UPS (Fasiləsiz Qida Mənbəyi) problemi

UPS-imdə qəribə nasazlıq yaranıb. Bu da, əsasən, 2-3 dəfə evdə olmadığım vaxt işıqların sönməsi və nəticədə UPS-in tamam boşalmasından sonra başlayıb. Elektrik xəttində qəfil gərginlik düşgüsü olduqda, UPS uzun bir siqnal verir, sonra sönür (təbii ki, işəsalma düyməsi basılı vəziyyətdə qalır). Düymədən və ya UPS-in girişindəki gərginliyi (avtotransformatordan) söndürüb-yandırandan sonra yenidən UPS-in çıxışında gərginlik olur. Akkumulyatorun boş olduğunu düşünüb, söndürüb dünən axşamdan bu gün günortayadək dolmağa qoymuşam. Amma deyəsən artıq problem sxemdədir. Çünki az əvvəl kompüteri yandırıb həyətə çıxdım, qayıdanda UPS-in yenə həmin vəziyyətdə söndüyünü gördüm. Neyləyim, təzəsinə pul hazırlayım? :))

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Bayramov (2010-11-22 11:30:43)
Çox sağ ol. Artıq işlədirəm.

intiqam (2010-11-21 22:12:48)
xeyirli olsun :)

Bayramov (2010-11-21 21:59:39)
Yeni akkumulyator aldım (17 AZN), dəyişdim. Gündüzdən dolmağa qoymuşam. Bayaq yoxladım, işləyir.

Bayramov (2010-11-20 23:15:28)
Bu gün UPS-i aparmışdım dostumun emalatxanasına. Deməli, akkumulyatora normal dolma gərginliyi gəlir, amma akkumulyator demək olar ki, heç cərəyan saxlamır. Hətta çıxışları qapadıqda, cüzi qığılcım belə yaranmır. 1 sutkadan çox doldurmuşdum. Demək ki, akkumulyator ömrünü başa vurub. Yəqin ki, təzəsini alıb dəyişəcəyəm.

intiqam (2010-11-19 21:33:45)
inşallah düzələr. əgər alsan bi dəfəlik 1000 watt-lıq al 1az xərcin çıxacaq ama davamlıdı onlar. manualına baxdım UPS-in çıxışı 350 wattdı ancaq case-ə bəs edər o

Bayramov (2010-11-19 21:18:25)
İndi baxdım, zəmanət vaxtı noyabrın 2-si bitib. Modeli "Mercury Elite600 Pro"dur. Uzun siqnalın mənasını dəqiq tapa bilmədim. Öz Manualında uzun siqnal barədə bir şey yoxdu. Vaxt tapıb apararam dostumun emalatxanasına, birlikdə qurdalayarıq, bəlkə bir şey tapdıq. Alınmasa, təzəsini almaq barədə bir şey fikirləşərəm.

intiqam (2010-11-19 20:40:42)
1. akkumlyatoru dəyişib yoxla. 2. UPS-in modelinə uyğun siqnalın mənasını öyrən.

Tural Əlisoy (2010-11-19 20:21:03)
Bayramov məncədə təzəsinə pul hazırla :) Ya da bir ustaya göstər, gör nə məsləhət görür.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

2011 messenger

Ups göstəricisi

Divar altından kabel tapmaq

Stabilizator nədir nə işə yarıyır?

UPS maksimum nə qədər enerji saxlayabilər?

online elektronika mağazası