sayt hüquq

mən alış-veriş saytı hazırlamaq istəyirəm.ancaq bunun üçün mənim dövlətə vergi ödəməliyəmmi?satıcı mən olmayacam.satıcı istifadəçilər olacaq.əlavə olaraq bu məsələlərləe bağlı hansısa mənbə varsa zəhmət olmasa mənə deyərdiniz daha geniş məlumat almaq üçün.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

NModern (2010-09-06 12:38:53)
Heç yazmasan da olar. Hər bir vətəndaşın borcudur ki, qazancından vergi ödəsin. Sənin qazancın yoxdursa buna görə vergi düşmür.

Arif Cavadov (2010-09-02 00:14:50)
qaqaş çox sağol..çox-çox təşəkkür edirəm...

admin (2010-09-01 16:47:36)
Yox, edə bilməzlər. Siz pulu nədən qazanırsınızsa, vergini də ona verməlisiniz. Saytda sadəcə qeyd edin ki satış əməliyyatlarına görə sayt rəhbərliyi məsuliyyət daşımır, biz sadəcə calaşdırırıq filan.

Arif Cavadov (2010-09-01 12:41:20)
bəs məndən belə bir şey tələb edə bilməzlər ki... sənin saytından alış veriş edən istifadəçilər vergi ödəmir.ona görə bu sayt qanunsuzdur.buna görə də sənə flan qədər cərimə... belə bir şey olmaz ki??? konkret olaraq mənim saytımda alış veriş əldən ələdirsə ..mənim başım ağrımaz ki??digər reklamlardan gələn gəliri nəzərə almasaq..və yaxud başımın ağrımaması üçün Hörmətli istifadəçi alış-veriş etməzdən əvvəl qaydalarnan tanış olun..bölməsinə mən hansı qaydaları qeyd edim..əvvəlcədən çox minnətdaram cavabınıza görə..

admin (2010-09-01 10:19:32)
Əgər siz sadəcə platforma hazırlayırsınızsa, "İz ruk v ruki" prinsipidirsə, onda burda siz nəsə qazanmırsınız axı vergi də verəsiniz. Siz nədən qazanırsınızsa, qanun çərçivəsində onun vergisini ödəməlisiniz. Məsələn saytdakı reklamdan qazana bilərsiniz, və ya saytda VİP elanlar bölməsindən qazana bilərsiniz və.s. Bunlara görə isə təbii ki vergi ödənməlidir əslində. Bunun üçün Vergilər Nazirliyinin rayon idarəsinə gedib VÖEN açdırmaq və orada fəaliyyət sahənizi qeyd etdirmək lazımdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Telefonsuz internet çəkmək mümkündürmü?

Veb sayt yaratmaq üçün proqram

blackberry smartfonumda internet normal işləmir

60 mb internet paketi.

Youtube dən pul qazanmaq barədə məlumat

Saytda Xronololoji ardıcılıllıq