Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saytın htaccess faylı ilə bağlı kömək lazımdır

salam hər vaxtınız xeyir… sayt yaratmışam yeni serverdə htacess – e görə sayt səhflik verir.

deməli belə.

htacess faylından bu kodu siləndə sayt işləyir amma style yeni dizaynı və ikonları işləmir.

bu kodu necə yazımki sayt tam işləsin ? yada silmək olar ? bunun nəsə sabah problemi çıxmaz ? təhlükəsizlik cəhətindən…

php_value register_globals 0

php_value magic_quotes_gpc 0

php_value session.use_trans_sid 1

php_value session.cookie_lifetime 0


Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(12:02, 20/02/2017 ) #67560

Salam. register_globalsmagic_quotes gps(GET/POST/COOKIE) artıq PHP 5.4.0 versiyasında tamamilə silinib. Bir də ki register_globals direktivi təhlükəsizlik baxımından PHP 4.2.0 versiyasından etibarən başlanğıc ayar kimi OFF təyin edilmişdi.

session.cookie_lifetime – server tərəfindən istifadəçi brauzerinə göndərilən kukinin davametmə müddətini təyin edir. Əgər qiyməti 0 təyin edilibsə, bu o deməkdir ki, yalnız brauzeri bağladıqda sessiya kukisi (standart adı kimi PHPSESSID olur) silinəcək. Əgər qiyməti 600 (10 dəqiqə) təyin etsək sessiya kukisi 10 dəqiqədən sonra silinəcək. Bu, avtorizasiya məsələlərində önəmlidir.

Bundan başqa, session.cookie_httponly direktivini on etməniz məsləhətdir. Bu halda sizin kukilər yalnız HTTP protokolu vasitəsilə oxuna bilər, yəni Javascript vasitəsilə ələ keçirilə bilməz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 568 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 414 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 18589 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2017