GRUB

GRUB haqqında kim nə bilir zəhmət olmasa mənimlə paylaşsın. bu arada internetde olanları alt-üst eləmişəm onlar mənə lazım deyil. sınaqdan keçmiş məsələlərdən yaza bilərsiniz

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

ahmed (2010-12-21 15:19:11)
Grub bootloader proqramıdır. Kompüteri işə saldıqda əvvəl bios icra olunur və kompüterə qoşulmuş qurğular, fiziki yaddaşın həcmi v.s. barədə məlumat toplayır. Daha sonra ilk yüklənəbilən daimi yaddaş qurğusunun ilk sektorun (512 bayt) fiziki yaddaşa yükləyir (0x7c00 ünvanına). Bu 512 bayt-ın ilk 446 baytı "Boot loader" proqramı, növbəti 64 baytı partişn cədvəli, son iki baytı (510, 511) boot signature - dir. Daha sonra "Boot loader" (446 bayt həcmində kiçik bir proqram kodu) icra olunmağa başlayır. "Boot loader" proqramının vəzivəsi əsas əməliyyatlar sisteminin nüvəsini yükləmək və işə salmaqdır. Bir neçə "Boot loader" proqramları mövcuddur: LILO Loadlin bootsect-loader Syslinux Etherboot/gPXE ELILO GRUB U-Boot Xen Gujin Qemu Arcturus Networks uCbootloader Grub bir neçə sistemin nüvəsin tanıyır, o cümlədən Windows, Linux, FreeBsd v.s. Bir neçə hard diskdən və şəbəkədən sistemi yükləməyə imkan verir. GRUB - Grand Unified Boot Loader.

Ruslan (2010-12-10 00:57:45)
Ubuntu ile windows 7 onsuzda bir yerde boot olunur. windows ardinda ise ubuntu yukleyende ishleyir. boot olaraq C diskini sec ubuntu install edende. birde ubuntunun icerisinde de grub menu ya girmek olur. ubuntunun versiyasina gore deyishir grub menu adressi. ama 10.04 de /boot/grub/grub.cfg adressinde oturur.

intiqam (2010-09-28 17:39:36)
Gruba aid yeterince melumat toplamaq isteyirem internetde olanlar isime yaramayib. meselen windows yukledikden sonra grubi berpa elemek. hem windows hem ubuntu ucun yeni multiboot loader

admin (2010-09-28 17:09:11)
Məncə sualı daha da konkretləşdirsəniz yaxşı olar. GRUB haqda internetdə çox məlumat var. O sizi qane etmirsə deməli sizə konkret spesifikaya malik məlumatlar lazım. O spesifikanı göstərməniz lazım.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ubuntuda Dial-up problemi

Centos 6 boot problemi

Linux’a keçmək istəyirəm məsləhət verin

Ubuntuya driver lazımdır?

Linux seçimi

Linux niyə virus tanımır?