UPS (Fasiləsiz Qida Mənbəyi) problemi

UPS-imdə qəribə nasazlıq yaranıb. Bu da, əsasən, 2-3 dəfə evdə olmadığım vaxt işıqların sönməsi və nəticədə UPS-in tamam boşalmasından sonra başlayıb. Elektrik xəttində qəfil gərginlik düşgüsü olduqda, UPS uzun bir siqnal verir, sonra sönür (təbii ki, işəsalma düyməsi basılı vəziyyətdə qalır). Düymədən və ya UPS-in girişindəki gərginliyi (avtotransformatordan) söndürüb-yandırandan sonra yenidən UPS-in çıxışında gərginlik olur.
Akkumulyatorun boş olduğunu düşünüb, söndürüb dünən axşamdan bu gün günortayadək dolmağa qoymuşam. Amma deyəsən artıq problem sxemdədir. Çünki az əvvəl kompüteri yandırıb həyətə çıxdım, qayıdanda UPS-in yenə həmin vəziyyətdə söndüyünü gördüm. Neyləyim, təzəsinə pul hazırlayım? :))


Yadda saxlama
Kateqoriya: Aparat təminatı . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(20:21, 19/11/2010 ) #968

Bayramov məncədə təzəsinə pul hazırla 🙂 Ya da bir ustaya göstər, gör nə məsləhət görür.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:40, 19/11/2010 ) #969

1. akkumlyatoru dəyişib yoxla.
2. UPS-in modelinə uyğun siqnalın mənasını öyrən.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:18, 19/11/2010 ) #971

İndi baxdım, zəmanət vaxtı noyabrın 2-si bitib.
Modeli “Mercury Elite600 Pro”dur. Uzun siqnalın mənasını dəqiq tapa bilmədim. Öz Manualında uzun siqnal barədə bir şey yoxdu.
Vaxt tapıb apararam dostumun emalatxanasına, birlikdə qurdalayarıq, bəlkə bir şey tapdıq. Alınmasa, təzəsini almaq barədə bir şey fikirləşərəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:33, 19/11/2010 ) #973

inşallah düzələr. əgər alsan bi dəfəlik 1000 watt-lıq al 1az xərcin çıxacaq ama davamlıdı onlar. manualına baxdım UPS-in çıxışı 350 wattdı ancaq case-ə bəs edər o

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:15, 20/11/2010 ) #979

Bu gün UPS-i aparmışdım dostumun emalatxanasına. Deməli, akkumulyatora normal dolma gərginliyi gəlir, amma akkumulyator demək olar ki, heç cərəyan saxlamır. Hətta çıxışları qapadıqda, cüzi qığılcım belə yaranmır. 1 sutkadan çox doldurmuşdum. Demək ki, akkumulyator ömrünü başa vurub. Yəqin ki, təzəsini alıb dəyişəcəyəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:59, 21/11/2010 ) #983

Yeni akkumulyator aldım (17 AZN), dəyişdim. Gündüzdən dolmağa qoymuşam. Bayaq yoxladım, işləyir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:12, 21/11/2010 ) #984

xeyirli olsun 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:30, 22/11/2010 ) #986

    Çox sağ ol. Artıq işlədirəm.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (14 saat əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (2 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024