Bildiyimiz kimi Windows-da qovluqlardakı gizli faylların görünməsi üçün Tools->Folder Options->View->Show hidden files and folders seçmək lazımdır. Amma bəzən Windows-da bu əmr effekt vermir. İcra edib yenidən o bölməyə baxdıqda görürsən ki Show əvəzinə əvvəlkitək Hide seçilib və təbii ki, gizli fayllar yenə də görsənməmiş qalır. Bu çox güman ki hansısa virusun günahıdır. Bu problemin həll yolunu bilən varmı?
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
1
Tools->Folder Options->View->Show hidden files and folders seçdikdən sonra Apply düyməsini sıxın.
Əgər belə edirdinizsə və ya belə etdikdən sonra problem qalmağa davam edibsə, o zaman səbəb virus ola bilər. Bunun üçün NOD32 və ya digər bildiyiniz antivirus proqramından istifadə edə bilərsiz.
Sual verin
Cavab verin