windows-1251 UTF8-ə qarşı

Salam. Sualım belədir. veb səhifə vvindovvs-1251 kodlaşdırılması ilə yazılıb, mysql baza isə verilənləri UTF-8 də saxlayır. Mənə lazımdır ki, həmin bu səhifədə bu bazada axtarış edim, postla məsələn "Azərbaycan" sözünü göndərsəm, o bu şəkildə "Azərbaycan" axtarılacaq bazada, mənə lazımdır ki, bunu "ə" əvəz edim "ə" hərfi ilə. Bunu CHAR()-la etmək mümkündür. Mysqldə Select ASCİİ(`ə`) verəndə 201 qaytarır. Lakin Select CHAR(201) ə hərfini göstərmir. mümkünsə kömək edərdiz. Birdə ki, mysql syntaxında `%`+char(201)+`%` belə bir şey yoxdu məncə bəs bu üçünü bir birinə necə qoşum??

Verilmiş cavablar və yazılan şərhlər (13 cavab var)

Capitol (2010-07-12 10:24:10)
Ustunden chox vaxt da kechse de bunu da deyim. Php-de bele bir funksiya var: $var = iconv("utf-8", "windows-1251", "$var"); Belke bunla nese alinar.

NModern (2010-07-02 13:10:55)
VVindovvs uchun faylları bir kodirovkadan digərinə avtomatik çevirən proqram bilən var? Kütləvi tək tək yox.

admin (2010-07-02 13:06:13)
Include problem çıxarsa ə-ni txt faylına yazıb file_get_contents ilə import edin fayla

Capitol (2010-07-02 13:05:09)
pi işarəsi və dırnaq 100% duwecek ora

NModern (2010-07-02 13:02:33)
vvindovvs-1251 də olan faylın içinə utf-8də olan fayl include eləyəndə bəzən səhifənin əvvəlinə qəribə simvollar düşür (pi işarəsi və dırnaq). Amma yoxlayaram.

Capitol (2010-07-02 12:52:32)
Bura baxin, men bir modul yazanda dle uchun bele elemiwdim: http://www.mdn.fm/files/137528_1lvqq/utf.txt

admin (2010-07-02 12:28:06)
Bildim siz nə demək istəyirsiniz, faylı saxlayandan sonra str_replace-in içindəki ə hərfi də itir yəqin sual işarəsinə filan çevrilir. Ümumiyyətlə siz sualı verəndə problemin saxlanmada yox, əvəzetmədə olduğunu düşünmüşdüm əvvəl. İndi ki belədir onda utf-8-də əlavə fayl yaradın və milli hərfləri orada dəyişənlərə mənimsədin. məsələn $k='ə'; Daha sonra saytda SQL-ə sorğu getməmişdən əvvəl include("milli_herfler.php"); $var=str_replace(“& # 6 0 1 ;”,$k,$var); Budamı işləməyəcək? Məncə problem olmamalıdır.

NModern (2010-07-02 09:35:46)
ən azından 500-1000 dənə Hörmətli admin bir dənə fayl yaradın və içinə bu dediyinizi daxil edin. $var=str_replace(“& # 6 0 1 ;”,”ə”,$var); sonra onu vvindovvs-1251 kimi saxlayın. faylı yenidən açın və nəyi nəzərdə tutduğumu görəcəksiniz.

Köl Ge (2010-07-02 00:02:21)
Scriptdə neçə fayl var ki? Hamısı dəyişib UTF-8 etmək olmaz?

admin (2010-07-01 22:10:21)
Axı mən sizə saxlamaq üçün demədim o funskiyanı.SQL-ə göndərilən dəyişən üçün dedim. Özünüzün də dediyiniz kimi UTF8-də saxlanma kimi şans yoxdur, əsas məqsəd bu iki kodirovka arasında dil tapmaqdır. $var=str_replace(“& # 6 0 1 ;”,”ə”,$var); mysql_query("select ID from table where country='".$var."'"); Bu halda problem nədə olacaq ki? Bazaya Azərbaycan sözü daxil olacaq və nəticə qayıdacaq.

NModern (2010-07-01 20:31:42)
Iş də orasındadır ki, saytın faylları vvindovvs-1251 kimi saxlanılır. Yəni mən faylın içində str_replace verəndə yazdığım ə hərfi saxlanılma zamanı yenə də ə-ə çevriləcək. onda faylın yaddaşında bu cür saxlanılacaq. $var=str_replace(“& # 6 0 1 ;”,”& # 6 0 1 ;”,$var); faylın kodirovkasını dəyişə bilmərəm çünki bütün sayt bu kodirovka ilə gedir.

Capitol (2010-07-01 17:43:53)
Admin duz buyurdu, men day hec ne demeyim)))

admin (2010-07-01 13:34:50)
$var=str_replace("& # 6 0 1 ;","ə",$var); ilə həll edin.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Apache, Cpanel`də problem.

Mysql CHECK əmri

Mysql To JSON

PHP de mysql kömək

WordPress saytın mysql optimizasiyası

PHP və MySQL