Bakıda professional kurslar haqqında

Zəhmət olmasa komək edin Bakıda professional kurslar harda var? Mene indiki dovr üçün Adobe Flash ve Java Script kursları lazımdır. Qabaqcadan çox sağolun!

Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)

aydan (2011-09-17 15:49:23)
kef eliyin her sey yaxsi olacaq oxumaq oz yerinde olmaq sertiynen her seye vaxt ayirmaq lazimdi

Xeyal Kerim (2011-02-18 12:46:11)
Salamlar. MilliByte ITM-in saytı üzərində iş getdiyinə görə hələlik Facebook qrupundan Sizi maraqlandıran bütün suallara cavab tapa bilərsiniz. qrup səhifəsi : http://www.facebook.com/group.php?gid=10249456425 kurslar haqda: http://www.facebook.com/topic.php?uid=10249456425&topic=14971 Burada isə qısaca olaraq məlumat verə bilərəm ki, MilliByte ITM artıq 5 ildir ki, fəaliyyət göstərir və məqsədi də İT və xüsusilə də proqramlaşdırma sahəsində gənc mütəxəssislər yetişdirməkdir. Bu kurslarda ölkənin ən yaxşı mütəxəssisləri dərs deyirlər. Qiymətlər də olduqca münasibdir. Ətraflı məlumatı Facebook resurslarımızdan əldə edə bilərsiniz. MilliByte İTM Kursları: - Pascal - Delphi - C, C++, C# - Java - Oracle - PL/SQL - MS SQL - T-SQL - SQL Server - Windows Server - CISCO - Macromedia Flash və eləcə də - İngilis Dili - Alman Dili - Fransız Dili - Rus Dili Ünvan: Şamil Əzizbəyov 101 (Xarici İşlər Nazirliyinin yanı) Əlaqə Telefonları: (012) 4801829 (012) 4957952 (040) 2189140 (050) 2189140 (055) 2189140 (070) 2189140

Ali Ismayilov (2010-11-25 15:48:22)
Milli.Byte ITM haradir? Ramin muellim yeni Ramin Orucov?

enter (2010-09-14 19:29:49)
mene yasi vizajistliy oyredilen kurs lazimdi

Fuad (2010-09-08 16:56:16)
Hardan bele aminsiniz ki Azerbaycanda bu sertifikati olan yoxdur?

Ramin Orucov (2010-09-07 13:20:39)
Dəyməz. Xoşdur.

Ziko (2010-09-07 01:16:59)
Dolğun məlumata görə çox sağol Ramin!

Cavid Həsənov (2010-09-06 19:14:34)
Java kursları üçün MilliByte İTM kurslarına - Ramin müəllimə müraciət etməyinizi məsləhət görürəm. Ramin müəllim çox böyük iş təcrübəsinə malikdir və hal hazırda Azercellin-in aparıcı Proqramistlərindəndir.

Ramin Orucov (2010-09-06 17:59:19)
9A0-092 kodlu Adobe Flash CS4 imtahanını verməklə Flash üzrə Adobe Certified Expert sertifikatı ala bilərsiniz. İmtahan 150$-dır, Bakıda Softline, Caspel, Dillər Universiteti və AİC Group şirkətində verə bilərsiniz. Qeydiyyat üçün http://www.pearsonvue.com/adobe/ saytına girin. Flash CS4 imtahanında 51 sual düşür, keçid 74%-dir, minimum 38 düz cavabınız olmalıdır. İmtahanda hansı mövzulardan neçə sual düşdüyünü aşağıdakı siyahıda görə bilərsiniz: 1.Planning and designing Flash applications - 7 2.Creating and managing assets - 12 3.Creating Flash movies - 16 4.Programming with ActionScript 3.0 - 11 5.Testing, publishing, and deploying Flash movies - 5 İmtahanlar haqqında məlumat: http://partners.adobe.com/public/ace/main.html Adobe Flash CS4 imtahanı haqqında ətraflı məlumat: http://partners.adobe.com/public/en/ace/ACE_Exam_Guide_FlashCS4.pdf Azərbaycanda Flash üzrə ACE sertifikatı olan yoxdur. Əgər siz bu sertifikatı alsanız, ilk şəxs olacaqsınız. Uğurlar!!!

Ziko (2010-09-01 10:16:14)
Çox sağolun Admin ama mən AS2 bilirəm. Yüksək səviyyədə yox, lazim olduqca öyrənirəm yenə də. AS3 isə işləməmişəm. Öyrənməyi təbii ki özümnən başqa mənə heç kim can yandırmayacaq. Mənə əsas sertifikat maraqlıdır. JavaScript və Action Script 3 sertificati.

admin (2010-09-01 10:10:55)
AS2-ni bilirsinizsə, AS3-ü e-book ilə öyrənə bilərsiniz. Kurs deyəsən yoxdur :). Odur ki özünüz güclü iradə ilə öyrənin. Bibliya polzovateley nəşriyyatının kitablarından istifadə edin, onlar çox xırdalayırlar məsələləri. Onların AS üçün ayrıca buraxılışları var.

Ziko (2010-09-01 01:39:54)
Kim bilirsə zəhmət olmasa yazsın mən Adobe Flash CS3/CS4/CS5 + Action Script 3.0 üçün Bakıda harda kursa gedə bilərəm? Flash-i bilirəm ama AS3 oyrənmək istəyirəm və sertificat almaq istiyirəm.

Ziko (2010-08-26 23:38:29)
Sizinlə razıyam ama insan özü öz üzərində işlədikdə ona sertifikat veren olmur. Esas ferqlerden buru budur. SoftLine yaxçıdı deyirler orda da Adobe Flash, JavaScript yoxdu :(

AKO (2010-08-26 17:33:40)
Azərbaycanda Professional kurslar tapmaq çox çətindir.. Çox ehtimaldır ki, istedadlı gənclərimiz hamısı özləri üzərində işləyərək öyrəniblər..Bunun üçün müxtəlif dillərdə eləcədə öz ana dilimdə də, dərsliklərimiz var. Paylaşım saytlarına göz atsan dediyimlə razı olacaqsan. Hər bir proqram üzrə paylashım saytlarımız mövzuddur.. Kurslarda pis deyil, ama insan öz üzərində işlədikcə, həm həvəsi artır həmdə özünün inkişafı =)..Bu sadəcə mənim öz fikrimdi =)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

GTA Oyunlarına dizayn vermə kursları

Komputer təmiri kursu

Azərbaycanda ən yaxşı komputer kursu hansıdır?

MMC yaratmadan kurs açsam sertifikat verə bilərəm?

Banner duzeltmek ucun hansi kursa getmək lazımdır ?

İngilis dili kursu (danışıq)