ebaydan sifariş

axırki mən bu gün ebaydan sifariş verdim...əgər mənim sifarişim my ebaya düşübsə o artıq aldım demekdir?birdəki onun neçə günə gələcəyi harda yazılır necə bilə bilərəm...mümkünsə tez yazındaa:((

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

Elvin Hacı (2012-04-02 00:50:25)
Ebayda daxil olun PURCHASED ITEMS bölməsinə, baxın orda varmı malın adı? Malı alanda emailinizə paypaldan məktub gəldimi? Gəlmədisə deməli almamısınız, ya da alıb ödəməmisiniz.

xayala (2012-04-01 19:59:30)
\salam mənim size sualim var,, əgər sualimi cavablandirsaz sad olaram men ebaydan bir nece sey zakaz vermisəm amma zakazim qebul olunub amma kartımdan pul cıxarılmayıb birdəki zakaz elədiyim mallar gəlməyib

ali (2012-01-03 12:39:31)
ebayda sifaris verende catirilma qiymetini harda gosterilir?

pink (2010-11-19 21:20:47)
hə onları oxumuşam e,ama çatdırılma müddetini tapa bilmirem...:((mən bir neçə şey almışam görəsən iki həftəyə kimi gələr.gözləyim görüm...:((

admin (2010-11-19 18:28:57)
Malı alarkən onun şəklindən aşağıda Shipping and payments bölməsi var, mütləq ora nəzər salın, orda siz istəyən məlumatlat var(hansı zonalara və hansı müddətə çatdırılma haqda bilgi, yol xərcinin nə qədər olması və.s.)

pink (2010-11-19 18:05:00)
həəə başa düşdüm...çox çox sağ ol...İNŞALLAH çox adam alar sifarişlərim tez gələr:)təkrar çox təşəkkürlər:)

ElchatmaZ (2010-11-19 18:00:39)
Yəni bu o deməkdir ki, əgər eBay vasitəsi ilə Azərbaycandan 4-5 nəfər sifariş verirsə həmin sifarişlər 1 həftə vaxt ərzində dəyandırılır. Əgər ikinci həftə ərzində daha 4-5 nəfər mal sifariş verirsə o zaman malları sifariş verən şəxslərin ölkələrinə çatdırılır. Niyə? - Çünki, eBay ölkələrə sifariş limiti qoyub. Yəni, biri var eBay bir ölkəyə 1 mal göndərib 5$ versin, biridə var 5 mal göndərib 5$ versin. Yəni bir növ burda eBay 2 tərəfli qazanmış olur. Amma əgər Azərbaycandan 1 nəfər sifariş veribsə məcbur yenə göndərməli olur. Düzdür yenə uduzmur, amma, yenə də 3-4$ geri düşür.

pink (2010-11-19 16:34:01)
çoooooox çooooox sağ ol...ALLAH sənden razı olsun,çox aydınlaşdı hər şey mənə sizin sayənizdə...ama bircə cümləni biraz anlamadım e:((("əgər bizim ölkəmizdəki sifarişin konkursu 4-5 nəfər istifadəçi arasında dəyişirsə onda minimum 1 ay müddətində də çatdırıla bilər…"bu nə deməkdi?əgər mümkündürsə son bir cavab:((təkrar çox təşəkkürlər köməyin üçün:)

ElchatmaZ (2010-11-19 15:11:54)
Hə Sən eşitdiyin məlumat doğrudur. Amma bəzi problemlərə görə Sən dediyin hal dəyişdirildi. Əvvəl Sən hər hansı bir malı sifariş verimişdinsə malın qiymətinin yarısı çıxılırdı, malı təhvil verdikdən sonra Sən həmin kartındakı pulun hamısı çıxara bilərdin və kart boş qalardı. Bax onda yarısını kim ödəyəcəkdi? Əlbətdəki kart boşdursa malın yarısını ödəyə bilməzsən. Həm də Sən dediyin hal ancaq PayPal istifadəçiləri üçün idi. Artıq, onlarda malın qiymətini tam ödəməli olurlar. Mən Sənə əvvəldə yazdım ki, artıq eBay'da yeni xidmətlər var. ePost, eCard, eMoney ... Bəzi təhlükələri sıfıra yendirir ... Malın çatdırılması 1 və ya 2 həftə ərzində olur. Amma əgər bizim ölkəmizdəki sifarişin konkursu 4-5 nəfər istifadəçi arasında dəyişirsə onda minimum 1 ay müddətində də çatdırıla bilər...

pink (2010-11-19 02:55:35)
çox çox sağ ol məlumatlar üçün:)ama mən bir şeyi başa düşə bilmədim e,mənə nə qədər vaxta çatar sifarişlərim onları necə bilim?birdəki mən sifariş verdim ama malın dəyəri nədisə o pulun hamısı çıxıldı ama mən eşitmişdimki yarısı əvvəl yarısıda mal təhvil verildikdən sonra çıxılır...

ElchatmaZ (2010-11-19 01:38:43)
Salam. Əgər Sən sifarişini verdinsə elə sifarişi verdikdən sonra Sənin sifarişin eBay tərəfindən yoxlanılır. Yoxlanıldıqdan sonra ePost vasitəsi ilə ölkə ilə əlaqə yaradılır. Daha sonra sifariş verdiyin malın kodunu ePost - Azərbaycanın rəsmi elaqə yerinə çatdırır. Çatdırıldıqdan sonra ya Sənə zəng edib çağırıb malı təhvil verirlər. Ya da ki, poçt vasitəsi ilə Sənin verdiyin ünvana çatdırırlar. ePost - eBay'da təzə yaradılıb, dələduzluqlara qarşı ...

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebay karti qəbul eləmir

Ebaydan Mal Almaq İstəyirəm

satıcı ilə əlaqə

Ebaydakı paltar ölçüləri standartı

VPN və ya Proxy ilə sayta daxil olmaq

ebayda problem