Ən yaxşı ADSL xidməti

ADSL-ə yeni qoşulmaq üçün hansi provider daha məsləhətlidir? Hansı providerlər bütün respublikanı əhatə edir?

Verilmiş cavablar və yazılan şərhlər (43 cavab var)

Bereketli Khalilov (2018-09-08 00:40:40)
Bosuna ozunuzu yormayin. Varsada yoxsada citynetddir. 20 manatliq odeniw ile enaz 8 nefer qosuluruq iw yerinde her kes rahat iwini gorur video izleyir yukleme edir hec birce defe de olsun deyen olmayib ki suret zeifdir yaxud internet gedir. heqiqeten mukemmel

Anar Həsənov (2018-02-18 19:46:09)
Məsləhətli Provayderlərdən AzerOnline və Alfanetİ qeyd etmək olar.

Khan Khan (2017-02-15 01:08:01)
en yaxsisi mene gore bakiinternetdi super sureti var bize yaxindi ats hemde xetde calag yoxdu superde suretdi pislemeye deyme z

Anar331 (2015-08-20 14:49:31)
Mende Stream istifade edirem 3 ildi ama mene hec hediye vermeyibler.

Rahimoff (2015-03-08 20:31:15)
Ən yaxşısı "Uninet"- dir. kəsinti minimumdur.

SH (2013-08-22 21:19:04)
Sizdə yenə yaxşıdır. :) BakInternet-də hələ də məcburi ATS ödənişidir... Təsəvvür edin, bir dəfə novruz bayramı ərəfəsində internetin aylıq ödənişini etməliydim, ATS-in işçiləri isə hamısı birlikdə (artıq belə qanunun Azərbaycan konstitusiyasına nə vaxt daxil olunubsa :) )bayram tətilinə çıxıbar, özü də 3 günlük... İşə qayıtdıqları gün getdim, iki gün sonra ödəniş qəbzimi ancaq ala bildim...

Emil Məmmədli (2013-08-22 17:37:18)
superonline mən də istifadə edirəm. yaxşıdır. torrentlə yükləmələr edirəm yaxşıdır. əsas problemi ödəniş sistemidir. mənim maaş kartım maestrodur. bunların saytında qeydiyyatdan keçib ödəniş etməlisən. o da yalnız visa kart götürür. məbur olurdum gedib yerində ödüyürdüm. may ayından hesab.az-dan ödəmək olur. amma yenə problem oldu. ödədim hesab.az-dan amma vaxtı çatanda gördüm kəsiblər zəng eliyirəm xəbərləri yoxdur ki odəniş etmişəm. indi iyulda ödədim. sabah vaxtı qurtarır. yenə ödəyəcəm görüm nə olacaq.

