MMC mi açmaq yoxsa fiziki şəxsmi?

salam hər vaxdınız xeyir olsun.
1.mən kurs açmaq isdiyirəm bilmək istəyirəm ki,bunun üçün MMC olaraqmı kursu açmaq üstünlükdur yoxsa fiziki şəxs olaraqmı?
2.və əgər mümkünsə MMC və fiziki şəxs olaraq açmağın fərqli və üstün cəhətlərini qeyd edəsiniz.NİYƏ?
3.MMC olaraq işçini sənədləşdirməklə fiziki şəxs olaraq sənədləşdirmək arasında nə kimi fərliliklər var


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(18:20, 02/02/2018 ) #71054

İşçiləriniz olacaqsa yəni işçi götürüb maaş verəcəksinizsə mmc. Digər halda fərdi sahibkarlıq olaraq açmaq daha asant tez başa gələcək. Digər sualları təsüfki ətraflı bilmirəm. Yaxşı olar hərhansı mühasibatlıqa yönləndirəsiz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:24, 03/02/2018 ) #71058

    maaw vererken mmc olmasi neye gore ustunlukdu? yeni fizikiden ne ile ferqlenir? ccox sagolun

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:20, 02/02/2018 ) #71055

Salam aşağıda qeyd olunan məqalədə ətraflı yazılıb hamısı

Fərdi sahibkarlıq – hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə yaratdıqları sahibkarlıq fəaliyyətinin bir növüdür. Hüquqi şəxs isə qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçən qurumdur. Qeyd edək ki, hüquqi şəxslər kommersiya (şirkət) və qeyri-kommersiya olmaqla iki qrupa ayrılırlar. Fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan bütün hüquqi şəxslər kommersiya hüquqi şəxsləri sayılır. Qanunvericiliyə görə şirkətlər 5 formada təşkil oluna bilər. Bunlar “Tam ortaqlıqlar”, “Kommandit ortaqlığı”, “Məhdud Məsuliyyətli Cəmiyyət” (MMC), “Səhmdar Cəmiyyəti” və “Kooperativ”lərdir. Bu ilin əvvəlinə olan məlumata görə ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əksəriyyətini – 86,5%-ni və ya 685 minini fiziki şəxslər təşkil edir. Bunu əsas səbəblərindən biri odur ki, şirkətlərlə müqayisədə fərdi sahibkarlıq subyektlərinin qeydiyyatı daha asan olur. Eyni zamanda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində fiziki şəxslər hüquqi şəxslərlə eyni hüquqlara malik olduğu üçün insanlar hüquqi şəxs, yəni hər hansı bir şirkət təsis etməkdə maraqlı olmurlar. Ancaq unutmaq lazım deyil ki, hüquqi şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmağın bəzi üstünlükləri var. Məsələn, siz şirkət təsis etməklə daşınar və daşınmaz əmlakınızı mülkiyyət iddialarından qorumuş olursunuz. Yəni siz şirkət təsis etmədən bizneslə məşğul olsanız borclu olduğunuz qurumlar (banklar, kredit təşkilatları və s.) sizin bütün daşınar və daşınmaz əmlakınıza (avtomobilinizə, mənzilinizə, torpaq sahənizə və s.) cərimə tətbiq edə bilərlər. Lakin, hüquqi şəxs kimi fəaliyyət göstərsəniz mülkiyyət iddiaları sizə deyil, təsis etdiyiniz şirkətə qarşı yönələcək. Beləliklə siz öz şəxsi əmlakınızı mülki iddialardan sığortalamış olacaqsınız. Bundan başqa bəzi iri şirkətlər, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslərdən daha çox, hüquqi şəxslərlə müqavilə bağlamağa üstünlük verirlər.

