Fayl silmək…

Hər kəsə salam, bir neçə il öncə təcrübəli bir dostum mənə faylları silməyə kömək edən bir proqram adı demişdi, belə ki, bu proqramın köməyi ilə kompüterdən istənilən faylı (sistem faylı da daxil olmaqla) silmək olurdu. Kompüterimdə bəzi fayllar var, onları silmək istəyirəm, ancaq adi qayda ilə bu mümkün deyil, xəbərdaredici məlumat pəncərəsi gəlir və yazılır: “Не удается удалить файл X. Нет доступа. Диск может быт переполнен или защищен от записи, либо файл занят другим приложением.”
Diskin tam dolmadığına əminəm, faylın qorunduğuna əmin deyiləm, amma hansısa proqram tərəfindən istifadə edildiyini başa düşürəm. Həmin proqramı söndürüb, silməyə cəhd etsəm də, alınmır. Tərslikdən həmin fayl system32 qovluğundadır.
Yuxarıda adını çəkdiyim (daha doğrusu adını unutduğum) proqramın bu tip faylları asanlıqla siləcəyini bilirəm, amma proqramın adı yadıma düşmür ki, düşmür. Bəlkə Siz mənə kömək edəsiniz və ya proqramın adını xatırladasınız… Öncədən təşəkkürlər…


Yadda saxlama
Kateqoriya: Windows əməliyyat sistemi . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(00:21, 20/07/2010 ) #500

Men silinmeyen fayllari “Unlock” proqramiyla silirem, bu proqrami ise windows diski format zamani avtomatik yazir komputere

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:04, 20/07/2010 ) #502

    Təəsüf ki, mən digər piratçının format diskindən edirəm, ona görə bu proqram məndə avtomatik yazılmır kompüterə 🙂 Hər-halda verdiyin cavaba görə minnətdaram, təşəkkür…

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:14, 20/07/2010 ) #501

Salam. system32 qovluğundan hansısa faylı silmək məsləhət deyil. Xüsusən də, bu fayl hansısa proqram tərəfindən istifadə olunursa. Bəlkə siz silmək istədiyiniz faylın (faylların) adını yazasız, görək o fayllar nə fayllardır. Normal üsulla silinməyən faylı hər hansı yolla silməyə tələsmək lazım deyil, əvvəl onun silinməmə səbəbini tapmaq lazımdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:18, 20/07/2010 ) #503

    Faylın adı: ice_time.dll
    Öncə bu fayl bu qovluqda yox idi, sonradan əmələ gəldi. Bu fayl müəyyən müddətə zamanı dondurmaq üçündür. Beləcə kompüterdə antivirusun zamanını donduraraq ondan istifadə etmək niyyətində idim, ancaq antivirus bu faylı gördükdə öncə xəbərdarlıq etdi, müalicə təklif etdi, qəbul etmədim, sonra silmə də təklif etdi, onu da qəbul etmədim. Daha sonra antivirus işini dayandırdı və cari lisenziyanı ləğv etdi, yeni lisenziya almalı idim. Sonradan antivirus ilə silməyə cəhd etsəm də, alınmadı. Antivirus işini dayandırdı. Bir təhər 30 günlük sınaq lisenziyası aldım, bir az işlədi, sonra yenə dayandı. Sonra yenə aldım, işləyib, yenə dayandı antivirus… Bezib, sonda, aşağıdakı skripti icra etdim:

    begin
    SearchRootkit(true, true);
    SetAVZGuardStatus(true);
    Deletefile(‘C:\WINDOWS\system32\ice_time.dll’);
    BC_ImportAll;
    ExecuteSysClean;
    BC_Activate;
    RebootWindows(true);
    end.

    Fayl silindi və kompüter yenidən yükləndi, antivirus da normal işlədi. Nə isə, məqsədim bunları söyləmək deyil, mənə həmin proqramın adını öyrənmək lazımdır, təbii əgər mümkündürsə…

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:46, 24/07/2010 ) #509

Unlocker 1.9.0

http://www.filehippo.com/download_unlocker/

burdan yukleye bilersiniz…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:06, 24/07/2010 ) #511

Əgər siz o faylı silmək istəyirsinizsə onda unlocker proqramını yükləyin və həmin fayli birdə silin xəbədarlıq edəndən sonra unlocker proqramının pəncərəsi çıxır və orda delete seçərsiz və o saat silinəcək

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:23, 02/12/2010 ) #1038

Sistem ve diger fayllari hech bir tehluke olmadan silmek ucun en yaxhi progam “CCleaner” programidir. Men ozun 3 ildirki bu programdan istifade edirem. CCleaner hemde sistem sehvlerini duzelde bilir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (5 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (9 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (11 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (11 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (13 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (19 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (19 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (19 gün əvvəl)

E. Hacı cavab verdi - Riyazi proqramlar üçün proqram (20 gün əvvəl)

Software Developer cavab verdi - Kursda xaricdə təhsil imkanı nece yaranır? (20 gün əvvəl)

darkpixel cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (20 gün əvvəl)

darkpixel cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (20 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (20 gün əvvəl)

SN cavab verdi - Ucuza hesab satışı edən saytlar necə yaradılır? (21 gün əvvəl)

E. Hacı cavab verdi - Rəqəmsal Məhsulların Satışı üçün Ödəniş Sistemi Seçimi: Türk Bazarı Üçün Ən Uyğun Strateji Hansıdır? (24 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23282 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024