SH (2013-08-22 06:11:08)
Azərbaycanda hələ mükəmməl bir provayder yoxdur... 1. Connect hələ də yaxşı mütəxəssislərlə işləmir, iş təklifi yayımlanır, 500 azn qarşılığında... Məntiqlə fikirləşin, hansı yaxşı server mütəxəssisi gedib o qiymətə hər saniyə milyonlarla ping verən bir serverdə işləyər? İndi qərar verin... 2. Bakinternet-dən danışası deyil... Bir dəfə evə zəng eləmişdilər ki, kiçik bir problem olub, mən öyrəndim ki, "savadlı" bir server mütəxəssisi özbaşına iki portun yerini dəyişib, nəticədə bütün IP-lər bir-birinə qarışıb... Zəng eləyirsən şikayət eləməyə, gəlib deyirlər ki, xəttiniz köhnəlib... Mənim pulum ilə 2010-da bütün Keşlənin telefon xətlərini dəyişdirlər... Hələ onlar bir ara serverə yaxşıca istirahət də verirdilər, 20.00-dan sonra deyəsən serverləri söndürürdülər, çünki bir çox saytlara girmək olmurdu... Bu provayder haqqında ürəyim doludur... MƏSLƏHƏTLİ DEYİL! 3. AzStarNet adında bir provayder var ki, əməlli başlı bazar sistemidir... Müştəri xidmətlərində camaatı söyür deyən kim, bir ay adlarına artıq puz yazıldığını deyən kim... Halbuki, sürət yoxdur, çox aşağı ya da zəif yox haa, tamamilə yoxdur... Hələ bir buna baxın: Bir nəfər iddia edir ki, AzStarNet-dən bezdim, və bu provayderdən çıxmağı qərara aldım... Mənim adıma 30 azn borc yazdılar, üstəlik başqa heç bir provayder məni bu borca görə qəbul eləmədi... Buna DərəBəylik (Özbaşınalıq) deyilir... Amma bu prvayderi bəyənən adamlar da az deyil... 4. Statistikaya görə ULTEL-dən istifadə edənlərin cəmi 24 %-i razıdır... Mən deyərdim ki, 4 % olmalıdır... Özüm bir qohumun evində görmüşəm, dial-up onun yanında toya getməlidir... Dedim bəlkə problem xəttlərdədir... Yox canım, 3 dəfə xətt dəyişdi yazıq, sonunda aldığı isə Müştəri xidmətlərindən ona seyilən ***DüüD*** sözü oldu... Hələ çoxunu sayardım, ancaq SuperOnline məsləhət görülür... Qırılmalar çox azdı, yalançı vədlər yoxdur... Normal qiymət və gülərüz personal xidmət göstərir... Amma bu provayderdən də şikayətlər gəlir... Azərbaycan mükəmməl bir provayder tapa bilməzsiniz... *** Cavabım sizə kömək etdisə, cavabımın üstündəki düyməsini sıxın. ***

MRenat (2013-05-08 18:51:19)
- CityNet əgər sizin ərazinizdə xidmət göstərirsə, daha məsləhətli, daha sürətli, daha ucuz vasitədir. ADSL deyil, düzdür, amma yüksək sürət və keyfiyyət məncə seçiminiz ola bilər. :)

Connect (2013-02-06 23:36:50)
Azaerbaycanda en yaxwi provayderler 1)CONNECT 2)UNINET(stream,citynet)

Asadzadeh (2012-09-11 19:22:26)
Burda aztlecomu pisdiyiller ama men 3 ildi aztelecom isledirem arada azeronline isledirem ve 2 side menim ucun eladi.sorusa bilirsiniz niye????cunki menim modem eladi... 100 $ alinib turkiyeden ve coxc suruetlidi internet hec vaxt atmayib men hele bir sey gormeisem hec vaxt Tp link isletmeyin o cox brak maldi..Menim modem ASUSDU ve superdi(unutmayinki modemdende cox sey asilidi

Haqverdi (2012-07-16 11:49:20)
Men 2 ildir AzerOnline qoşulmuşam herden xirda problemler olur bunun da günahkarı ATS-dir.Provaydere göre süret teyin edilmir əsas ATS den olan məsafənizdir nə qədər ATS-ə yaxın olsanız bir o qədər də sürətiniz yaxşı olacaq, uzaq olsanız əksinə.

Marat88 (2012-06-20 19:10:35)
4447 448 449 Ancaq Connect Baxir Nomreleri 055 427 47 42 Gozlemeden bir bawa Opratornan elaqe sdaxliyin

Marat88 (2012-06-20 19:02:45)
Qardash sende hansi Erazidi? Connectdi Meslehet gorerdim sene 3mbt limitsiz 20azn. Bak;da 30 yerdede muwteri xidmetleri var Bawqa provayderl'erden ferqli olaraq Istesen Bir bawa elaqe uchun Mob 055 427 47 42 ye zeng vur

sozunude (2012-06-12 12:48:10)
Mən artıq 3 ildi Stream (uninetdən) istifadə edirəm. 6 Mbit 30 manat. 3 ayı ödəyəndə 1 ayi pulsuz. surətidə normaldı.

Onar Alili (2012-05-15 23:54:49)
Sürətin zəif olmağı və ya internetin tez-tez kəsilməyin əsas səbəbi telefon xəttində olan calaqlardır.Telefon xəttinizi dəyişdirin və modemdə nasazlıq yoxdursa onda dəqiq telefon xəttinəndir.

