Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

SaEnerji içkiləri barədə reklam ideyamı həmin şirkətlərə necəsə sata bilərəm,görəsən?

Salam,ağlıma enerji içkiləri barədə kiçik və öz rəyimə əsasən,maraqlı&dünyada diqqət çəkə biləcək bir reklam süjetinin ideyası gəlib,amma onlarla necəsə əlaqə saxlayıb fikrimi onlara sata bilərəm?Satmaq alınarsa, fikrimi oxuyandan sonra kim bilir,mən kiməm&hardanam, ideyamı oğurlamazlarki ,görəsən? 🙂 Bilmirsiz,həmin şirkətlərə bu məsələyə görə necə müraciət edib fikrimi diqqətlərinə çatdıra bilərəm?Əwəlcədən təşəkkürlər.


Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(13:58, 02/06/2016 ) #63389

Salam.

Təkcə ideya özlüyündə bir dəyər daşımır. Tam əmin ola bilərsiz ki, o ideya başqalarının da ağlına gəlib. Reallaşdırılmayıbsa deməli nəsə əmması var. Yəni siz onlara məktubla müraciət edib belə şey desəniz, çox güman ki sizi ciddiyə almayacaqlar. Yox əgər tutaq ki, doğurdan da inqilabi ideyanız varsa, o halda siz deyəndir, ideyanı açan kimi artıq sizə heç nə ödəmədən onu özləri də istifadə edə biləcək.

Ona görə də ideya haqqında bunları unutmamaq gərəkdir:
– İdeya təkcə quru ideya olaraq heç bir əhəmiyyət daşımır. İstər bu, istər başqa ağlınıza gələn ideyalar mütləq və dəfələrlə başqasının ağlına gəlib. Reallaşdıran yoxdursa deməli nəsə əmması var. Qanunvericilik ola bilər, sizin bilmədiyiniz iqtisadi, psixoloji, sosioloji, marketinq və.s. kimi sahələrdən bu ideyanın uğursuz olduğunu göstərən faktlar da ola bilər(ki sizin xəbəriniz yəqin ki yoxdur, çünki siz sadəcə ideyaya sahibsiz) və.s.

– Satılacaq şey o zaman dəyər qazanar ki ya sizdən asılı olsun, sizsiz mümkün olmasın reallaşdırılması, ya da ciddi realizasiya planınız filan ola, gedəsiniz hamısını patentləşdirəsiniz Amerikada və ya digər uyğun bazarda – vəssalam ondan sonra kimsə sizin bu ideyanı oğurlaya bilməz.

Yəni ki belə sadəcə bir neçə cümləlik ideyanın hər hansı dəyəri yoxdur, buna əmin olun.

Digər hallar üçün isə gedin ideyanı onlara deyin, bəyənsələr mükafat verərlər yəqin nəsə 🙂 Başqa nəsə ciddi gəlir ummaq olmaz bu məsələdən.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Elsad Qasimli cavab verdi - Mobil Pul niyə Azərbaycanda Yoxdu! (8 saat əvvəl)

Elsad Qasimli cavab verdi - Azərbaycan hərflərinə çevirmək (8 saat əvvəl)

Elsad Qasimli cavab verdi - Script hostda islemir (8 saat əvvəl)

Ramazan cavab verdi - Youtubda izleme sayi Niye az Olur (17 saat əvvəl)

Hackback cavab verdi - Script hostda islemir (1 gün əvvəl)

newprogrammer cavab verdi - Script hostda islemir (2 gün əvvəl)

Hackback cavab verdi - Reklam harda tutarli olur? (2 gün əvvəl)

Maqa cavab verdi - aliexpress izləmə (3 gün əvvəl)

Maqa cavab verdi - Atıcılıq Kursları (3 gün əvvəl)

Akif Hesenbeyov cavab verdi - Atıcılıq Kursları (4 gün əvvəl)

Seo Mullimi cavab verdi - Ödənişli və Ödənişsiz Şablonlar (5 gün əvvəl)

Seo Mullimi cavab verdi - iphonenun orginalliginin yoxlanilmasi (5 gün əvvəl)

Seo Mullimi cavab verdi - Asus Notebooka Mac Os Qurmagi Bacaran Wirket Taniyan Olar? (5 gün əvvəl)

Maqa cavab verdi - Youtubda izleme sayi Niye az Olur (6 gün əvvəl)

Maqa cavab verdi - ebaydan ucuz iphone 7 plus almaq guvenlidirmi? (6 gün əvvəl)

E. Hacı - 574 xal

Software Developer - 571 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 414 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 217 xal

Sistemə daxil olmuş 19448 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2018