Saytda bəzi funksional yeniliklər haqda

Bir neçə gün əvvəl ekspert istifadəçilərimizə saytın inkişaf planı ilə əlaqədar sorğu göndərmişdik. Cavablar gəlməkdə davam edir, ilk gələn cavablardakı təklifləri artıq nəzərə almağa başlamışıq.
Belə ki, bu gün saytda iki yeni funksiya peyda oldu:
1. Avtomatik embed youtube – Bunun sayəsində cavablar hissəsinə youtube video yerləşdirmək istədikdə hər hansı uzun kod yox, sadəcə youtube linki yazmaq kifayət edir.
2. Cavabı redaktə imkanı – Çoxdan gözlənilən funksiya da artıq aktivdir. Belə ki siz cavabı yazdıqdan 10 dəqiqə keçən müddət ərzində cavabınızda düzəlişlər edə bilərsiniz.
3. Həmçinin tez-tez verilən sualları ətraflı cavabını dərc etmək, əlyetən yerdə saxlamaq üçün, həmçinin yeniliklər barədə sizə məlumat vermək üçün hazırda oxuduğunuz bloq bölməsini də açdıq.
Yaxın günlərdə digər maraqlı yenilikləri də hazır edib bu haqda bölməmizdə məlumat verəcəyik.
Sizin də saytı daha faydalı edəcək təklifləriniz varsa, əlaqə bölməsindən bizə yaza bilərsiniz.



Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 566 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 414 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 17944 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2017