Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Envato məhsul satışı.

Salam . Envatoda hazırladığım skriptləri necə satışın edə bilərəm . gəlir və sayt vergisi faizləri nə qədərdir. pulu ordan bankla çəkmək mümkündürmü. yatardığımız məshulların reklamın şirkət edir yoxsa biz özümüz etməliyik. ümümiyətlə envato php dilində yazılmış məhsullarımdan gəlir əldə edə bilərəmmi . zəhmət olmsa bu suallarımı cavablandırasınız çox vacibdir.


Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (17 cavab var)

(15:10, 26/08/2016 ) #64788

50%-dir Envato vergisi. Sonra satdıqca 30%-ə qədər düşür, yəni sizin pay 50-dən başlayır 70%-ə qədər artır.
Reklamı siz etməlisiz təbii ki. Onlarış işi malı saytda sizin üçün satmaqdır. Axtaranlar özləri tapır və alır sizin malı.(açar sözlərlər)
php-də yazılan softlardan gəlir çox aşağıdır envato-da. Normal gəlir wordpress theme, html template və graphic işlərdədir.
Ciddi girişmək istəsəniz özünüz daxil olub şərtlərini yaxşıca oxuyub envatoda

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:38, 26/08/2016 ) #64792

    bildiyim qədəriylə siz satışların edirsiz . yəni sırf bu işlə məşğul olmağa dəyər ? yüksək qazanclar əldə etmək mümkündürmü məsələn aylıq 3-5 html template ilə 1000-3000 qazanc mümkündür ?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (15:43, 26/08/2016 ) #64794

      Baxır dizayna amma mən inamıram çətin o qədər html templatlə qazanasız ən azı cms zad düzəltsəydiz bəlkə…

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (18:07, 26/08/2016 ) #64801

      1 milyon da qazanan var, 10 milyon da.
      Sırf bu işlə məşğul olmaq yetərli deyil axı. Əsas meyar KEYFİYYƏTDİR. Sonra gəlir bazarın tələbini ödəyən məhsul düşünmək, sırf bu işə daha çox vaxt ayırmaq və.s. Keyfiyyət isə dünya standartında olmaldır, hətta onu aşmalıdır. Əks halda özünüz fikirləşin, niyə başqasının yox sizin məhsulu almalıdırlar?
      Envato-da çox qəşəng template-lər var ki neçə aydır yerləşdirilib amma satış sayı 0-dır. Yəni gördüyünüz kimi çətindir, hətta çox çətindir.
      Əgər deyilən tələblərin hamısı aşılsa (ki bu da illərlə bu sahədə təcrübə olmasını tələb edir), hə 2-3 template-dən ayda 1000 də qazanmaq olar, 10 min də.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:50, 26/08/2016 ) #64796

Məsəlüçün Nevvspaper 7 teması var 1 milyona yaxın pul qazanıb 3 ilə .

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:20, 26/08/2016 ) #64802

məhsul satışında qiyməti özümüz tənzimləyirik yoxsa envato.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:09, 26/08/2016 ) #64804

    Template üzrə Envato, qrafik işlər üzrə özünüz. Gələcəkdə isə hamısını özünüz tənzimləyə biləcəksiniz.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (19:56, 26/08/2016 ) #64805

      Ümumiyətlə bu işlə məşğul olmağı məsləhət görürsünüz ? Yəni peşəkar olduqdan sonra yaxşı gəlir əldə etmək mümkündür ?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:38, 26/08/2016 ) #64808

    Bəli, peşəkar olduqdan sonra məsləhətdir. Amma ora asan gəlir mənbəyi kimi baxarsizsa məsləhət deyil. Sadə müqayisə deyim ki yerli Azərbaycan bazarında pul qazanmaq ordan qat qat asandır. Yerli bazarda nəsə düzəltmədən , təcrübə toplamadan, peşəkar olmadan ora çıxmaq mənasızdır. Birdən birə elə sıçrayış baş tutan iş deyil

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:03, 26/08/2016 ) #64809

      Yerli bazarda hansı cürə işləri məsləhət görürsünüz. məsələn nədən yaxşı gəlir əldə etmək mümkündür ?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:27, 27/08/2016 ) #64810

    Elə eyni şeydən. Envatoda nə satacaqsızsa burda da onun sifarişləri. Sadəcə burda özünüzü tanıtmaq üçün gərək pulsuz/pullu xidmət göstərən, insanlara fayda verən layihəniz ola. Yoxsa özünüzü təsdiq etməmiş sayılarsız. Əlinizdə nəsə olsun, insanlar ondan faydalansın(veb, mobil layihə, fərq etməz), sonra müştərilər avtomatik qaydada yaranacaq və çoxalacaq

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:56, 27/08/2016 ) #64814

      Azərbaycanda istifadəçilər azdır. Ancaq envato dünya miqyaslıdır. Burda vaxt itirməkdənsə eynisin daha çox zəhmət çəkib xarici bazarlarda satmaqı üstün tuturam mən .

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:38, 27/08/2016 ) #64819

    anladım, yəni orta məktəbə daxil olmadan universitetə girmək istəyirsiz birbaşa. necə məsləhətdir 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (13:13, 27/08/2016 ) #64821

      orta məktəb materiallarını evdə öyrənmişəm . uğurlar.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:02, 26/08/2016 ) #64806

Bunu kimse deye bilme,siz ozunuzde o istedadi ve gucu gorursunuzse meshgul olun.Peşəkarliq oldugdan sonra pul da olacag.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:30, 27/08/2016 ) #64813

Adam peşəkar ola, elə ən yaxşısı bu işdi. Oturasan evdə fikirləşib məhsul hazırlayıb elə burdakı qədər və ya daha çox qazanasan.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:01, 27/08/2016 ) #64815

    Əlbətdə peşəkar olmaq bir o qədər də asan deyil ancaq güclü səbr və iradə lazımdır. Məsəlüçün gənc yaşlarda başlamaq peşəkar olmağa gətirib çıxara bilir özüdə burada peşəkar məhsul satışın etdikdən sonra Azərbaycanın nəhəng şirkətlərində işləmək imkanlarıda çoxdur. Bir sözlə nə oluruqsa olaq mükəmməlindən olaq orta qalmaq ən axmaq işdir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 560 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 411 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 17346 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2016