Online satış saytında kreditlə ödəniş sistemi

Salam. Online satış saytım var. İstəyirəmki məhsulu 3-6 aylıq kredit şəklində satım. Bunu qanuni olaraq necə edə bilərəmki sonra bir problem yaranmasın. Yəni müştəri pulu ödəməkdən imtina etsə belə qununla pulu geri ala bilim.


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(23:56, 11/01/2017 ) #66929

Rəsmi kredit vermə səlahiyyəti bank və kredit təşkilatlara aiddir. Belə adi şirkətlər edəmmir onu arada bank və ya kredit təşkilatı olmasa. Bu elektronika mağazalarının bank olmadan tək vəsiqə ilə kredit verməsi isə rəsmi kredit deyil, adi dədə-baba nisyə verməsidir, iki tərəfli anlaşma imzalanır, heç bir rəsmi kredit gücü olmayan sənəddir.
Yəni ki məncə işin bu tərəfini heç düşünməyin. Ən yaxşısı hazır kredit modellərinə qoşulmaqdır. Albalı, Bolkart və.s kartlar ilə saytda ödəniş imkanı yaradın, vəssalam, bu da olsun rəsmi, qanuni kredit. Millikart, Azericard ilə mümkündür belə kredit kartları ilə ödəmə

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (01:32, 12/01/2017 ) #66934

    Cavabınız üçün təşəkkür edirəm Elvin bəy. Kredit ödənişi dedikdə mən bir bəbləği hissə hissə aylıq ödənişi nəzərdə tuturam. Yəni heçbir banklar əlaqəsi olmasın bir başa bizim ofisə ödənilsin məbləğ. Bu dediyimi eləmək üçün hansı yolları izləməliyəm.
    Aşağıdakı müqaviləni Fiziki şəxs olaraq yaratmaq mümkündür yoxsa mütləq mmc adı almaq lazımdır? Birdə bu siz dediyiniz rəsmi gücü olmayan sənətdir?

    Borc müqaviləsində nələr qeyd olunmalıdır?

    Borc pulun verilməsi ilə bağlı yazılı razılaşmalarda aşağıdakılar mütləq şəkildə qeyd edilməlidir ki, razılaşma etibarlı hesab edilsin və gələcəkdə ödənişin gecikdirildiyi və ya tamamilə ödənilmədiyi halda, pul vəsaitinin hüquqi müstəvidə geri alınması mümkün olmuş olsun:
    – müqavilənin tarixi;
    – müqavilənin tərəfləri, yəni borc alan və borc verənin adı soyadı atasının adı (şəxsiyyət vəsiqəsi üzrə məlumatların qeyd olunması);
    – borc verilən pul məbləğinin miqdarı (rəqəm və sözlə yazılmaqla);
    – pul öhdəliyinin icrasının forması və müddəti (yəni, geri qaytarılma müddəti, ödənişin son tarixi mütləq şəkildə qeyd edilməklə hissə hissə və ya bir dəfəlik qaydada ödənilməsi).

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (10:41, 12/01/2017 ) #66939

      Yazdıqlarınız olmalıdır bəli. Amma hüquqi baxımdan əsası olmayan hesab edilir bu. Notarius təsdiqi lazımdır hüquqi əsas olması üçün. O isə işi uzadır, yerindəcə həll imkanını yox edir.
      Ona görə də dükanlar notarius olmadan adi nisyə verməyi üstün tuturlar, imzaladıqları sənəd isə hüquqidən çox anlaşma xarakteri daşıyır. Ona görə də pulu verməyənə hüquqi nəsə edəmmirlər, əvəzində sadəcə israr, biabır etmə, hədə qorxu gəlmə və.s. metodlardan istifadə edirlər 🙂
      Şəxsən mən olsam yalnız albalı, bolkartla ödəmə kimi imkan yaradaram bunu təşviq edərəm, vəssalam. Nəqd nisyə işləri uzun və çətin işdir, hələ hələ online platformaya heç yaraşmır

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:20, 12/01/2017 ) #66931

Salam.Kredit vermekdense nisye verin,yeni borc verin,bu halda alicilar da chox olacaq,kredit veren onsuz da choxdur,borc veren ise chox azdir,borcu da tam qanuni wekilde vermek mumkundur,bunu oxuyun:
http://az.trend.az/azerbaijan/society/2512841.html
Qeyd olunub ki,”Borc müqaviləsinin sadə yazılı formada bir kağız parçasında qeyd olunaraq, borc alan və borc verən tərəfindən imzalanması yetərlidir ki, bu razılaşma hüquqi qüvvəyə sahib olsun,borc verən özünü sığortalamaq üçün müqavilənin məhz notarial qaydada təsdiqini tələb ede biler.”

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (01:33, 12/01/2017 ) #66935

    Təşəkkür edirəm çox sağolun

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:28, 12/01/2017 ) #66932

Bu yazini da mutleq oxuyun,daha etrafli melumat var:
http://news.milli.az/society/344846.html

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (01:33, 12/01/2017 ) #66936

    təşəkkür edirəm. Çox sağolun

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 568 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 414 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 18384 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2017