Hansi CMS

Azərbaycanin day.az , trend.az , milli.net kimi xəbər saytları hansı CMS üzərində qurulub? Fikir verirem hamisinda eyni sistemdir. Bele saytlari WordPress ile qurmaq olarmi?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Nicat Behbudov (2011-01-27 14:07:10)
DLE-sen yaxsisi yoxdu

Automax (2010-08-26 04:16:10)
Ele bu bes edir ki, Joomlanin achiqlari coxdur. Tez hack oluna bilir. Hal-hazirda mence en yaxshisi Wordpress-dir. Tebii ki, hec biri ideal deyil. Amma yene de Wordpress digerlerinden 1 addim öndedir. Hem de inkisaf cehetden nezere alsaq cox suretle irelileyir.

Ziko (2010-08-26 02:30:53)
Joomla hansı cəhətlərinə görə zəif sayılır? Nə kimi problemlər çıxır? Dediyiniz Drupal və VVordPress haqda mümkünsə biraz daha ətraflı məlumat verərdiz. Əgər mümkünsə Joomla ilə müqayisəli şəkildə Qabaqcadan təşəkkürlər

admin (2010-08-24 11:34:22)
Bəli, worpdress-də artıq çox gözəl funksional saytlar qurmaq mümkündür. Dediyiniz xəbər saytlarını isə daha asanlıqla qurmaq mümkün, Wordpressdə. Day.az Nur.kz saytının klonudur, məncə universal CMS deyil, konkret kimlərinsə qurduğu qapalı proyektdir. o birilərdən isə xəbərim yox. 1. Proqramlaşdırmadan çox az məlumatı olanlar üçün ən yaxşı CMS Joomladır. Ümumən isə Joomla zəifdir, zəngin extensionlara malik olsa da. 2. Veb developerlər üçün ən yaxşı CMS Wordpressdir. Wordpress bir sözlə desək, gözəldir. (Cavablar.net-də VVordpressdə qurulub,yəqin hiss etmisiniz.) 3. Daha dərin işlərlə məşğul olmaq üçün, CMS üzərində mürəkkəb və peşəkar işlər görmək üçün ən yaxşı CMS Drupaldır. Sadəcə olaraq Drupal o qədər mürəkkəbdir ki, mənimsənilməsi bir neçə ay vaxt tələb edir.

Ziko (2010-08-23 22:52:45)
Bu movzunu men de acmaq istiyirdim ) Umumiyyetle en guclu CMS hansi sayilir?

Raiq (2010-08-23 19:11:41)
Saytlarda hansı CMS istifadə olunmasına baxmaq üçün http://2ip.ru/cms/ linkindən istifadə edə bilərsiniz. 58 müxtəlif CMS arasında axtarış edir. 2ip.ru saytından digər faydalı linklərdən də istifadə edə bilərsiniz. Qeydiyyat dəvət ilədir. 6 dəvətim qalıb istəyənlərə verə bilərəm :)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress folder permissions

WordPress-də kateqoriyanın gizlədilməsi.

Sual-cavab saytı üçün tema

WordPress’də belə bir plugin lazımdır…

WordPress Tema Editlənməsi

WordPress-də Youtube embed code ilə bağlı məsələ