İp Address

Salam. Mənim sualım İP ilə bağlı olacaq.
Mən öz İp adresimi komputerde CMD girərək, “ipconfig” yazıb İPv4 hissəsindən öyrənirəm.
Ancaq www.whatismyip.com və bu tipli saytlar İP adresi başqa cür göstərir.
Bunu biri mənə izah edə bilərəm. Bəlkə həmin saytlarda çıxan cover edib öz İP adresimi almaq olur? Bilmirəm. Ama anlayışı olandan xahiş edirəmki bu haqda məni məlumatlandırsın. İndidən təşəkkürlər.


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(08:33, 16/11/2016 ) #65989

Siz öz ip adresiniz kompyuterinizlə və ya modem parametrləriylə daha dəqiq əldə edə bilərsiniz. Ancaq saytlara güvənmiyin.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(08:36, 16/11/2016 ) #65990

Daxili və xarici IP başqa şeylərdir. Tam baş düşmək üçün bir az iri həcmli informasiya lazımdır, məsələn https://www.h3xed.com/web-and-internet/whats-the-difference-between-external-and-local-ip-addresses

Çıxış IPni siz təyin etmirsiz, provider təyin edir. Daxili ip isə nə qədər istəsəz yarada bilərsiz kompüter daxili şəbəkə üçün, localhost. Məsələn 127.0.0.1den ta üzüyuxarı minlərlə IP yaratmaq. olar daxili məqsədlər üçün

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:02, 16/11/2016 ) #65991

    Bəs çıxış İp ilə daxili ip tapmaq olar? Daha doğrusu bizim qrupun bir gmaili var. Biri göndərilən hərşeyi silib. Gmailə girən son 10nəfərin İPsi var ama daxili İP deyil. Sizin deyiminizlə Çıxış İpsidi. Daxili İpni necə tapım?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (12:24, 16/11/2016 ) #65993

      Məncə yanaşmada səhviniz var, təməl anlayış olaraq bunu düzəldək, sonrasını başa düşmək asan olar.

      Daxili İP dediyimiz hər kompüterin öz daxili şəbəkəsi üçündür loru desək – susmaya görə də bütün kompüterlərdə bu eyni olur. 127.0.0.1 məsələn. Bu internetdə heç bir halda heç bir yerə də düşmür.

      İnternetə bağlanmaq üçün olan remote İP-dir ki, sizə provider verir onu.
      google-da my ip yazarkən və ya whatismyip saytına girərkən çıxan İP elə o çıxış İP ünvanıdır.

      Daxili İP başqa şeydir, Gmailə girişlərdə yalnız çıxış İP çıxır, yəni providerin sizə verdiyi. Çünki gmail sizin kompüterin içində işləyən lokal proqram deyil, internet üzərindən işləyən bir proqram təminatıdır.
      Daxili İP-ni gmaildən tapmaq mümkün deyil, “Gmailə girən son 10nəfərin İPsi” varsa bu sadəcə onların internetə bağlandığı İP-dir. Həm də dediyim kimi, tapsanız belə hamıda eyni olacaq bu, 127.0.0.1 kimi bir şey.

      Daxili İP-lərlə kimisə tapmaq o halda mümkün olardı ki, sözügedən hadisə hansısa korporativ şəbəkədə baş vermiş olsun. Bu halda Gmail log ilə yox, şəbəkə admininin istifadə etdiyi şəbəkə idarə proqramı ilə bilmək olardı ki kim hansı saatda qoşulub, yəni hansı işçinin kompüteri qoşulub. Çünki bu halda artıq local şəbəkə İP-ləri(adətən 192.168 ilə başlayırlar), proxy filan olur deyə hər şey nəzarət altında olur, ki kim hara girib hara girməyib.

      Yoxsa hər kəs evindən birbaşa giribsə gmailə, o halda sizin əlinizdə provider İP-sindən başqa heç bir şey ola bilməz.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:05, 16/11/2016 ) #65992

    Cmd girin net view \\ yaxanda Daxili İP istiyir. Mən İP ilə cihaza bağlanıb kimin etdiyini tapmağa çalışıram.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

MiMov cavab verdi - Özəl ip tv qurmaq (4 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (4 gün əvvəl)

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (11 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (12 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (13 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (15 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (18 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (20 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (20 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (20 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (22 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (22 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23229 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024