Saytın trafikini artırmaq

Salam.Mənim saytımın gündəlik 3000-ə qədər trafiki olur. Facebook qrupum da var 80000 nəfərlik. Saytımın trafikini ucuz qiymətə necə artıra bilərəm?? Hansı metodlar var bununla bağlı? Amma real istifadəçilər olsun. Əvvəlcədən təşəkkürlər.


Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(08:13, 12/01/2017 ) #66938

Salam, saytın və facebook səhifəsinin mövzusu, kateqoriyası haqqında biraz məmat olsaydı yəqinki daha yaxşı cavablar gələ bilərdi.
İstifadəçilər saytınıza hardan gəlir? (facebook səhifəsi, google)
Fərqli kateqoriyadakı saytlar üçün fərqli yollar izləmək lazımdır.
Sayt legaldırsa məzmun, seo və sosyal şəbəkələrin gücündən faydalanmaq ən yaxşısıdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:51, 13/01/2017 ) #66958

    Saytın mövzüsu tibbi məqalələr və xəbərlərdir.Facebookdakı qrupumuzda da hemin saytin məqalələri paylaşılır.amma 80 minlik qrupda 1 məqalə 100-500 arası ancaq oxunur.Sayta gələn istifadəçilərsə, həm facebookdan və həm də ki, googledən gəlir əsasən. Demək olar ki, yarıbayarıdır hər ikisindən gələn itifadəçilərin sayı.xahiş edirəm ətraflı yazın mümkünsə

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:37, 14/01/2017 ) #66961

Səhifə yəqin ki əvvəl başqa mövzulu olub. Çunki o qədər izləyicisi olan səhifədə bir məqələyə 100 nəfər baxması çox azdır.
Saytınızın nə qədər vaxtdır ki fəalliyət göstərdiyi də vacib rol oynayır.
Yazıları hardansa kopyalayırsız? Çalışın heç bir yerdə paylaşılmayan, hamının anlaya biləcəyi və sadə dil ilə yazılmış yazılar paylaşın. Digər saytlar məqalələrinizi paylaşdıqda saytınıza keçid vermələrini tələb edin. Əsasən də rəqib saytlar bunu etsə, trafikin artdığını tezliklə görəcəksiniz. Bunu suni yol ilə etməyin. Əks halda hazırki trafkinizi azalda yaxud itirə bilərsiniz.
Yazılarınız çox qısa olmasın (ən az 300 söz).
Saytınız wordpress üzərinə qurulubsa, Seo by Yoast və xml sitemap pluginindən istifadə etsəniz daha yaxşı olar.
Url sisteminin unikal olmasi daha yaxsidir.
Əgər hələdə etməmisinizsə, Google Analytics sayğacını saytınıza əlavə edin.
Edə bilərsinizsə yazılarınızın digər səhifələrdə də paylaşılmasını təmin edin.
İstifadəçilərin saytınızda qalma müddətini artırmağa çalışın.
Vaxtınız varsa gündə ən az 5 məqalə əlavə edin.
Bunların hamısını etmisinizsə onda ya o mövzudakı saytın qəbul edə biləcəyi maksimum trafiki əldə etmisiniz yada ki sayt xarici seo işləri görməlisiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:35, 15/01/2017 ) #66964

Facebook qrupdur bəli başqa mövzulu olub əvvəllər.Sonra mən alıb dəyişdim adını.Bu qrupda oxunma sayını necə artıra bilərəm??Qrupumun linki budur https://web.facebook.com/groups/AzRepOfficial/
Saytım 1 ildir ki fəaliyyət göstərir və 1000dən artıq məqalə vardır.
Dediklərinizin demək olar ki, hamısını etmişəm və saytım blogger tabanlıdır, amma com domeni alıb və temasını dəyişib original saytdan demək olar ki, fərqlənmir xarici görünüşcə google analyticsdən də qeydiyyatdan keçmişəm.Ancaq yeni məqalələr yazıram yəni copy past yazmıram.saytın adı isə oxuinfo.com

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 567 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 414 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 18087 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2017