Mobil telefon proqram satışı sistemi

Sualı Elten göndərib - Salam. mən mobil telefon üçün program yazmışam. Birinci versiyani pulsuz qoydum. ikincini satmaq isteyirəm bu necə mümkündur?. Qarşi tərəf mənə mobil telefonunun imei nomresini göndərməli və pul ödəməlidir. Mən də hesaba ödəmə olduğundan əmin olduqdan sonra, telefonun imei nömrəsinə uyğun kod göndərməliyəm. hər telefonun öz imei nömrəsi var. ona uyğun olaraq proqram imei nömrəsindən istifadə edib kod hazırlayır. Deməli hər telefon üçün kod ayrıdır.  o kod daxil edilməsə işləmir.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

WaRRioR (2012-01-05 00:19:42)
Mənə maraqlıdır ki, söhbət hansı sistem üçün və hansı Azəri proqramından gedir? Çox maraqlıdır. :)

admin (2010-08-27 16:19:52)
Bu realizasiyası bir az uzun, amma çətin olmayan bir prosesdir. Sadəcə müəyyən işlər görmək lazım. 1. Vergilər naziriliyində şəxsi VÖEN açdırmaq. 2. VÖEN-ə uyğun Bank Hesabı açdırmaq(Beynəlxalq bankda daha əlverişlidir). 3. Azericard(azericard.com) şirkəti ilə email ya telefonla əlaqə saxlayıb görüş təyin etmək və orada özünüzə pulsuz elektron mağaza açmaq. Bundan sonrası sırf texniki işlərdir. Azericard-dan sizə bir proqramçı online rejimdə kömək edəcək və siz dediyiniz ödəniş edib-imei-ə uyğun kod alma sistemini ikiniz birgə quracaqsınız. Bundan sonra artıq online rejimdə(sizin özünüzen göndərməyinə ehtiyac olmayacaq, istifadəçi plastik kart(Visa, Master Card və.s.) ilə ödənişi edən kimi uyğun kodu e-mağaza üçün açdığınız veb səhifədən götürəcək.) sayt normal işləyəcək və ödənişlər sizin bankdakı hesabınıza avtomatik keçəcək.