Hostgator, Baby

Salam. Tutaq ki, Azerbaycanin en cox ziyaret olunan bir saytini gotururuk. Meselen day.az. Bu saytin trafik, sql sorgu ve diger (sayt ucun ne lazimdirsa hamisi) teleblerini hostgatorun 2-ci hosting plani (Baby) odeye bilermi? Yeni demek isteyirem ki, gundelik istifadeci sayi day.az, trend.az, mix.az kimi saytlar, ne bilim tutaq ki, gundelik 1000 user.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

admin (2010-08-27 09:39:53)
Mən demədim ki VVordpress-də və yə digər CMS-də ağır sorğu olur ya yox. Əlbəttə ağır sorğu ola bilir, amma naşı ağır sorğular olmur təbii ki, hər şey optimizə olunub. Yox siz əgər vimeo-dan, youtube-dan share kod qoymusunuzsa sayta, bu halda trafik sizin yox, həmən video stream saytının boynuna düşür, bunun hər hansı təhlükəsi yox. Ümumiyyətlə VVOrdpress çox asanlıqla işləyir istənilən shared hosting-də, amma o da auditoriyadan asılıdır. İstifadəçi sayı artdıqda problemlər çıxır.

Automax (2010-08-27 01:10:44)
Wordpress uzerinde qurulan saytda agir sorgular olmur ki? Umumiyyetle Wordpress shared hostinqe agirliq cehetden cetinlik yaratmir ki? Bir de eger bir vimeo videosunun linkini saytina yerlesdirirsense ve o videoya senin saytinda ola-ola baxilirsa bu video stream senden sayilir? yeni hosting agirliq yaradir?

admin (2010-08-26 15:32:04)
Salam. Day.az ilə müqayisə etsək, elə bir saytı hər hansı shared hostinq plan əlbəttə ki ödəyə bilməz, heç 10 dəqiqə tab gətirməz və sql baza bloka düşər trafik də dolar. Shared-də UNLİMİTED sözlərinə aldanmayın, ümumi yanaşsaq o yazılanlar yalandır. Dar mənada isə doğrudur. Yəni məsələn hər gün sizin sayta maksimum 700-800 adam girəcəksə və saytınızda ağır sql sorğuları(İnner join, left join ilə olan və ya eyni sorğuda bir neçə table-a müraciət edən və ya sadəcə for () daxilinə sql sorğu olması-saniyədə çoxlu sayda sql sorğu və.s.) olmayacaqsa, video stream filan olmayacaqsa o halda saytın siz deyən planda işləməsi mümkündür. Saytınızın auditoriyası 1000-den çox gündəlik istifadəçiyə hesablanıbsa sizə VPS(Virtual Private Server) lazımdır. elə hostgator-da o üzrə planlar var. Bir sözlə dinamik və geniş auditoriyalı sayt üçün SHARED HOSTİNQi unudun.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hostgatordan domen ve hosting almaq.

Hostgator ilə bağlı yardim

Hostgatordan Site5-ə keçmək

Təsdiqləmə tələb etməyən Hosting.

Site5 ve Hostgator satış ortaqlığı

Hansı hostingi seçməli