Videoları məsləhəti

Salam.Sualım belədiki güclü videokart hansıdı?Yəni gûclü oyunları “high” səviyyəsində donmasız rahat oynamaq üçün


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(13:43, 21/11/2016 ) #66059

NVIDIA GeForce GTX 1080 ən yaxşı oyun videokartıdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:09, 22/11/2016 ) #66068

Əvvəlcə oyunlarda “donma” nədir onu izah edək. Hər hansısa bir oyun oynayarkən ekranda müəyyən təsvirlər əmələ gəlir ki , hansı ki , bu təvirləri çəkmək ekran kartının vəzifəsidir.İnsan gözü oyun zamanı “donma” görməməsi üçün monitor ekranında 1 saniyə ərzində ən az 24 ardıcıl kadr görməlidir (Bu qayda filmlər üçün də eynidir) .Yəni hər hansısa bir oyunu “donma”dan oynamaq üçün ekran kartı monitor ekranına ən az 1 saniyədə 24 kadrı çəkməlidir.
1 saniyə ərzində çəkilən kadr FPS (Frame Per Second) ilə ölçülür.
Burda yuxarı limit sizin monitorunuzun 1 saniyə ərzində ekranda neçə kadr(daha doğrusu neçə Hz ) göstərə bilməsi və sizin gözünüzün və beyninizin bunu anlaya bilməsi olacaqdır.
Ekranda çəkilən kadrlarda təsvirlərin sayı , onların kefiyyəti və piksellərin sayı artdıqca ekran kartı lazım olan aşağı limiti- 24 FPS-ni təmin edə bilmir və bizlər bunu ” donma” olaraq adlandırıq.
Yuxarda qeyd etdiyim piksellərin sayı “donma”da ən əsas faktorlardan biridir.
Piksellərin sayı monitorun üfuqi və şaquli boyunca yerləşən piksellərin bir-birinə hasilidir.
Məsələn ən geniş yayılmış olan 1080P yəni
1920×1080 bir monitorda 2,073,600 ədəd piksel mövcuddur.Siz monitor ekranında mövcud olandan daha az pikselin ekran kartı tərəfindən təsvir olunmasını seçə bilərsiz , amma bu zaman ekrandakı kadrın,təsvirin keyfiyyətində ciddi fərqlər yaranacaqdır. Piksellərin sayı Kefiyyətlə düz,FPS ilə tərs mütənasibdir.
Yəni ekranda nə qədər çox piksel təsvir olunarsa ,ekrandakı təsvirin ,kadrın keyfiyyəti o qədər artar, ekran kartının işi bir o qədər artar.
Bu səbəbdən daha güclü ekran kart(lar)ına ehtiyac yaranır.
Günümüzdə 60 FPS oyunlarda (LOW,MEDİUM,HİGH,ULTRA olmasından aslı olmayaraq) istənilən ideal dəyərdir.
Hal-hazırda dünyada ən əsas 2 videokart istehsalçısı : AMD və Nvidia vardır ki, onların hər ikisinin 2016-ci ildə satışa çıxardığı videokart seriyaları (RX 460 istisna olmaqla) 1080P də günümüzün oyunların HİGH ,ULTRA da oynamaq üçün kifayətdir. AMD-nin RX 460,RX 470,RX480 seriyası qiymətlərinin daha münasib olması ilə diqqət çəkir.
Nvidia-nın gtx 1050,gtx1050 Ti,gtx 1060 , gtx 1070, gtx 1080 kartları AMD kartlarından daha baha olan modelləri AMD kartlarından daha yüksək performans vəd edir.
Gələcək 2 il ərzində çıxacaq çox oyunu HİGH,ULTRA-da oynamaq üçün AMD cəbhəsində RX 470 , RX 480 , Nvidia cəbhəsində gtx 1050 Ti, gtx 1060 (2016 oyunlarının bir çoxun ULTRA-da 90 FPS-də bu kartla oynaya bilərəsən ), gtx 1070 , gtx 1080 ekran kartlarından birini seçə bilərsiniz.
Daha əvvəlki seriyaların ekran kartların almaq artıq mənasızdır (təbii ki çox-çox ucuz qiymətə tapmadıqca).
Bu ekran kartların istifadə etdikdə ekran kartından aslı olaraq kifayət qədər güclü prosessorunuz olmalıdır ki, prosessor ekran kartınım sürətinə çata bilsin ,əks halda prosessor ekran kartının tam gücündə işləməsinə maneə ola bilər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(03:17, 23/11/2016 ) #66107

Nvidia gtx 1080p ve yaxud 1070 texmini neciye olar?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır


Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (5 saat əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (5 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (17 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (17 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (17 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024