Gnyka (2012-05-15 20:39:36)
mende astarnetdi,21 gundu cekdirmiwem ,cekdirdiyim gunden denatsle provayderin arasinda qalmiwam. o onun ustune atir,bu bunun ustune atir. hele sahib cixan yoxdu ki problem kimdedi. ad var suret 2 GB di,ama men de en yaxwi verdikleri suret 0.76 di. kimse canindan,ya da pulundan bezmiyibse onda esla bu provaydere muraciet etmesin! bir de oyrenmek isterdim 454 atsinde en yaxwi hansi provayder hansidi,xahis edirem mene meslehet verin..

Psychosocial (2012-04-28 23:54:26)
men evvel bakinternet gosdurmusdum , cox pis idi. indi superonline a kecmisem ancax o da tez-tez qirilir... bu nedendi? ve bir dostumun dediyine gore bir muddet sonra gedgede azalacax suret, bu beledir?

Vusal (2012-02-29 04:17:58)
Salam evvelce her birinizi melumatlandirmaq isteyirem ki ADSL xidmetinde esas rol PROVADERin deyil abonente geden telefon xetdinindir. Abonentin telefon xetdi ne qeder temiz olsa bir o qeder interneti kesintisiz ve suretli (tebiik ki verilen surete gore) olar. Ancaq birmeselede de var ki herden internetin zeyif olmagi provaderinde problemlerinden olur. 4 Ilden artiqdir ki men TRANSEURCOM ishledirem bu gune qeder hec bir sikayetim yoxdur. Bir meslehetde verim. Eger sizde yuklemenin neche kb/s ile getmeyini bilmek isteyirsinizse size verilen ADSL suretini 8-e bolun ve aldiginiz netice (ve ya neticeye yaxin reqem) sizin yukleme suretiniz olmali. Misal ucun suretiniz 1024-du (1024 bolunur 8 e =128 120, 115, 110 da alsaniz normal saymaq olar.) eyni ile bu qayda ile yoxlaya bilersiniz. Xetdinizde olan problemide yoxlamaq ucun suretiniz 1024/1024 durse modemin statistika bolumune daxil olub baxa bilersiz Upstream (Kbps) 1024 Downstream (Kbps): 1024 xetdeki problem ilk once Upstream-e tesir edir edir yeni 1024 den asagi gosterir misal ucun 852 kb/s.

Rehimli Vuqar (2012-02-22 14:51:09)
Superonline 100 manat 5 aylıq ödədim,1 ay pulsuz hədiyyə olundu,2 sürəti 3 etdilərç4 portlu WIFI modem çatdırılma,quraşdırılma pulsuz :)))

shaman (2012-02-11 06:46:00)
hər kəsi salamlayıram Mən en birinci stream işlətmişəm.pis deyildi ama bəzən daha çox xətdə problem olurdu..və istifadəci sayi(hansi ki bu sürete azda olsa təsir edir ve xetdin yüklenmısinə səbəb olur) çox oldugundan müştəri xidmətinin zeifliyinee sebeb olurdu//saatlarca xetde gozle bezen hec cavab vermemek.. indi aztelekom ishledirem..choxda raziyam...2 suret 20 manat..ve sureti hemiwe yoxlamiwam ele 2 den awagi olmayib..sabitdi...en esas onu xowlayiram ki pulu gecikdirendee o deq kesmirlerr..ve menim uchun bu plus du chunki bow vaxtim az olur..ve sadece telefon borcu kimi gelir..o da en yaxin pochta odeye bilirem bawka provaydere getmek lazim deyil..musteri xidmetide pis deyil..memnunan chooox..ats-in ozudur..nese problem olanda day provayder demir get atsle elaqe saxla..bu da bir ustunluyu vaxt itkisi olmur..chox plus saymaq olar

Orxan Eliyev (2012-02-05 03:39:45)
SuperOnline çox yaxşıdir. http://sol.az

ferid (2012-01-22 01:04:17)
Salam men evveller bakinternet isledirdim dehsetli derecede pis gundedir casib birden bakiinternete qosulasiniz puluvuza ve caniviza yaziqdir, sonra kecdim azstarnet e indi her sey eladir qirilmada indiye cen olmuyum 3aydir. ayda 20 manata 2mbps gunduzler olur 4mbps axsamlari olur 8 mbps

RazoR (2012-01-20 22:49:02)
MENDE BAKINTERNET DI AMMA PROBLEM OLMUR QAQARDAW CANI

Azer (2012-01-17 21:23:50)
ele men de suret cekdirmek istiyirdim.. meslehetlere gore hamiya tesekkurler....

