PHP scriptlərin qorunması haqqında

Salam, PHP-də yazılmış hər hansı bir proyekti necə qorumaq olar?

Necə əmin ola bilərik ki, projeni satdığımız şirkət onu başqa yerdə istifadə etməyib və ya source kodları kiminləsə paylaşmayıb?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(13:02, 08/02/2018 ) #71120

Salam. Bu birmənalı cavabı olmayan sualdır.
Amma həll yolu da çoxdur.
1. Ən pis yol – kodu şifrələmək. Hazır xidmətlər və ya sadə encrypt toollar ilə kodu oxunaqlı etməmək və kodun içində hər müştərinin data-sına uyğun data qoymaq. Ki başqa adamda işləməsin. Praktika göstərir ki bu yaxşı həll deyil. Həm etibarlı deyil, reverse yolla sındırılma və.s. hallar olur və bir sındırılan nüsxə olması bəs edir ki, məhsulun sonsuz sayda nümunəsi yayılsın, həm sürət aşağı düşür və.s.
2. Cloud həll təklif etmək – ən praktik və effektiv yol budur. Server sizdə olur, müştəri sizin saytınız üzərindən xidmətdən istifadə edir. Yox əgər sizin məhsul hər hansı xidmət yox, müştərinin sifarişi əsasında olan saytdırsa, o halda bu variant keçərli deyil, bəli.
3. Hüquqi yol – daha bir effektiv yol məhz budur və dünya praktikasında ən geniş istifadə ediləndir. Müqavilə bağlayırsız və müqavilədə kodu yayma halı olarsa fantastik bir cərimə məbləği olacaq yazırsınız, vəssalam. Görək müştəri onu necə yayacaq.
4. Backdoor notifier – koda gizli və qarışıq yollardan istifadə etməklə sizin hər hansı serverə ping göndərən kod qoymaq. Ki hər install zamanı sizə bildiriş gəlsin ki sizin proqram filan İP-də install edildi. Bu böyük və ciddi şirkətlər tərəfindən edilməsə də (onlar hüquqidən istifadə edir), kiçik şirkətlərin istifadə etdiyi metoddur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:34, 08/02/2018 ) #71121

Salam Elvin bəy, 3 və 4 cü üsullar mənim case-imə daha uyğundur.
təşəkkürlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:20, 08/02/2018 ) #71122

Kodlaşdırmaq məsləhət deyil çünki ən son buraxılış ioncube belə açılır 🙂
Ən yaxşı üsul yuxarıda qeyd olunan 3cü və 4cü bəndlərdir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (2 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (3 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (3 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (3 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (5 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (15 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (16 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (16 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (16 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (24 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024