Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress və PHP 7 – keçmək məsləhətdir?

Salamlar. WordPress istifadə olunan saytı PHP 7 -yə keçirmək məsləhətdir? WordPress-in rısmi sayıtnda və başqa saytlarda yazılana görə guya WordPress PHP 7 ilə 10 dəfə daha sürətli işləyir, amma hamısında bir “mız” qoyurlar – temaların və ya plaqinlərin uyğunluq məsələsi. oxuduğum məqalələr 6-7 ay əvvəl yazılmış məqalələrdir. Zəhmət olmasa ekspertlər öz fikrini bildirərdilər.


Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(10:49, 06/06/2016 ) #63435

PHP7 bəli sürətlidir, PHP5*-dan ortalama 3-4 dəfə sürətli işləyir.
Amma bu o demək deyil ki, sizin WP sayt php7 ilə indikindən 3-4 və ya 10 dəfə sürətli işləyəcək. Əsla!
Prosesləri analiz edərək görə bilərsiz ki, məsələn sizin sayt 3 saniyəyə respond edirsə, sırf php run işləri onun heç 0.3 saniyəsi deyil. Bu 0.3 saniyə tutaq ki lap 10 dəfə azalsın olsun 0.03 saniyə. Cəm olacaq 2.7+0.3 əvəzinə 2.7+0.03.
Yəni 3 saniyədən düşəcək 2.73 saniyəyə. Yəni elə də ciddi irəliləyiş olmayacaq.
Ona görə də məsləhət budur ki, saytınız ağır işləyirsə problemi başqa yerlərdə axtarın: hostinqin keyfiyyətində, veb serverin ayarlarında, mysql bazaların optimallığında(məsələn revisionları silə bilərsiz, transientləri clean edə bilərsiz və.s. – buna aid məqalələr oxumaq olar) və və ən əsası pluginlərin optimallığında. WP saytların ağır işləməsinə əksər hallarda pluginlər səbəb olur.

php7 isə o saytlara lazım olar ki, bütün yuxarıda deyilənləri ediblər, trafikləri də çox yüksəkdir, hər millisaniyənin maddi əhəmiyyəti var – bəli o halda php7-yə keçməyə dəyər test edəndən sonra.
Yoxsa belə normal veb saytda hələ ki gərək yoxdur

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 560 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 411 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 17347 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2016