunu bir yolunu deyin mənə. Heç olmasa biraz tez yüklənsin

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:25, 29/05/2016 ) #63310

Xayiş edirəm mənə yardım edib bir yolunu yazardızda. Mən nə edim ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:25, 29/05/2016 ) #63316

E. Hacı – Niyə cavab yazmırsız ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:27, 30/05/2016 ) #63329

Gedin internet klubda upload edin .

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:28, 30/05/2016 ) #63331

Girdiyim Wi-Fi-lərin internet sürətini yoxluyumda hə ? Hansı güclüdürsə o Wi-Fi-dən istifadə edim hə ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 560 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 411 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 17354 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2016