|
Verilmiş və sayı 1800-ü ötən sualların 99.77 %-i cavablanmışdır.
Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 1/100-dən də azdır. |
Sual vermək üçün sağ sütundan "Üzvlər üçün giriş" bölməsindən hesaba daxil olun, hesabınız yoxdursa qeydiyyatdan keçin və ya birbaşa Facebook connect düyməsi ilə avtomatik qeydiyyatdan keçin.
Cavabını axtardığınız sualı əvvəlcə burada qısa cümlə ilə yazıb axtarın, ola bilsin ki, o sual daha əvvəl verilib və cavablandırılıb:
Sayt barədə tez-tez verilən suallar
Sual: Saytda sualı necə yerləşdirə bilərəm?
Cavab: Çox sadə. Sayta daxil olduqdan sonra sağ sütundakı hesaba daxil olma(loqin-parol) bölməsindən hesaba daxil olursunuz. Əgər hesabınız yoxdursa elə həmin bölmədəki qeydiyyat keçidindən istifadə edib bir neçə saniyə ərzində hesab əldə edirsiniz və yaxud sadəcə olaraq orada olan Facebook Connect düyməsinə sıxıb Facebook hesab vasitəsilə sayta daxil olursunuz. Hesab əldə etdikdən sonra hesaba daxil olub saytda orta hissədə yerləşən SUAL VER bölməsindən sualı sayta yerləşdirirsiniz. Sualı qaydalara uyğun yerləşdirmək zəruri şərtdir.
Sual: Bəlkə verdiyim sual daha əvvəllər verilib və cavablandırılıb, o halda cavab gözləmək əvəzinə sualı vermədən birbaşa cavabı əldə edə bilərəm. Bunu necə aşkara çıxarmalı?
Cavab: Bunu da çox sadə yolla etmək olar. Sayta daxil olduqdan sonra hesaba daxil olmadan belə saytın tən orta hissəsində axtarış bölməsi nəzərinizi cəlb edəcək. Google texnologiyaları ilə işləyən bu axtarış bölməsi sizin sualınızı təkcə açar sözə görə yox, cümlə şəklində başa düşüb sizə cavabları göstərmək imkanındadır. Məsələn gəlin yoxlayaq, tutaq ki siz ebay ilə yeni tanışsınız və oradan nəsə sifariş vermək istəyirsiniz. O halda axtarış bölməsində bu cümləni yazın: “Ebaydan necə məhsul alım?” Və sayt sizə çox effektiv cavablar təqdim etmiş olacaq. Ona görə də məsləhətdir ki, sualı vermədən öncə sualı qısa cümlə(başlıq) şəklində saytın axtarış bölməsindən soruşun. Qaneedici cavab olmadıqda sualı sayta yerləşdirin.
Sual: Saytda cavabların daxilində saytımı reklam edə bilərəmmi?
Cavab: Birbaşa reklam, xeyr olmaz.
Amma əgər verilən sualda hansısa mövzu üzrə sayt və ya mənbə axtarılırsa və cavab
kimi hər hansı saytın adı deyilirsə, bu reklam hesab edilmir.
Sadəcə cavabda yazmaq ki, bizim sayt yaxşıdır, bura daxil olun, əlbəttə
birbaşa reklam sayılır və elə cavablar aşkar ediləndə silinir.
Sual: Sual və cavab daxil edərkən ancaq sadə mətn informasiyası daxil edə bilərik, ya daha geniş imkanlar var?
Cavab: Sual və cavab daxil edərkən sadə mətndən əlavə olaraq qalın mətn, internetdə hər hansı saytda olan şəkil və hiperlink HTML teqlərindən də istifadə edə bilərsiniz. Məsələn aşağıdakı kimi sual-cavab daxil edək. Sual belə olsun:
Salam. <b>Cavablar.net</b> saytının twitter hesabı varmı?
Bu halda görünüş belə olacaq:
Salam. Cavablar.net saytının twitter hesabı varmı?
Cavabsa belə olsun:
Salam. <img src="http://cavablar.net/wp-content/uploads/2011/09/loqo1.png" width="200"><br> Bəli var. <a href="http://twitter.com/cavablar">Buradan</a> baxa bilərsiniz.
Bu halda cavab bu formada görünmüş olacaq.
Salam. 
Bəli var. Buradan baxa bilərsiniz.
Elektron jurnal
Cavablar.net saytında yığılan sual-cavab bazası əsasında periodik olaraq PDF formatında elektron jurnallar dərc olunur. İndiyədək 3 belə e-jurnal buraxılıb, bundan sonrakı jurnalların hazırlanmasını siz özünüz də edə bilərsiniz.
Düzgün yazılış
Sual və cavab yazarkən mütləq çalışmalıyıq ki dil qaydalarına uyğun sual və cavablar yazaq. Bununla da oxşar suallarla internetdə axtarış edəcək soydaşlarımızın işini asanlaşdırmış, onlara fayda vermiş olarıq.
Son suallar
- SKAN olunmuş mətni necə SELECT eləmək ?
- Windows 7
- Windows 7-də flaş kart açılmır
- NOKİA 5800 klaviaturasında Azərbaycan şriftləri istəyirəm
- Domeni bərpa etmək lazımdır
- Delphi və iki Word sənədi
- Delphi və SaveAs DOCX problemi
- Notebookda problem
- Komputerin dizaynını dəyişmək.
- Multiplayer oynamaq üçün lokal şəbəkə yaratmaq


