Java-da çoxpəncərəlik
Java-da "scene-səhnə-pəncərə" məntiqi ilə tanış olmaq istərdim. JFrame->JPanel daxilinə komponentləri insert edib onlar üzərində müxtəlif işlər aparmağı bilirəm. Məsələn Buttona klik edirik textarea-ya bazadan məlumat gəlir, edit edib digər düyməyə submit vuranda bazada update gedir. Bəs çox pəncərəli rejimi hansı komponent təmin edir? Məsələn belə bir sadə proqramın təxmini kodunu və ya addım ardıcıllığını istərdim:
(1). defaultda login-parol və Enter düyməsi ekrana çıxır(iki JTextArea, bir JButton). (2). Uğurla daxil olduqda ekrana çıxır anket: istifadəçilərin siyahısı(alt-alta JLabellər, amma clickable). 3.Hər hansı istifadəçinin adına klik etdikdə onun anketinin(ad,soyad,parol) edit səhifəsi açılır(3 dənə JTextarea və JButton) və biz onu edit edib update düyməsini basanda uğurla update olur və proqram qayıdır (2) səhnəsinə.