Java – nədən başlayım.

Salam. Java proqramlaşdırma dilini öyrənmək istəyirəm. Kitablarda adətən ancaq klassifikasiya və abstraksiyadan danışılır ona görədə "tık" metodu ilə öyrənmək istəyirəm. Hansı proqramda yazmaq lazımdır? (Məsələn, bildiyimə görə telefon proqramları Netbeans adlı proqramda yazılır. Bəs kompyuter üçün?)

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

NModern (2012-04-02 15:28:24)
Düzü bu qədər müzakirə olunacağını fikirləşmirdim )) Artıq Javanı qurtdalayıram )), Bir iki proqram da yazmışam. Bütün şərhlərinizə görə minnətdaram.

Murad İmanbayli (2012-02-12 00:37:32)
Bizim saytda sıfırdan Java başlamaq üçün dərslər var.Düzdü hamsı yoxdu amma yavaş yavaş hazırlanır əgər istəsəniz baxa bilərsiz http://compuser.info/index.php/proqramladrma/java

Xaliq Babayev (2012-02-06 10:56:06)
Yuxarda verilen kitab linklerinin tezden verilmesi mumkun ola biler?artiq silinibler.

Etibar (2011-09-16 14:29:08)
En esasi OOP (Object Orented Programming) basha dushmek. Beledeki ikisinnen birini oyrensen , obirsini cox hasand menimsiyeceksen. Men meslehet gorerdim birini oyren ama mukemmel.

Namiq (2011-08-16 11:50:06)
təxminən iki il bundan əvvəl mən Java və C# arasındea seçim etməli idim. Ancaq əvvəlcə tələblərə baxdım. Deməli, 1. program 2 ay kimi qısa vaxt ərzində yazılmalı idi. 2.User Interface önəmli idi. 3.Şəbəkə üzərindən əməliyyat aparılmalı. 4.Baza ilə məlumat mübadiləsi olmalı. 5.Proqram istifadəçilər üçün asan olmalı. və s. Əvvəlcə bu proqramı Web Based olaraq yazmaq istədim. Ancaq User İnterface hissəsi çox vaxtımı alırdı. Çünki burada PHP dən əlavə CSS, JavaScript(jQuery, Ajax) ilə çox vaxt itirirdim. Ona görə də Windows Application - üstünlük verdim. Burada isə Java yoxsa C# arasında seçim etməli oldum. .Net - in GUI komponentleri daha təkmil olduğunu gördüm və c#-a wstwnlwk verdim. İş əsnasında yanılmadığımı anladım. Çünki .Net - də olan bir çox özəlliyi mən Java-da çox təəssüf ki görə bilmədim. Buna çox üzüldüm. Çünki bu seçimim mənim gələcəkdə hansı dil üzərindən ixtisaslaşmağımğn əsasını qoymalı idi. Və mən çox arzu edərdim ki axtardığımı Javada tapaydım. Məsələn nümunə gətirə bilərəm. .Net(C#) -də olan DataGrid kimi bir komponent Java da görə bilmədim. DataTable və DataSet kimi class-lar Java-da mövcud deyil. Bəlkə ixtisaslaşmış bir Java-çı bunları java-da yaza bilər. Amma dediyim kimi İXTİSASLAŞMIŞ. Belə, sizinlə yaşamış olduğum bir təcrübəmi paylaşmaq istədim. Fikilərinizi - Tənqid və ya Təklif, önəmli deyil bildirsəniz yaxşı olar. Təşəkkürlər.

Sevinc Azizova (2011-02-23 10:30:30)
C#-la Javanın mubahisəsinə gəlincə mənim fikrimcə Azərbaycana hər iki dili bilən mütəxxəsislər lazımdır. Fərqi yoxdur Java ya C#. əsas odu ciddi proyektlərin olsun, optimal düşüncə qabiliyyətin olsun.