Dini aylarda, vaxt niyə Görə Deyişilir Eyni Vaxt Olmur..??

Salam.. Ramazanlıq Ayı iyun 6sin`də Başladı Həmcinin Məhərrəmlik Ayı- İl Dəyşiləndə Vaxt`da Dəyişilir Niyə Belədi ?? Cavabın Cox bilməy İsdiyirəm.


Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(19:38, 19/06/2016 ) #63699

Səhv eləmirəmsə dini bayramlar hicri təqvim əsasında hesaplanır və o miladi təqvimdə ayın necəsinə düşürsə hesablayırlar. bu da miladi təqvimdə ilin istənilən ayına düşə bilər.
https://az.wikipedia.org/wiki/Hicri-q%C9%99m%C9%99ri_t%C9%99qvim

Bu arada saytın məzmununa uyğun olaraq sadəcə ikt yə ait suallar soruşsaz yaxşı olar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:43, 19/06/2016 ) #63700

Men bildiyim orucluq iyunun 7-i bawlayib.
Ay təqvimi ayın orbit hərəkətinə bağılıdır. Ay illik dövrünü 355 günə tamamlayır, günəş isə 365 günə, 10 gün fərq burdandır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:10, 19/06/2016 ) #63706

Səbəb sadədir.
İslam təqvimi(hansı ki əksər ərəb ölkələri hazırda istifadə edir) – qəməridir. Yəni ay təqvimi. Yəni hər ay görünəndə yeni ay başlayır. Beləcə 12 aydan sonra yeni il gəlir və yenidən 12 aylıq il başlayır. Buna ay ili deyirlər. Yəni ay hər 12 dəfə Yer ətrafında fırlanır və 1 qəməri il tamam olur yeni il başlayır. 12 qəməri il = 355 gün edir.
Biz və dünyanın əksər ölkələri isə ayları şərti olaraq yaratmışıq(yanvar, fevral və.s. əslində təbii yox, şərti uydurulan təqdim aylarıdır), bizdə il şəmsidir. Yəni günəş ili. Bizim təqvimdə bir il ona deyirik ki, Yer Günəşin ətrafında fırlansın 1 dəfə. O da 365 gün edir təxminən.
Beləliklə ortada iki təqvim var
1. Qəməri təqvim – hansı ki əsl təbiət ayları ilə işləyir, 12 dəfə ay görünür 13-cü görünmədə yeni il başlayır. – 355 gün çəkir bu proses.
2. Şəmsi təqvim – burada təbii olan ilin düzgün olmasıdır, yəni Yerin günəş ətrafında fırlanmasına il deyirlər, onun içərisini 12 yerə isə şərti bölüblər. – bu da edir 365 gün.
Göründüyü kimi 365-355=10 gün edir. Ki hər il dini bayramların, əlamətdar günlərin yerinin 10 gün dəyişməsi ilə bunu görürük.

Səhv etmirəmsə Quranda da buna dair bi ayə var. Əshabi Kəhf haqqında deyilir ki, onlar mağarada 300 il qaldılar, qırağa çıxanda isə bu 309 il oldu.
Həqiqətən də 300 miladi il tam olaraq götürəndə 309 şəmsi il edir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:35, 20/06/2016 ) #63718

    wikipediada hicri-qəməri təqvim eyni şey kimi qeyd edilib. günəş təqvimi və indi işlətdiyimiz təqvim Qriqori təqvimidir, miladdan başlayır.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (18:07, 20/06/2016 ) #63719

      Haqlısız hicri sözünü sadəcə mexaniki olaraq yazmışam, düzəliş elədim, Şəmsi yazdım. Yuxarıdakı cavabda nə miladi, nə hicri, nə də qriqorian sözləri işlədilə bilməzdi. çünki bunlar astronomik yox, dini terminlərdir.

      Hicri – hicrət sözündən götürülüb, və astronomik hadisə deyil ümumiyyətlə. Sadəcə təqvim üçün götürülən başlanğıcdır. Hicrət ilə bağlıdır,İslamdakı məlum hicrət hadisəsi ilə bağlı. Ona analoji olan miladidir, yəni xristianlıqdakı hadisə(İsanın mövludu)

      Qarışdırılmaması üçün bir daha qeyd edim.
      Bizim işlətdiyimiz təqdim miladi-şəmsi (şəmsi yəni günəş və yer ilə olan münasibətdən götürülən il təqvimi, miladi də İsanın mövludu, 2016 ilə əvvəl), ərəb ölkələrində işlədilən hicri-qəməridir (hicri – islami hadisə, qəməri – Ay və yer arasında olan məlum münasibətə uyğun götürülən il.)

      Hicri şəmsi də var məsələn, İranda.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 560 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 411 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 17355 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2016