Biznes ideyalar

Salam. Internetdə biznes ideyalarla zəngin xüsusi saytlar var. Saytların bir çoxunu gözdən keçirdim ama istədiyim ideyanı tam olaraq tapa bilmədim. Səbəb sadədir. Orada yazılan ideyalar daha çox Avropa ölkələri üçün nəzərdə tutulub və yüksək maliyyə imkanları tələb edir. Kiçik sahibkarlıq üçün sizcə ən gözəl biznes ideya nə ola bilər?
Fikirləriniz mənə maraqlıdır. Minnətdaram


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

(18:06, 01/08/2016 ) #64338

seher daxili marsurt xidmeti(wexsi avtabus almag)cox gelirli sahedir,menim fikrimce.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:35, 02/08/2016 ) #64348

    Söhbət yüksək maliyyə imkanları tələb etməyən biznes sahəsindən gedir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

məncə Azərbaycanda nəsə etməyə dəyməz bu ağır dönəmdə..xətrinizə dəyməsin, məncə ən yaxşı variant cörək bişirib satmaq olar. 35-40 qəpikdən

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(08:53, 02/08/2016 ) #64344

Hosting, VPS xidmetleri.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:44, 02/08/2016 ) #64345

Hər kəs özünə yaxın, ürəkdən gələn sahə ilə məşğul olsa yaxşı olar. Yoxsa, görən pul hansı sahədə var girişim, bu məncə tamamilə yanlış yanaşmadır. Belə düşünməyə investorun haqqı var, hansı ki əlində artıq pullar cəmlənməsin deyə müxtəlif sahələrə yatırım edir, diversifikasiya edir. Yoxsa yeni başlayan görən harada pul olar deməsi məncə elə ilk başdan uğursuzluğun zəmanətidir. Məncə birinci özünüzə sual verin ki, insanlara necə faydalı olmaq sizə maraqlı gələr. o Suala cavab verəndən sonra qərar verin ki bunu online yoxsa offline etmək olar.
Sonra da biznes ideya özü gələcək. Online alış-veriş də mümkündür, əl işləri satmaq da, rəssamlıq da, proqramçılıq da, dizaynerlik də, evlərə nəyisə çatdırılma xidməti yaratmaq da, təhsil-təlim verib pul qazanmaq da və.s.
Əsas odur nəyi bacarırsız. Offline da ki məliumdur, sayı hesabı yoxdur biznes ideyaların.
Yenə deyirəm, sizin təsvir etdiyiniz durumda ideyanın demək olar önəmi yoxdur və onun üzərində baş sındırmaq yanlışdır. Birinci özünüzün uğurlu ola biləcəyiniz, içinizdən gələn istiqaməti kəşf etməlisiz, sonra ona daxil ola biləcək ideyaları araşdırmalı

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:28, 02/08/2016 ) #64347

    Cavabınız üçün minnətdaram ama söhbət online yox elə sırf offline biznesdən gedirdi. Məsələn: Əgər mən fizika və ya jurnalistika sahəsi üzrə təhsil almışamsa mənə yaxın ola bilən biznes sahəsi hansı ola bilər? Düşünürəm ki, əsas məsələ yaradılacaq biznesə tələbatdı və sahə elə bir sahə olmalıdır ki, rəqabət minimum az olsun.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:39, 02/08/2016 ) #64349

      Təhsil almaq bəs etmir, həvəs və motivasiya da olmalıdır o sahəyə. O qədər uğurlu biznes sahibi tanıyıram ki, təhsillərindən tam fərqli sahədə uğur qazanıblar. Çünki 11ci sinif başı ilə ixtisas seçib sonralar yanlış seçim olduğunu anlayıblar, o sahədə özlərini görməyiblər(çörəkli,pullu sahə olsa belə)
      Rəqabət məsələsi də lotoreya oynamaq kimi şeydir – əgər rəqabətin digər sahələrdən çox az olduğu sahə varsa, bəyəm başqalarının ağlı o dərəcədə çalışmır ki, oraya girişsinlər? demək ki ilk baxışdan görünməyən baryerlər, çətinliklər var, ki həmin rəqabətsiz sahəyə girsəniz siz də görəcəksiniz.
      Tanıdığım uğur qazanan şəxslərin heç biri sahəyə girişəndə rəqabətin olmamasını axtarmayıblar. Əksinə rəqabətli yerə girmək lazımdır (deməli nəsə var ki rəqabət də var).
      Yenə deyirəm, əsas içdən gələn həvəsdir fikrimcə.
      Mənə dostlardan çox təklif olub zaman-zaman, gəl filan yerdə ximçistka açaq, oralarda yoxdur qəşəng pul gələr, və ya nə bilim gəl pub açaq, çay evi açaq və.s. və ilaxır açaq. Kimlərsə buna gedə bilər, amma mən getmirəm, çünki o sahələrdə fəaliyyət göstərməyə içimdən marağım yoxdur. Marağım olan sahədə fəaliyyətə üstünlük verirəm.

