Azərbaycanda ən yaxşı provayder hansıdır?

Salam..ilk öncə belə bir sayt yaradan insanlara öz təşəkkürrümü bildirirəm.Bilmədiyimiz sualların cavablarını öyrənirik.. Mən ən yaxşı provayderin adını bilmək istərdim...

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Azəri (2010-11-16 19:36:07)
Sizə bildirim ki, hansı provayderlə işləyirsiz işləyin. Amma nəbadə Avirtel şirkətilə işləyəsiz!!! Deyərdim ki, Azərbaycanda ən bahaçıl, ən keyfiyyətsiz, ən fırıldaqçı, ən yalançı və oğru provayder şirkətidir. Sürəti oğurlayanda da ən azı 400 - 1000 mbts arası oğurluq edirlər. Zəng vurub şikayət edən də səni borclu çıxardırlar. Bu mənim onlarla işlədiyim vaxtların təcrübəsidir. Onların ADSL sürətini işlətməkdənsə adicə Dual-Up işlətmək məsləhətdir.

ElchatmaZ (2010-11-12 14:46:47)
Əslində bütün providerlərin hamısı yaxşıdır. Amma Mən Azeronline işlədirəm. İndiyə qədər də heç bir problemim olmuyub. Hər dəfə yoxlamışam da kəsilmə, qopartma, dəymə halları olmayıb ...

intiqam (2010-09-28 14:52:41)
məncə adanet

Ramin Orucov (2010-08-23 18:36:03)
Heç biri ideal deyil, Azeronline nisbətən yaxşıdır.

Rzalı Ekberov (2010-08-21 23:19:15)
çox sağolun...

admin (2010-08-21 15:36:12)
Salam Rzalı. Çox sağolun ki sayta dəyər verirsiniz. Sualınızın ADSL-lə bağlı hissəsinə burda cavablar var: http://cavablar.net/2010/06/13/%c9%99n-yaxsi-adsl-xidm%c9%99ti/ Dial-up isə yəqin ki sizi maraqlandırmaz, dial-up-un yaxşısı pisi olmur, hamısı pisdir. :)