Kartımdakı pul

Mən tələbəyəm, universitetdən bizə təqaüd almaq üçün kart veriblər. Yəni maaş kartı... Karta hansı gün pulun yatırıldığını dəqiq bilmirəm, hər dəfə bankomata yaxınlaşanda ya bankomat işləmir, ya da işləsə də, baxıb görürəm ki, karta hələ yeni ayın pulu yatırılmayıb...
Sualım isə belədir: karta pulun yatırılıb-yatırılmadığını internetdən öyrənmək mümkündürmü? Mümkündürsə, necə?
İnternetdən kartda olan pulun miqdarını öyrənmək təhlükəli ola bilərmi (kibercinayətkarlıq baxımından)?!

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

E. Hacı (2013-10-12 18:48:51)
Banka müraciət edin sms banking aktivləşsin. Və ya elə bankomatdan də xidmətlər bölməsindən etmək olar

aytac eliyeva (2013-10-12 16:58:12)
salam men isdeyirem ki maas kocende telefonuma sms gelsin bunu nece ede bilerem komek etseniz sevinerem evvelceden cox sagolun

ElchatmaZ (2010-11-12 01:43:10)
Belə sayt var, amma Mənim fikrimcə bu məxvidir. Əgər hər hansı bir əməliyyatı aparmaq istəyirsənsə NModern istifadəçinin yazdığı hal məsləhətlidir ...

NModern (2010-11-05 23:40:54)
Deməli belə, yaxınlaşırsan bankomata xidmətlər bölməsindən 20 dənə birdəfəlik kod çıxarırsan. Sonra açırsan https://www.hbservice.com/ saytını, qeydiyyatdan keçirsən sonra da ki, kartla nə oyundan çıxırsan çıx, xidmət də ki, pulsuzdur.

Shafa (2010-10-27 22:59:25)
K stati, xidmet haqqi yoxdur. :)

Shafa (2010-10-27 22:58:18)
Mehman reklam etmek olmasin, yaxinlashirsan AccessBankin istenilen filialina. :)

Ramin Orucov (2010-10-14 00:32:30)
Əgər kartınız Beynəlxalq bankdandırsa, onda çox rahatdır. Beynəlxalq bankın istənilən bankomatında xidmətlər menyusunda SMS Notification xidməti var, mobil nömrənizi daxil edin, təsdiqləyin, təsbalansınızda hər hansı bir dəyişiklik olsa, sizə sms gələcək. Xidmət haqqı nə qədər olduğunu bilmirəm.

Mehman Elxanoglu (2010-10-13 11:14:44)
Hər şey gözəldir, amma necə qoşulmağın yolları göstərilsəydi, pis olmazdı...

Shafa (2010-10-11 23:28:45)
Bele ki, Mehman, pulun hesaba oturub oturmadigini bankdan zeng vurub oyrene bilersen, bu en sade yoldur. Amma en yaxshisi gsm bankg-dir. Hesaba pul oturan kimi ve hetta pulu hesabdan chixardan kimi senin mobil telefonuna sms gelecek. Ona qoshulmaq kifayetdir, komissiya haqqi odemek lazimdir, amma o qeder chox bir megleb olmur, her banka gore deyishir. Balansi internetden yoxlamagin yolu e-mail bankigdir. Amma eger, gsm-e qoshulmusansa balansini da oyrenmek mumkundur . Chox asandir ve serfelidir. Meslehet gorurem. :)

admin (2010-10-11 09:51:01)
1.Mən biləni internet banking-ə qoşulmaq lazımdır bununçün, bu isə ödənişlidir və sizə sərf etməz. Evdən çıxmadan məlumatı həll etməyin ən yaxşı yolu banka zəng etməkdir Banka zəng edirsiniz, kart nömrənizi deyirsiniz sizə balansınızı deyirlər. 2.İnternetdə kartda olan məbləği bank və ya kart processing mərkəzi təqdim edə bilər, bu isə təhlükəsizdir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Adsensedən pul çıxarmaq üçün hansı plastik kart almalıyam?

Saytda təhlükəsizlik və tanıtma

Maaş kartı ilə alış-veriş

Adsense albalı debet(usd) almaq olur?

Ebay təhlükəsizlik kamerası

Plastik kartlar