Excel-də misal həlli ilə bağlı problem

misal üçün, excelde alt-alta 5.7675 + 5.3867 + 5.2788 + 5.6986 ədədlərini yazıram və həmin ədədləri yüzlüklərə qədər yuvarlaqlaşdırıram. Edir: 5.77 + 5.39 + 5.28 + 5.70. Və bunların cəmi edir: 22.13 Amma, 5.77 + 5.39 + 5.28 + 5.70 ədədlərini kalkulyatorda hesablayanda 22.14 edir. bilirəm, bu ona görə baş verir ki, excel 5.7675-ni üzdə 5.77 kimi yazsa da, hesablayanda olduğu kimi nəzərə alır. Bunu necə düzəltmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Ziya (2010-10-28 16:21:05)
Salam, bu problem məndə yaranmışdı. Amma mən yuvarlaqlaşmanı "Уменшить разрядность" kimi vermişdim. (Mehman verdiyi şəkildə bu, "Число" bölməsindədir) Dəqiq rəqəm almaq üçünsə "Округление" funksiyasın seçmək lazım imiş. Təşəkkür edirəm. )

Orxan Bey Zakir-zadeh (2010-10-28 12:57:30)
2010da ayrı cavab alınır

Mehman Elxanoglu (2010-10-28 00:39:21)
Excel 2010 və nəticə: http://s008.radikal.ru/i305/1010/07/8d9b5cc3ee04.jpg Nədənsə, məndə 22.14 alındı...

kiber (2010-10-26 01:18:04)
Bu sualı mənə tanışım verdi, o öz kompunda bunu edib. Mən də öz kompumda etdim eyni yazıldığı kimi alınır. Rəqəmləri yuvarlaqlaşdırdıqdan sonra alınan nəticələr olduğu kimi yox, vergüldən sonra 4 rəqəmlə toplanır deyə o qiymət alınır.

intiqam (2010-10-26 01:11:27)
mən openoffic spreadsheet -də topladım 22.14 alındı cavab. ola bilsin sizin exelde nə isə problem var ya harasa quş qoymusuz yaddan çıxıb. məncə silin registeri temizlədikdən sonra yenidən yükləyin

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Excel VBA macros -da kömək.

Excel-də hesabatlarin (rəqəmlərin) səhvlərin tapılması

Word Excel Windows-la birgə qurulmuş olur, ya?

Microsoft Excel – uzərində nida işarəsi qalir

MC Office proqramları – Sumqayıt

Exceldə düymə (knopka)