Online satış səhifəsi açıb gəlir əldə etdikdə dövlətə vergi ödəməliyəm?

Salam. İnstagramda səhifə açıb xarici saytlardan (ebay, aliexpress və s.) alib burda satmaq istəyirəm. Məhsullar geyim, aksesuar, oyuncaq, ofis ləvaziatları, qulaqcıq və s. xirda eşyalar ola biler.
Mən hansı cətinliklərlə qarşılaşa bilərəm? Problemlərlə qarşılaşmamaq üçün mən nə etməli ve nələri etməməliyəm? Təcrübəsi olanlar işin alınması üçün nə məsləhət görərdiz? Xaricdən Azərbaycana çatdirilması pulsuz və ya ucuz olan başqa hansı saytlar var? Ən əsəsı mənə bu işin hüquqi yanını izah edin. Men ilk olaraq nə etməliyəm ki, hər şey qanuni olsun? Əgər 1 ay icində 40-50 sifariş olsa gömrükdə problem olarmı? Tutaqki 100 azn satışa gorə nə qədər vergi ödməliyəm? Maximun nə qədər məhsul getizdirə bilərəm? Birdəki, mən satmaq üçün yox özüm və ya yaxınım üçün tutaqki paltar sifariş etsəm buna görə də vergi ödəyəcəm? nece bildirmək olar ki, bunu satış üçün yox özüm üçün aliram? Ümumiyyətlə Vergilər nazirliyi necə nəzarət edəcək bu işə? Misal üçün: Mən 10 məhsul getirmişəm, hərəsini 10 manatdan satmışam. Nazirlik nəyin əsasında mənə vergi müəyyən edəcək? Zəhmət deyilsə bu xırdalıqları mənə başa salardız. Təşəkkürlər!


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(01:34, 21/04/2017 ) #68282

Qısa yazım.
-aliexpress, ebay və.s. saytlardan ucuz almaq olar.
-vöen əldə edirsiz və fəaliyyətə başlayırsız. 195-ə zəng etsəniz, ilk öncə nə etməliyəm sualına ətraflı cavab verəcəklər.
– gömrükdə problem olmaq deyəndə ki saxlanılacaq, siz də rüsum ödəyib keçirəcəksiniz.
-şəxsi məqsəd üçün 1-2 ədəd nəsə alanda və aylıq 1000$-ı keçməyəndə rüsum ödəmirsiz.
– qaimə əldə edirsiniz və hər alıcıya çatdırılma zamanı qaimə yazıb verirsiniz. bir nüsxəsi sizdə qalır. bu da sizin vergilər nazirliyinə sənəd kimi göstərə biləcəyiniz sənəd olacaq. nəzarət etmək deyəndə ki, daimi nəzarət edilmir, sadəcə hər an yoxlaya bilərlər. ona görə də qaimələriniz qaydasında olmalıdır ki, soruşan olanda göstərəsiniz.
– verginin məbləğini isə özünüz hesablayıb göndərrisziniz hesabat kimi, hər 3 ayda bir Vergilər və DSMF hesabatı şəklində. yəni əlinizdəki qaimələrdəkini cəmləyirsiz göndərrisiz hesabat kimi. sadələşmiş vergidə mənfəət yox gəlirdən ödəyirsiz vergini. yəni 10 manatlıq malın üstünə 5 manat qoyub satanda 15 manatın vergisini ödəyirsiz. sadələşmiş vergi çox aşağıdır deyə (4%), bu elə də qorxulu şey deyil.

reallıq isə budur ki, hazırda online fəaliiyyət göstərən pərakəndə nəsə gətirib satanların 99%i heç bir qeydiyyatdan keçmədən edir bunu, hələ ki çox da nəzarət yoxdur deyə, amma bu sahəyə də nəzarət güclənəcək, çünki bütün ölkələrdə bu belədir. ona görə də əvvəldən qanuni edənlər udacaq

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:10, 21/04/2017 ) #68300

    Çox təşəkkür edirəm izah etdiyiniz üçün. Qanundan yayınmaq istəmədiyim üçün bütün xirdaliqları öyrənməyə çalışıram. 4% vergi tutulur cəmi? Nə yaxşı! Mənə 18% demişdilər. Bəs 18% nə zaman tutulur? Birdə ki, vergidən elavə poçta ödəniş etməliyəm? malin qiymətindən ve ya çəkisindən aslı olaraq elavə xərcim cixacaq? yoxsa sənədləşdirən zaman hər şey bu 4%-in içine daxil olur?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:28, 21/04/2017 ) #68301

      18% ƏDV vergisidir, o tamam başqa şeydir. Sadələşdirilmiş vergidə o olmur (illik 200 min manat dövriyyəni keçməyəndə sadələşmiş vergi işlətmək olur)
      Poçtun vergiyə aidiyyatı yoxdur, onun öz xidmət haqqı var. Malın çəkisinə həcminə görə.
      Eləcə də, gömrük rüsumu, və ya nəsə başqa xərciniz olarsa bunun vergi ilə əlaqəsi yoxdur. Vergi odur ki, siz malı X manata satırsınız, onun 4%ini 3 ay sonra vergi ödəyirsiniz. Day poçta nə qədər ödəmisiz, nəqliyyata nə ödəmisiz, bunun ora aidiyyatı yoxdur, bunu siz onsuz da məhsulun qiymətində özünüz nəzərə alacaqsınız.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:09, 21/04/2017 ) #68303

    Artıq mənə cox şey aydın oldu. Çox sağolun!

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (18:18, 24/04/2017 ) #68331

      Gömrük haqqında daha ətraflı danışaram sizə əgər ehtiyyac varsa yenə də. Bir həftə olar mıhsullar gətirmişəm. Gömrükdə rüsum 36% deyilir. mma həqiqətdə sənədləri göstərərəm baxarsız. Heç bir rüşvət yoxdur. Hamısı qanun çərçivəsində.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:30, 04/05/2017 ) #68428

Başqa problemlərlə maraqlanırsınızsa, bu bloq yazısına göz atın:
Yeni Biznes: Adi Mağaza Yoxsa, Online Market?
http://www.web.com.az/yeni-biznes-adi-magaza-yoxsa-online-market/

Ancaq Azərbaycanda vergi və gömrükdən başqa çətinliklər də var. Onlarla da tanış olun:
Online Alveri Öldürən 7 Səbəb: Azərbaycanda E-Ticarət
http://www.web.com.az/online-alveri-olduren-7-sebeb-azerbaycanda-e-ticaret/

1. Online market saytının fiziki ünvanının olması ona inamı artırır
2. Oflayn reklama çox xərc ayırmayın
3. Oflayn reklamdan çox, həm də düzgün yararlanın
4. SEO (axtarış sistemlərinə optimallaşdırma) işlərinə fikir verin
5. İmkan varsa, online marketin bloqunu yaradın
6. Çatdırılmanı pulsuz etməkdənsə, gözəl edin
7. Tanınana qədər qazancsız işləməyə hazır olun

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

MiMov cavab verdi - Özəl ip tv qurmaq (4 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (4 gün əvvəl)

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (10 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (12 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (13 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (15 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (18 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (19 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (19 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (19 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (22 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (22 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23229 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024