Kamil (2012-01-03 00:28:28)
1.Connect-dən istifsdə et. 2. Splitter qoşmadıqda zəng gələndə internet kəsilir. Məsləhətdir telefonu və modemi SPLİTTER vasitəsilə qoşasan. Əks təqdirdə provayder hansı olur olsun kəsilmələr olacaq.

Kamil (2012-01-03 00:17:21)
Nə olur olsun Bakinternet-ə qoşulmayın. 2 il yarım işlətmişəm. Sürət aşağıdır, xidmət yarıtmazdır, avadanlıqlar köhnədir, yiyəsi yoxdur. Problem olduqda provayder ATS-in, ATS isə provayderin üstünə atır. Ağıllarına gələni abonentlərin üstündə sınaqdan keçirirlər-məsələn, trafiksiz paketə trafik tətbiq edib əlavə pul alırlar./mənim başıma gətiriblər/. Bir sözlə - BARDAQDIR.

ismayıl (2011-12-19 11:03:42)
Salam. Alfanet isledirem. Suret 5Mbps unlimited ayda 20AZN! Cox eladir! Meslehet gorurem! Bu da netice: http://speedtest.net/results.php?ct=s&ria=0

Perviz Namaz (2011-12-17 19:05:22)
Azeronline... ve ya Eurosel yeni gelib. O da Olmasa BAKIYA YENI FIBER OPTIK KABEL cekilir. internet sureti her evde 20 meqa bit olacaq

admin (2011-11-16 12:10:12)
Bu arada yeni açılan yoxla.az saytının köməyilə ADSL və simsiz internet providerlərinin təklif etdikləri xidmətləri müqayisə edə bilərsiniz.

suzi (2011-11-06 20:01:55)
Mən öncələr azstar.net-dən istifadə edirdim..Tez tez set kəsilir,qırılmalar olurdu..Daha sonra superonline-dan istifadə etməyə başladım..İlk 6 ayında yaxşı işlədi..Sonra o da digəri kimi oldu..Set kəsilir tez tez,telefona zəng gələndə qırılmalar olur,sürət tez tez aşağı düşür..Dəfələrlə müraciət etsəm də müştəri xidmıtlərinə məsələni həll edən olmadıı..İndi bilmirəm hansı provayderdən istifadə edim..Məsləhət verən olsa sevinərəm..

orxan (2011-10-05 01:59:18)
mence yene dediymz kimi neye gore. hamida problem eyni olur. hamisi deltatelecomdan interneti alir. problemli olam providerlarda coxu vaxt ATSe atir bahanesini. men 3 provider istade elemisem. pisden yaxsiya gore siralasam: 1. bakinternet 2. COnnect 3. Azeronline Evvel teze adsl gelende en yaxsi connect idi, sonradan muduriyet deyisdikden sonra keyfiyeti dusdu connec tinde.

ruso (2011-09-24 18:43:46)
mene xirdalan terefe hansi provayder baxir o lazimdi imkandirsa komek edin mene??butun nomrelere esas da 447,448,449,

nicat (2011-07-09 13:57:22)
en zeifi connecti internet kulub ucun hansi yaxsidir?

Tebi (2011-04-19 01:35:12)
Salam mən məsləhət görərəm ki Aztelekomu seçməyin mən seçdim çünki başqa seçimim yox bəlkə gələcəkdə yaxşı olar ama inanmıram çünki hərgün 200-250 yeni müşdərilər Aztelekomu seçir təbi haldırki buda provayderin yüklənməsinə səbəb olur.

Ibrahim (2011-02-27 20:56:33)
cox sag olun meslehetlerinize gore... mende teze provayder axtarirdim...

