2 kompüter arasında əlaqə

Salam məndə 2 kompüter (stolüstü və laptop) var. Onları necə birləşdirib istifadə edə bilərəm (məs lan oyun oynamaq üçün). Və setevoy kabelin qiyməti neçəyədir, harada satılır?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Köl Ge (2010-07-02 00:19:02)
Əgər sizdə ADSL modem varsa, bir neçə portlu o zaman sizə sadəcə kabel almaq qalır. Hal-hazırda satılan bu modemlərin əksəriyyəti eyni zamanda həm də router-lərdir. Laptop və Bilgisayarı Modemə qoşduqdan sonra, hər ikisində vvorkgorup-u eyni etmək lazımdır. Birinə 192.168.1.10 digərinə də 192.168.1.11 İP verin... Bir-birlərini görməyə başlayacaqlar.

Elvin (2010-06-30 23:30:15)
Setovoy kabelle ikisin birlewdirirsen istediyin oyunu oynuyursan...2den cox komp u4un hub lazimlidi...

Ziko (2010-06-29 17:28:20)
Şəbəkə kabeli 0.20AZN-1AZNe qədər cürbəcürdür. Ev üçün 50-60 qəpiklik yarıyar. Satılma yeri Mərkəzi Univermaq, Təzə bazar və demək olar ki bütün elektrik malları satan dükanlar. ---------- Normal əlaqə qurmaq üçün bir switch/HUB (15-40AZN diapozonunda qiymeti deyishir) lazımdır. Sadəcə əlaqə yaratmaq üçün (fayl transfer eləmək üçün) kroskabel-nan də yola vermək olar. Ama oyun işlədməmişəm croskabelnən :-( bilmirəm işləyir ya yox. Qeyd: Croskabel variantında Switch/HUB-a ehtiyac yoxdur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Lokal şəbəkədə istifadəçilər görünmür.

Şəbəkədə 254-dən çox kompüter olarsa

Lokal şəbəkə

Lokal şəbəkədə e-mail

lokal şəbəkə yaratmaq