JavaScript

Salam. Deməli, HTML-də konkret element və onun child elementləri var. Bu child elementlərə bir dənədən bir eyni bir CSS class verilməlidir. Məncə JavaScript-lə bu child-ların sıra sayını təyin edib, sıra sayının tək və ya cüt olmasına uyğun olaraq lazım olan class-ı child elementə add eləmək olar. Amma bilmirəm necə :)

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Bayramov (2010-09-13 22:35:06)
http://api.jquery.com/ http://anton.shevchuk.name/javascript/jquery-for-beginners/ İkinci linkdəki yazı 6 hissədən ibarətdir, aşağısında o birilərə link var.

NModern (2010-09-13 12:31:23)
bu jquery nin sintaksisi barədə harada oxumaq olar???

Bayramov (2010-09-07 07:51:46)
Bu elə CSS3-dəki :nth-child xassəsi ilə də alınırmış. Onu oxumuşdum, amma nəsə əvvəl onun funksiysını başqa cür başa düşmüşdüm. Onsuz da :nth-child IE-də işləmir. Kodu bir az dəyişdim, nəticədə "odd" ilə mən deyən nəticə alındı: $('.ads-reviews p:nth-child(odd)').addClass("strp");

Bayramov (2010-09-07 07:21:59)
Özüm tapdım :) jQuery qoşmuşdum, sadəcə $('.ads-reviews p:even').addClass("strp"); yazmaqla problem həll olundu. Bu kod .ads-reviews class-lı elementin (div) içində sıra sayı cüt olan p teqlərinə .strp class-ını mənimsədir. Daha doğrusu, sıra sayı cüt olanlara mənimsətməli idi, mənə isə tək olanlar lazım idi (1-ci, 3-cü, 5-ci və s.), ona görə əvvəl uyğun olaraq p:odd yazmişdim, amma nədənsə class-ın tətbiqi 2-ci p-dən başlayırdı, p:even yazanda istədiyim nəticəni aldım. Nə isə, fərq etməz, əsas odur ki, işləyir :)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Veb səhifədə dəyişikliklər , şəkil səhifə yenilənmə

Css menyu

Android və HTML 5 App Dizyanı

HTML-də səhifəyə keçmək

PHP-də Kömək

hərəkət edən titl