Xudaverdik (2011-01-03 15:12:23)
Tarif bahadir bele olmaz

sintez (2010-12-21 04:26:35)
salam cox saqolun qardas sualimi cavablandirdiqiniza gore Poctla maraqlanaram duzdu cox vaxt 1 saat girmek olmur dediyinizkimi qirilmalarda cox olur cavabiniz ucun tesekkur edirem

admin (2010-12-20 09:36:20)
Salam. Təəssüf ki, rayonlarda ADSL tərcih imkanı yoxdur, özəl providerlər rayonlara yayılmayıb. Siz poçtla maraqlanın bəlkə Bakinternet də işləyir kəndinizdə? Sürətə gəldikdə problem yalnız sürətdədir ya internetə girmək müəyyən saatlarda problemlər yaradır və ya qırılmalar olur?

sintez (2010-12-20 02:30:11)
salam men Masalli rayon Musakuce kendinde yasayiram bizim kend rayona en yaxin kenddir duzdu rayonda ADSL var ama rayona yaxin kendlerde yoxdur men aztelekom isledirem pulum bosa gedir ama neyleyim yene istifade edirem bizim kendde internet istifadecisi coxdur hamida ADSL-in burda ne vaxt olacaqini cox deyirler bizim ATS elektrondu ama yene deyirlerki ADSL mumkun deyil men modem aldim getdim rayona ADSL xetdin acdirmaqa mene mumkun olmadiqini soylediler sizden xais edirem bu barede mene bir fikir deyin inanin 42 suret 50 suret meni boqaza yiqib bezen 28 suretlede girir ADSL olsun teki olsun

ElchatmaZ (2010-11-12 14:55:22)
Mən Azeronline işlədirəm. Aztelekomda bilirsiz niyə səviyyə aşağıdır? Çünki, bir aparata 10 xətt çəkilməlidirsə 20 xətt çəkirlər. Aparatların qiyməti bahadır deyə Bizimkilər ucuzundan alıb hətta buna ramən daha az xətt tutan bir aparata daha çox xətt vururlar. Tutaq ki, 10 Mb trafiklə paylanan internet, 20 hissəyə böldükdə 500 Kb trafiklə millətə verilir. Halbuki, millət 1 Mb traffiklə pulu ödəyir. Əgər hər hansı bir istifadəçi ağır saytlara girərsə aparat atır və 20 istifadəçi ona görə hamısında internet kəsilmiş olur. Mən demək olar ki, bütün providerləri sınamışam. AzerOnline'den yaxşısını görmədim. Bu Mənim fikirimdir.

Köl Ge (2010-07-01 23:59:22)
Məsləhətli Provayder dedikdə, siz hansı kriteriyaya görə maraqlanırsız bir onu qeyd etsəz demək daha asan olardı. Müştərisi az olan Provayderlərin verdiyi sürət digərilərindən daha yaxşıdır. ATS-lərdən, evin ATS-dən yerləşdiyi məsafə, naqilin vəziyyəti, aldığınız modem bunlar hamısı ADSL xidmətinin keyfiyyətinə təsir edən faktorlardır. Bakıdan kənardasınızsa, o zaman DataPlus ilə maraqlanın. 1 mbps sürət istifadə edirdim, yükləmələr 100-120 kb\s ilə gedirdi. Praktiki olaraq problem yaşamadım. Şəhərdəsinizsə, məsləhələşin, soraqlaşın görün ətrafınızdakılar nə istifadə edir. Yaxınlıqdakı İnternet klublardan soruşun çünki onlar provayderleri tez-tez dəyişirlər. Bir də ki, məsələn connect 440 nömrəsində supe rişləyirsə bu o demək deyil ki, 465 nömrəsində də super işləyəcək... Provayder.az, dataplus.az, azeronline məsləhət görə biləcəklərimdi.

Orxan Zakirov (2010-06-29 15:58:27)
AzerOnline və Superonline-da qırılma söhbəti yoxdur...Qiymət də sərfəlidir məncə (1Mbit-limitsiz-18AZN)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Azeronline modem sazlanması

Ən Yaxşı Adsl Modem

ADSL qoşdurdum, amma…

İnternet çəkdirmək

internet problemimi necə düzəldim?

ADSL haqqında sual