Ubuntuda mobil modem

Bir müddətdir ki Ubuntu istifadə etməyə başlamışam. Direct interneti, işdə proxy server internet ayarlarını çox asanlıqla qurdum və internetə qoşuldum, amma mobil modemlə qoşula bilmirəm. Mobil telefonu taxan kimi tapır ki Sony Ericcson modem, sonra Azercell ayarları da avtomatık Mobil Broadband bölməsinə düşür, Connections-da müvafiq seçim peyda olur bir sözlə. Connectiona basırsan, Connection Established yazır. Amma internetə qoşulmur ki qoşulmur. Ən əsası o ki orda connectə basanda mobil telefon ekranında CONNECTİNG... yazmalıdır,sonra qoşulmalıdır, amma heç nə yazmır,reaksiya yoxdur,internet də yoxdur Bilən varsa yazsın lütfən.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

intiqam (2010-09-28 19:47:00)
fikrimcə ubuntu işlədənin gərək normal adsl-i olsun çünki adsldən başqa internetə qoşulmaq üçün bütün yollara yoxlamişam hamısı maraqsız zəhlətökəndi. ən rahatı adsldi update de normal gedir cünki sürət yaxşıdı. bir də ubuntu usb (məs: scanner, dial-up modem, usb ilə qoşulan telefonlar)lərlə, və bəzi videokartlarla yola getmir. amma sırf internet üçün və başgicəlləndirici problemlərlə dolu olduğu üçün mənim ən sevdiyim sistemdir

Ramin Orucov (2010-07-05 14:07:04)
Dəyməz.

admin (2010-07-04 22:06:22)
Təşəkkür edirəm, Ramin, məhz sən deyən kimi etdim, problem həll oldu. :) Sistem telefonu taniyan kimi DİSCONNECT etmək lazım, sonra isə mən yuxarıda dediyim Mobil Broadband-dakı Azercell ayarları avtomatik aktivləşdi və connection yarandı.

farahim (2010-07-04 19:59:19)
Mende də o problemdi. Mendə ümumiyyetlə tanımır telefonu. tapsaz mənədə deyin

Ramin Orucov (2010-07-03 21:52:49)
Telefonu usb cihaz kimi disconnect edin, amma telefonun kabelini çıxartmayın, Ubuntu özü onu avtomatik tanımalıdır. Ubuntu işlədən iş yoldaşım belə demişdi, daha dəqiq 1-ci gün öyrənib yazaram.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

ADSL yalnız bir otaqda işləyir

Azərcell datakartı ubuntuda istifadə

Komputerdə internet sürəti zəifdir

60 mb internet paketi.

Ubuntu ƏS-i qurmaq problemi

Ubuntuda dil dəyişdirmək.