Paypal-la ödəniş

PayPal hesabından Azərbaycanda pul çəkmək mümkün deyil. Bu aydındır. Bəs PayPal hesabıma pul göndərilə bilər? Onu (çıxara bilməsək də) xarici bazarlarda istifade etmək olar? (Sualı Elten göndərib)

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Elvin Hacı (2012-01-27 00:52:06)
Bəli

AygunM (2012-01-27 00:29:28)
men paypala $ hesabli kartimla qeydiyyat etdim .Amma funt sterligle online shopping etmek isteyirem. bu mumkundurmu?

PilaR (2012-01-22 15:17:47)
salam. namig adlı istifadəçi yazıb ki "siz öz paypal accountunuza pul göndərə bilməzsiniz". Mənim hesabım azalanda elektron kartıma (Visa, Visa Electron, Master Card və.s.) bank vasitəsilə pul qoyanda avtomatik olaraq paypal accountumda da göstərir elə deyil?

Elvin Hacı (2012-01-10 01:51:56)
Salam. Elə bu saytda axtarışda paypal sonra ebay yazıb nəticələri oxuyun, sıfırdan başlayaraq tam şəkildə öyrənə biləcəksiniz prosesi

MARYAM (2012-01-10 01:47:55)
SALAM BAGIWLAYIN MEN BIR MELUMAT ALMAG ISTEYIREM SADECE BU IWDE BIRAZ MELUMATSIZAM SIZDEN KOMEK ISTEYIREM. DEMELI, MEN INTERNETDE XARICI ONLINE SHOPDA MAL SIFARIW ETMEK ISTEYIREM SADECE BURDA PAYPALDAN ISTIFADE OLUNMALIDI BU BAREDE YA DA UMUMIYYETLE DIGER OLKELERDENMAL SIFARIW ETMEK UCUN NELER ETMELIYEM BU BAREDE MUMKUNSE MENI BIRAZ MELUMATLANDIRIN. ONCEDEN TEWEKKURLER.

namig (2011-02-10 05:25:14)
Mesele banklarda deyil. Paypal hecbir SNQ dovletlerinde qeydiyatdan kecmish accountlara pul qebul etmir. Pribaltika xaric. Bu Paypalin bu dovletlere inanmamagindan ireli gelir. Yeni bankliq birshey yoxdu. Belelikle, siz oz paypal accountunuza pul gondere bilmezsiniz.

admin (2010-08-31 17:29:52)
Əgər Paypal sizin hər hansı elektron hesabınıza pul köçürmək iqtidarındadırsa, o halda elə bu Paypal-dan pul çəkmək olmur fikrini inkar edərdi də :). Göndərərəm hesabıma, ordan da çəkərəm, bu da oldu Paypal-dan pul çəkmək. Mən biləni bu olmur. Odur ki gözləyək görək hansı bank ilk addım atıb bu xidməti təşkil edəcək. 2-3 ay əvvvəl xəbər var idi ki bir bank məşğuldur bu işlə. Bu yaxında deyəsən Unibank ya bank Standart vvebmoney-i dəstəkləməyə başladı. Deməli paypal da olacaq yaxında.

Elten (2010-08-31 14:23:37)
Bağışlayın cavab bir az qaranlıq qaldı. Mən öz ödəmələrimdən danışmıram. Bu aydın məsələdir ki, xarici bazarlarda PayPaldan istifadə edirik. Yəni PayPal-la pul göndərə bilirik. Bəs PayPal elektron hesabıma pul göndərilə bilər?

admin (2010-08-31 00:06:00)
Əlbəttə mümkündür, hətta asanlıqla. Mən uzun müddətdir ki istifadə edirəm. Paypal-a pul yükləmək üçün elektron ödəməni dəstəkləyən istənilən kartın olması kifayətdir(Visa, Visa Electron, Master Card və.s.). Sadəcə ilkin aktivasiya zamanı Paypal sizin kartdan cüzi məbləğ çıxır və bu zaman banka bu ödənişin traznzaksiyasında xüsusi kod göndərir. Siz banka zəng edib o kodu öyrənib paypal hesabınılzda Aktivasiya bölməsinə yazırsınız. Daha sonra Paypal o cüzi ödənişi sizin hesaba qaytarır. Vəssalam. Ondan sonrakı ödəmələrdə artıq heç nə lazım deyil, hətta kartın nömrəsini hər dəfə yenidən daxil etməyə də gərək olmur, paypal save edir onu, siz sadəcə məbləği yazıb OK verirsiniz hər dəfə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Paypal + Access Bank

WordPressdə skrill ilə ödəniş qəbul etmək üçün necə hesab açmaq lazımdır?

paypalda qeydiyyat

Sosial Kartla PayPalda qeydiyyatdan keçmək olur?

Paypal hesabı necə açım?

ETSY saytından necə ödəniş qəbul edə bilərəm ?