Pis vəziyyətdəyəm kömək lazımdır(18+)

Salamlar hər kəsə
Başıma çox pis bir iş gəlib
Deməli çatda bir xarici qızla tanış oldum və o öz facebookunu mənə göndərdi orada xeyli yazışmışıq.
Mənə tez-tez yazırdı ki skypedə danışaq və mən də bəhanə gətirərəək deyirdim ki xeyr
dünən gecə isə facebookda dediki gəl skypedə yazışaq və mən də skypedə danışdım onunla ki görüm nə deyir
salam necəsən yazdıq və bu sən demə bitkini paltarında imiş və mənə dedi ki(üzr istəyirəəm bu ifadələrə görə) gördüm ki bu başladı soyunmağa və mən də bir oğlan kimi bu hiss hamıda var başladım qarşılıq verməyə.
15 dəq keçdi birdən skypp-ı dayandırdı və mənə məktub yazdı ki bəs sənin videovu çəkmişəm və facebookdakı(802 dostluğumda adanm vardı) dostlara göndərcəm,ailən tanışların bu vdeionu görcək.Mənə dedi ki əgər pozmaq istəyirsənsə 300 manat pul göndər mənə.Facebook profilimə girib onu blok etdim və hesabımı dondurdum və deyir ki onsuzda bütün dostlarının siyahısı var məndə
İndi mən neyləyim bu gün səhərə kimi vaxt verib
Çox xahiş edirəm kömək edin


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

(22:02, 30/08/2017 ) #69482

Black Mirror adlı serialda eynən belə bir hadisə baş verir. Yəni bu çox yayğın bir şantaj metodudur, təəssüf ki, diqqətsiz davranmağınız, düşünmədən hərəkət etməyiniz sizi də çətin vəziyyətə salıb.
İlk öncə videonun onda olduğuna əmin olun, bəlkə elə yalan deyir.
Yox əgər düz deyirsə, o halda nə deyim, ediləsi hər hansı bir şey də yoxdur, sadəcə onu məsləhət görə bilərəm ki, səbrli olun və ən pis sonluq nədir, onu göz önünə gətirin, olmuş kimi hiss edin, sanki artıq oldu, videonu bir neçə dostunuz gördü və sonra da unutdu getdi (belə şeylər tez unudulur gedir). Bunu canlandırsaz təsvir etsəz, vəziyyətin elə də faciəli olmadığını görəcəksiniz. Yəni utanma hissidir bu, uzaqbaşı utanacaqsınız. Təbii ki, pis durumdur, heç kim olmaq istəməz, amma madam ki artıq olub, dünyanın axırı deyil, unutmaq lazımdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:29, 30/08/2017 ) #69488

    Mənə sonra skypedə video çatda zəng etdi açanda özümü gördüm yəni video dəqiq var onda
    Çox sağolun məsləhətinizə görə

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:01, 30/08/2017 ) #69487

birincisi tanımadığınız biri di ən azından nə etsəzdə heç olmasa üzünüzü bağlayardınız
qaldı ki belə deyim də qız deyilsizki deyəsiz ay adıma söz çıxacaq nə bilim biabır olacam. burda nə varki göndərsədə kimsə sizə demiyəcək ki niyə belə etmisən. guya video catlardan istifadə edənlər azdır ki. unudun getsin ))

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:29, 30/08/2017 ) #69489

    Çox sağolun məsləhətinizə görə

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(04:47, 31/08/2017 ) #69500

Mənə belə şey eləsələr şad olardım. Həm 802 nəfər arasından dost tanışıvı lap ailə üzvüvü necə tapacaq?))) birdə xarici nəcəb dollar yerinə manat isdiyib sizdən?)))

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:57, 31/08/2017 ) #69502

    Yox facebookdakı dostlarımın siyahısını sən demə əvvəlcədən kopyalayıb
    Hə pulu manatla istəyib məndən
    Çünki Azərbaycanda yaşadığımı bilir
    O özü Avstraliyalıdır pulu Western Unionla göndərməyimi istəyir

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:18, 09/09/2017 ) #69571

Bu hadise nece qurtardi ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:02, 14/09/2017 ) #69588

    Mən heç nə etmədim sadəcə gözlədim videonu deyəsən göndərməyib çünki göndərsəydi mənə deyən olardı
    O adamı facebookada bloka salmışdım hələ də blokdadı
    O vaxtdan artıq notebookun kamerasına qara zalent yapışdırmışam hər ehtimala qarşı

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:05, 17/11/2017 ) #70201

bele dusunek de bir sehv atdimi atan zaman onun sonuclarini cox az adam hesablayir. ve sizde hec agliniza gelmeyen bir engele dusmusuz bu sizin ucun elede boyuk problem deyil. ve mence o sexs sizden bu gun 300 manat istiyibse sabah birazda artig mebleg deyecek. bu videonun paylasilmasi sizin movqenize cox guclu zerbe vurmaz. ama o sexsin elinde oyuncag olmaq daha cox sizin meneviyyatinizi eyer. mence sehvinizle barisib bir yolluq cezasina sebr edin.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Salam. Belə halda ən pisini düşünüb razılaşdıqdan sonra hücuma da keçməlisiniz.
Çünki şantaj cinayətdir və onu şikayət edib həbs olunmasına nail ola bilərsiniz.
Skype və Facebook yazışmaları birdəfəlik pozmayın (əsas da pul istəməsini) və bunu onun özünə bildirin.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (1 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (5 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (5 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (7 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (7 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (18 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (18 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (18 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024