Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Gözləri qorumaq, Amoled ekranın ziyanları, Kompüter eynəyi

Salam..5 il olar,komp ishledirem,gözlərimdə heç nə olmamışdı..Amma 3-4 aydı, Galaxy J7 deyə bir tel almışam,son zamanlar gözümdə qıcıqlanmalar,qızartılar olur.Kompu,demək olar,işlətmirəm deyə telefondan şübhələndim..Amoled ekranın ziyanları haqda araşdırdım.Səndemə,çox adamın gözünə ziyan edibmiş amoled ekranlar.. Özü də,böyük ekrandı bunda.. 1-2 həftə heç işlətmədim tel,komp-zad,deyəsən, düzələn kimidi gözlərim,hələ də az ishledirem..
Sualım ondan ibarətdi ki,

#1 Telefonu necə eliyim,görəsən?
Hansı tip ekranlar amoled’ə baxmış gözləri korlamaz? Məcburən bu teli işlətməli olsam,neyliyim bəs? Ekranın üstünə nəsə çəkməliyəm? O göz qoruyucu proqramlardan başım çıxmır,onlar lazımdısa,hansını yükləməli,ekranı hansı rəngdə eləməliyəm,bilmirəm..(araşdıra da bilmirəm,çox az girirəm ki,gözüm düzəlsin :/ )

#2 Kompüteri necə bəs? Bir adam fəryad edirdi ki,kompüteri 1-2 ay ekran filteri olmadan işlədib..A kişi,gözümü açandan necə gəldi,ishledirem 😀 O, nə olan şeydi? Ümumiyyətlə,kompüterlə işləyərkən gözləri necə qoruyurlar?
Ənn vacib sualım
Kompüter eynəkləri necə bir şeydi?
Onlar həqiqətən kömək edirlərmi? 16 yaşım var,onları taxsam,ziyanı olmaz?Sonra gözdə asılılıq,ziyan və s. eləmir?
Qabaqcadan çox sağ ol deyirəm sizlərə.. Gözlərim qıcıqlanır deyərkən qıraqdakı -o burun tərəfdəki küncləri.. Bir də,ekranı heç vaxt çox parlaq eliyən deyiləm..Maks 20%..


Kateqoriya: Sual . , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(10:29, 04/09/2016 ) #64978

Siz yaxşı olar ki göz həkiminə gedəsiniz. Bəlkə heç telefonla əlaqəsi yoxdur, nəsə başqa problem var. Həkim damla dərman yazar düzələr.
Telefon və ya komputerə baxanda artması isə təbiidir, hər ikisi yaxın məsafədən şüa saçır deyə, yorğun və ya nese problemi olan gözə daha pis təsir edir.
Mende indi də amoleddir, əvvəllər də olub. Nə amoled nə lcd, aralarında fərq hiss etməmişəm gözə təsir baxımından.
Komputerə gəldikdə ise ekrana nəsə yapışdırmaq filan bunlar paranoya şeylərdir daha çox. Komputer necə satilirsa, elə də işlənilməlidir.
Eynək olur apteklərde, şəxsən mən bir neçə ay işlətmişəm illər öncə(günə 10+ saat kompüterdə işləyirdim deyə düşünmüşdüm ki işlədim), bir neçə aydan sorna səbrim çatmadı. Bir az qoruduğu hiss edilirdi, çox işləyəndə belə goyneme olmurdu. AMMA eynək gözü daha çox yorurdu, nəinki eynəksiz. Ona görə də işlətmədim. Ən düzgün istifadə odur ki davamlılıq az olsun. Yəni məsələn kompüterdə işləyəndə 30 dəqiqədə bir 5 dəqiqəlik fasilələr verilsin və. S. O halda bir şey olmur hər şey qaydasında gedir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:17, 04/09/2016 ) #64980

    təşəkkürlər,fasilələr eliyəcəm..amma həkimlərdən qorxuram..

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:58, 04/09/2016 ) #64981

Monitorlarda insan gözün yoran mavi işıqdır.
Yeni müasir monitorlarda xüsusi” filtrlər”,yəni proqram vardır ki, monitor daha az mavi ışıq saçır.Buda insan gözünün daha az yorulmasına gətirib çıxarır.Bu videonu izləyə bilərsən :
https://youtu.be/3oGbFWn85D4

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:14, 06/09/2016 ) #65003

    çox sağ olun

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 560 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 411 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 17352 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2016