Hansı proqramlaşdırma dili?

Hal hazırda öyrənilməsi sadə olan və daha çox tələb olunan soft proqramlaşdırma dili hansıdır? Yəni gələcəyi olan, sadə bir dil. Mən nədənsə C# a üstünlük verirəm. Ancaq mütəxəssis məsləhətinə ehtiyac var. Necə və nədən başlayım və s. Öncədən təşəkkür.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Musayev Cahandar (2012-04-12 20:14:41)
Mən hal-hazırda C#, daha doğrusu WPF (Windows Presentation Framework) istifadə edirəm və razıyam. Dizayn və asanlıq baxımından ona tay yoxdur məncə.MSND -də əla mənbədi. Forumları ilə bir mükəmməldir. Amma crossplatform-un necə istifadə olunduğunu bilmirəm :) Dünya statistikasında: C++, Java, C#... C# bağlı sualınız və ya köməyə ehtiyacınızı olsa mcahandar@gmail.com ünvanına yaza bilərsiniz...

hnatiq (2011-08-03 22:38:38)
Bu gün üçün C#. Nəyə pul verirlər onu öyrənmək lazımdır :)