      Yenə də təkrar edirəm, mənə görə düstur belədir:
      Necə qazana bilərəm yox, insanlara necə faydalı ola bilərəm sualı verilməlidir özünə.
      Bu düsturun həlli tapıldıqdan sonra gerisində pul da olacaq, ideya da olacaq və.s. də olacaq.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:52, 02/08/2016 ) #64350

      Gözəl yazmısız. Ama məsələn dil kursu açmaqdansa rəqs kursu açmaq daha uğurlu addım sayılmazmı? Bakıdakı binaların hər küncündə dil kursları var və hətda yaradılmış dil kursları da bu dəqiqə bir çox xüsusiyyətlərinə görə bir-birləri ilə ciddi rəqabət aparırlar. 15 nəfər insanla aparılan rəqabətdə sən öz kursuna 5 nəfər cəlb edə bilərsənsə 5 nəfər insanla rəqabətdə bu rəqəm 15 nəfərə qalxar. Düz düşünmürəmmi?
      (Üzr istəyirəm sizə minus qoydum, əlim dəydi.)

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (12:17, 02/08/2016 ) #64351

      Mən rəqabətin biznesə təsirini danmıram, amma sadə iqtisadi həqiqətdir ki bu təsir həm mənfi həm də müsbət tərəflərə malikdir. Mənfi odur ki, ümumi pay böülünür, iddia edən çoxdur. Müsbət tərəfi isə odur ki, sizi daha yaxşı olmağa məcbur edir. Müsbət tərəfi mənfi tərəfini üstələyir birmənalı olaraq.
      Qaldı dil və rəqs kursuna. Sizcə niyə rəqs kursu azdır, dil kursu çox? Çünki tələb təklif məsələsi var. Rəqsə getmək istəyən azdır, dil öyrənmək istəyən isə hədsiz çoxdur. Hər ikisində perspektiv görürəm. Hətta subyektiv olaraq dil kursunu daha perspektivli hesab edirəm, çünki əla tələb var, meydanda olanların 99%nin keyfiyyəti çox aşağıdır, deməli üst level xidmət təklif edib buna tələb edən kütləyə izah edib əla gəlir əldə etmək olar.
      Kompüter kursları filan barədə də eyni sözü demək olar düzdür? Hər tində bucaqda var. Amma buna rəğmən bu il bu sahəyə girib böyük uğur qazanan adam tanıyıram. Niyə? Çünki bu sahənin adamı idi, işi bilirdi, həvəs içindən gəlirdi və bazardakılardan daha güclü olduğuna əmin idi. Girdi, konsepti irəli sürdü,təqdim etdi və uğur qazandı. Tində bucaqda olan kurslar qaldı öz yerində, bu yeni girən yuxarı level-də (elit, professional imicdə) yer tutdu özünə.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (12:40, 02/08/2016 ) #64353

      Açığı sizin bu fikirləriniz məni konkret getmək istədiyim istiqamətə yönləndirdi. Araşdırandan sonra Bakıdakı rəqs kurslarının elə də keyfiyyətli olmadığını gördüm. Səbəbləri çoxdur. Həm bu işə peşəkarcasına yanaşan insanlar azdır, həm də bu sahədə məktəb açan insanların yaşı çox azdır və işdən başları çıxmır. Mən bu işin biznes planını hazırlayıb, bu istiqamətdə konkret addımlar atmaq istəyirəm ama açığı içimdə “Kim rəqs etmək isdəyir ki?” kimi qorxulu suallar dolaşır. Sonra da rusların məhşur “кто не рискует тот не пьет шампанского” fikri yadıma düşür. Yenə də bu sahə üzrə konkret addımlar atacam, nə olarsa olar. Dəyərli fikirləriniz üçün sizə minnətdaram.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:52, 02/08/2016 ) #64354

men dogru bildiyim bir mesleheti demek isteyirem,qebul edib etmemek oz iwinizdir.
rəqs kurslarından birmenali olarag uzag durun,regsin kime ne faydasi var? ancag toylarda oynamag ucun uwaglara oyredirler,burada hech bir yeniliye ehtiyac yoxdur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:54, 02/08/2016 ) #64355

bunu demek menim iwim deyil,amma reqs dinde de haram sayilir.(geniw nezer budur)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (1 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (5 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (5 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (7 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (7 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (18 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (18 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (18 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024