Qeydiyyata alınan şirkətlərin 90%-dən çoxu MMC-dir

Qeyd etdiyimiz kimi, hüquqi şəxslər 5 formada təşkil olunsalar da, hazırda hüquqi şəxslər ən çox MMC kimi fəaliyyət göstərirlər. Hazırda qeydiyyata alınan hüquqi şəxslərin 90%-dən çoxunu MMC-lər təşkil edir. MMC bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyətdir. Cəmiyyətin iştirakçıları (təsisçiləri) cəmiyyətin, cəmiyyət isə iştirakçıların (təsisçilərin) öhdəliklərinə görə məsuliyyət daşımır. MMC-nin hər bir üzvü yalnız malik olduğu pay həddində məsuliyyət daşıyır. Mövcud qanunvericilikdə MMC-nin dövlət qeydiyyatından keçirilməsi üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Hüquqi şəxsin qeydiyyatı haqqında ərizə. Bu ərizə təsisçi (əgər bi neçə təsisçi varsa, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada təyin etdiyi səlahiyyətli şəxs tərəfindən imzalanaraq notarial qaydada təsdiqlənir. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

– əgər təsisçilər fiziki şəxslərdirsə, o halda onların adları, soyadları, ata adları, yaşayış yeri, şəxsiyyəti təsdiq edən sənədin nömrəsi və verildiyi tarix;

– əgər təsisçilər hüquqi şəxslərdirsə, o halda onların adları, yerləşdiyi yer və qeydiyyat nömrəsi.

2. Cəmiyyətin nizamnaməsi. Bu sənəddə cəmiyyət iştirakçılarının adları və soyadları, nizamnamə kapitalının həcmi, hər bir iştirakçının payı (əgər təsisçilər bir neçə hüquqi şəxsdirsə), idarəetmə orqanları haqqında məlumatlar, ödənişlərin həyata keçirilməsində yol verilən pozuntulara görə nəzərdə tutulmuş məsuliyyət öz əksini tapmalıdır. Cəmiyyətin nizamnaməsində, həmçinin, nizamnamə kapitalındakı payın başqa şəxsə ötürülməsi qaydası da əks olunmalıdır. Mülki Məcəllənin 93.2-ci maddəsinə əsasən, əgər nizamnamədə başqa müddəa nəzərdə tutulmayıbsa, iştirakçının öz payını (və ya onun bir hissəsini) özgəninkiləşdirməsinə yol verilir. Beləliklə, adi halda cəmiyyətin istənilən iştirakçısı öz payını başqa bir şəxsə sata və ya ötürə bilər. Amma əgər bu sizə sərf etmirsə, siz nizamnamədə başqa müddəa qeyd edə və payın (onun bir hissəsinin) başqa şəxslərə satışını qadağan edə bilərsiniz. Həmçinin, qeyd etmək lazımdır ki, nizamnamə təsisçi(lər) tərəfindən imzalanaraq notarial qaydada təsdiqlənməlidir.

3. MMC-nin təsis olunması haqqında qərar (bəzən bu, “təsis müqaviləsi” də adlandırılır). Qərarda təsisçinin hüquqi şəxs statusu almaq istəyən strukturu təsis etmək niyyəti, yenidən təşkil və şirkəti tərk etmə şərtləri göstərilir. Bu qərar bütün təsisçilər tərəfindən imzalanmalıdır.

4. Qeydiyyat rüsumunun ödənilməsi haqqında sənəd. Hal-hazırda bu rüsum 11 manatdır. Qeyd edək ki, dövlət qeydiyyatı 3 gün ərzində həyata keçirilməlidir.

5. Nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd.

6. Hüquqi ünvan təsdiq edən sənəd.

Yalan məlumat verənlər cərimələnirlər
Məlumat üçün onu da bildirək ki, hüquqi şəxslərin qeydiyyatının təkmilləşdirilməsi məqsədilə onların elektron qeydiyyatının həyata keçirilməsinə başlanılıb. Hazırda hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır, nizamnamə kapitalının əvvəlcədən ödənilməsi və e-qeydiyyat zamanı ərizənin notarial qaydada təsdiqlənməsi də tələb olunmur. Elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün Vergilər Nazirliyinin “İnternet vergi idarəsi”ndə yerləşdirilən elektron ərizə forması doldurularaq elektron imza ilə təsdiq edilməlidir. Onu da qeyd edək ki, qeydiyyat zamanı Vergilər Nazirliyinə yanlış məlumatlar verən fiziki şəxslərin 700 manat, hüquqi şəxslərin isə 4000 manat cərimə olunması nəzərdə tutulur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:26, 03/02/2018 ) #71059

    cox sagolun

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (20 saat əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (4 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (5 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (9 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (9 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (9 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (10 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (10 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (21 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (22 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (22 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (22 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23236 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024