Java-mysql problem

Netbeans-da Java class-da mysql ilə bağlantı qurarkən belə bir səhv ilə üzləşirəm: java.sql.SQLException: No suitable driver found for jdbc:mysql://localhost:3306/language Mysql Connector/J Driver də qurmuşam, Netbeans panelində həmin mysql DB-nin treevievv-sı da çıxır. Qeyd edim ki, nümunə kodu Deitel kitabından götürmüşəm, odur ki, APİ importu ilə və ya alqorimtlə bağlı hər hansı problem yoxdur. Nə etməli?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

admin (2010-08-05 18:09:54)
Təşəkkür. Həll budur!

Ramin Orucov (2010-08-05 17:42:12)
Çünki MySQL JDBC drayverini proyektə "Library" kimi əlavə etməmisiniz və proqram işə düşəndə onu yaddaşda tapa bilmir. Yaxşısı budur ki, yeni global class library yaradın və bütün proyektlərdə istifadə edin. Netbeans-də necə global class library əlavə etməyi aşağıdakı yazıda şəkillərlə izah etmişəm. http://raminorucov.wordpress.com/2010/01/24/java-ile-oracle-bazasina-qosulmaq/

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Mysql Sorğuda yardım

Android 2.1 APİ yaradılması

Ən optimal mysql sorğuları

Java JSF selectOneMenu

Desktop Proqramlaşdırma Java ya C#

Türkiyə ilə Ping problemi