Android sistemli smartfonlar

Bakıda satışda olan vı optimal qiymətə malik Android sistemli telefonlardan ən məsləhətlisi hansıdır? Bayaq belə birinə rast gəlmişəm: http://www.computex.ws/index.asp?lt=Product&idcat=44&prod=8887&gclid=CMORyoG646ICFQVgZwod1HGgxQ HTC Wildfire - 370 AZN. Bir də Samsung Galaxy Spica eşitmişəm uşaqlardan, o da 330 AZN-ə. Başqa bildiyim yoxdur.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Ilham (2011-08-24 21:24:58)
Wildfire var cox ela veziyyetde 250 manata. Lazimsa zeng edin 0703330607

Ramin Orucov (2010-07-12 17:56:14)
Tanışlar vasitəsilə almaq deyəndə yaxın vaxtlarda Bakıya gələcək olan adamları nəzərdə tuturdum. Gömrükdə qiyməti + gömrük vergisi 200$-dan çox olan mallara ilişirlər. Hətta orda kiminsə xoşuna gəlsə, telefonu çıxarıb boş qutunu belə sənə göndərə bilərlər :) Ona görə bir başa ordan sifariş vermək risklidir. Avropaya istirahətə getmiş "varlı" dost tanışın varsa, onlara sifariş ver :)

admin (2010-07-12 14:26:25)
Bəs Ramin, başqa bir mövzuda noutbuk gətizdirmək barədə müzakirə aparanda səhv etmirəmsə sən də məsləhət görməmişdin bu tip əşyaları gətizdirməyi. bəs smartfonlar necə? bunların qablaşdırılması bizi əmin edirmi ki, zədə olmayacaq?

Ramin Orucov (2010-07-12 10:28:43)
Belə aşağıda resolution ilə internet surfing maraqlı olmayacaq. HTC Desire yaxşıdır, 3.7" ekran, 1 GHZ prosessor, 512 MB RAM,multitouch, 3G dəstəyi, 1400 mA batareya. Amma qiyməti bizdə çox bahadır, 790 AZN! http://fokstelekom.az/index.php?productID=295 Ən yaxşısı tanışlar vasitəsilə xaricdən almaqdır, ya da ebay-dən.

admin (2010-07-11 21:50:30)
Çox sağol Ramin, şəkildən screen-in device-ın ekranı boyunda olması, yani daha böyük olması təəssüratı yaranır , amma Gsmarena saytından da baxdım, təəssüf ki, ekran doğurdan da 320x240-dır. Samsung Spica isə 320x480 olsa da, digər parametrlərdə geri qalır.

Ramin Orucov (2010-07-11 20:01:56)
HTC Wildfire bu qiymətə yaxşıdır, qiymət və keyfiyyət baxımından optimal variant kimi görünür, Bakıda bundan ucuz təzə Anroid telefon tapmaq çətin olar. Amma məncə ekran resolution-ı azdır, 320x240. Ebay-də bu telefonın 350-400$ arasında dəyişir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

telefon imei problem

WORD,PDF fayllarını Android üçün çevirmək

Pad original telefonda android necə yeniləyə bilərəm?

Telefon seçimi

Root-un telefona nə kimi ziyanı var?

Facebook profili silmək